Əflatun Amaşov qəzet redaksiyasına basqının tez bir zamanda araşdırılmasını xahiş edib. Daxili İşlər Nazirliyindən isə bildirilib ki, qəzet redaksiyasına basqın nəzarət altındadır, araşdırma aparılıb.
Qeyd edək ki, 12 Oktyabr 2018-ci il tarixinda “Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisi naməlum şəxslər tərəfindən dağıdılıb, ofisdən bəzi əşyalar oğurlanıb.