Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədovun baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətinin müddəti başa çatıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. O deyib ki, Ə.Əhmədov aprelin 12-dən öz vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Əli Əhmədov prezident seçkiləri ilə əlaqədar YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilmişdi.