Ən təhlükəsiz ölkə İslandiya seçilib. Növbəti yerlərdə isə ardıcıl olaraq İsveçrə və Finlandiya qərarlaşıb. İlk “20-liy”ə İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya və Kanada kimi ölkələr də daxil olub.
Yüksək iqtisadi inkişafına baxmayaraq ABŞ bu siyahıda 65, tez-tez sunami və zəlzələ ilə üzləşən Yaponiya isə 43-cü sıradadır. Mütəxəssislər Rusiyanın son dövrlərdəki iqtisadi çətinliklərini nəzərə alaraq ölkəni 108-ci pillədə görüblər. Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filippin adaları hesab edilib.
MDB məkanındakı ən təhlükəsiz ölkə Qazaxıstan seçilib. Bu ölkə siyahıda 44-cü pillədə qərarlaşıb. Sonrakı yerdə Moldova (46), Ermənistan (62), Tacikistan (68), Azərbaycan (71), Qırğızıstan (89), Rusiya (108), Ukrayna (116) özünə yer edib.