Əsas menu

Əflatun Amaşov təəssüf edib… 

Mətbuat Şurasının sədri Əflatun Amaşov “APA Holding” MMC-nin bu gün fəaliyyətini rəsmən dayandırmasına münasibət bildirib. Bizimxeber.az-ın məlumatına görə,  o, bu hadisəyə təəssüfləndiyini dilə gətirib: “APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı olduğunu, onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur.

Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram. Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm”.

Qeyd edək ki, avqust ayının 1-də fəaliyyətini donduran “APA Holding” MMC-nin prezidenti bu gün şirkətin rəsmən fəaliyyətinə son verdiyini açıqlayıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*