Jurnalist “Derbi sonras? Əkrəm İmamoğlundan gələn telefon başlıqlı yazısında qeyd edib: “Şənbə günü Əkrəm İmamoğluna “Fənərbaxça” – “Qalatasaray” derbisinə getməməklə bağlı çağırış edən yazım qiyaməti qopardı. Yazıda mesajım çox açıq idi və xoşniyyətli oxucuların bunu görməməsi mümkünsüz idi.
Bu gün üçün yazıya gələn rəylərə də cavab verdiyim bir yazı hazırlamışdım, amma dünən gecə gec saatlarda gələn bir telefonla iş başqa səviyyə aldı. “Fənərbaxça” – “Qalatasaray” derbisi sonrası saat 22.56-da telefonum zəng çaldı. Açdım. Əkrəm İmamoğlunun mətbuat katibi, dəyərli jurnalist Murat Ongun idi.
“Naqehan xanım, yazınızı başqan dünən oxudu. Amma sizinlə danışmaq üçün matçın bitməsini gözlədi” deyərək telefonu Əkrəm bəyə verdi. Son dərəcə isti tonda danışmağa başladı İmamoğlu və və söhbətə belə başladı:
“Naqehan xanım, yazılarınızı diqqətlə oxuyuram. Xəbərdarlıqlarınızı görürəm və önəm verirəm. Bunları xoş niyyətlə yazdığınızı bilirəm. Bu zəngi də “Baxın dediyiniz kimi olmadı, mən xalqımla birlikdə olduğum zaman heç bir problem olmaz” demək üçün oyundan sonra etmək istədim” dedi.
İmamoğlu həmçinin yazara bu matça indi yox, seçkidən öncə getməklə bağlı qərar verdiyini bildirib. Naqehan Alçı daha sonra Əkrəm bəyin səsləndirdiyi iddianı yazıb: “Klublara zəng edib təhdid etdilər. Həm “Beşiktaş”a, həm də “Fənərbaxça”ya “İmamoğlu matça gəlməsin” deyə zəng ediblər”.