Əsas menu

Cümə, Aprel 13th, 2018

 

Leyla Əliyeva azərbaycanlı döyüşçünün əşyalarını qohumuna verdi – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb. Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu – qardaşı oğlu Abay Abbasova təqdim edib. Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın “Dobrovolets Politex” axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən “Nevskiy Pyataçok” memorialında dəfn edilib. Onun üzərində tapılan medalƏtraflı oxu


“Full” paketlərinə 50 minədək “Nar” abunəçisi qoşulub

“Nar”-ın sərfəli “Full” paketlərindən istifadə etmiş abunəçilərin sayı qısa müddət ərzində 50 minə çatıb. Sərfəli qiymətə ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Xatırladaq ki, “Nar”-ın təqdim etdiyi “Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “yanmayan” bonuslar təcrübəsinə əsaslanır. Belə ki, keçirilmiş çoxsaylı sorğular və abunəçilərin istəkləri əsasında bonusların yanmaması və bir sonrakı aya keçirilməsi təmin edilib. Abunəçilərin sorğularına əsasən, bonusların toplanmasından başqa, həm də qalıq bonusların dəyişdirilməsi funksiyası – “Exchange” təklifi irəli sürülüb. Beləliklə, “Full” paketlərinin daha birƏtraflı oxu


İrəvan aeroportunda Qarabağ video-çarxı… – İşğalın təsdiqi… – VİDEO  

İşğalçı Ermənistanın paytaxtındakı  hava limanında Azərbaycanın işğal altındakı toppaqlarında olan gəzməli-görməli yerləri təsvir edən video-çarx nümayiş etdirilməyə başlanıb.    Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.  Guya həmin video-çarx Ermənistanın və qondarma separatçı-terrorçu rejimin turizmlə bağlı müvafiq qurumları arasındakı “razılaşmaya” əsasən təşkil edilib. Hazırda Zvartnots hava limanına daxil olan hər bir erməni və əcnəbi qonaq, o cümlədən turistlər Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər bölgələrindəki(məsələn, Kəlbəcərdəki Xudavəng məbədi) gözəl təbi mənzərə və tarixi abidələri seyr edə bilirlər. Bununla  rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal etməsiƏtraflı oxu


Azərbaycanda nazirlik əməkdaşı qəzaya düşdü

 Ağstafa rayonunda yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, Bünyamin Namazovun idarə etdiyi VAZ markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü B.Namazov və avtomobildə olan sərnişinlər – 1982-ci il təvəllüdlü İqbal Fazil oğlu Namazov, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aytən Alı qızı Namazova, 2013-cü il təvəllüdlü Yusif İqbal oğlu Namazov, 1989-cu il təvəllüdlü Aygün Valeh qızı Alıyeva və 2017-ci il təvəllüdlü Onur Vüqar oğlu Alıyev ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, İqbal Namazov Səhiyyə NazirliyininƏtraflı oxu


Alışanov məhkəmənin təxirə salınmasını istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin nümayəndəsinin məhkəməyə ərizəsinin daxil olduğu elan olunub. O, iclasın təxirə salınmasını istəyib. Proses aprelin 20-dək təxirə salınıb. Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdardaƏtraflı oxu


Mehriban Əliyeva Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb – FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar – dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb. Görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər. Xatırladaq ki, “İstək” Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş Reynerci qurğusu “Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib. Birinci vitse-prezident Mehriban ƏliyevaƏtraflı oxu


Güclü külək əsəcək, temperatur 7 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağıƏtraflı oxu


Bakıda “Nescafe”nin içindən görün nə çıxdı (FOTO)

Bakıda “Nescafe”nin içindən suxari əzintisi çıxıb. Bu barədə “Azad İsehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov şəxsi “Facebook” hesabında məlumat yayıb. “Azad İsehlakçılar” İctimai Birliyi söyləmişdi ki, ərzaq mallarının içərisindən çıxan kənar cisimlər muzeyi yaranacaq. Bu “Nescafe”ni AİİB-ə gətirib təslim edən şəxs onu açanda içərisində suxari əzintisi ilə doldurulduğunu görüb. AİİB-in sədri olaraq 4 gündür distirbuturlara və sair zəng edirəm ki, gəlin araşdırın, amma heç kimin vecinə deyil. Bir sözlə ehtiyyatlı olun, hələ biz buna suxari deyirik, bəlkə başqa nəsə var!” deyə Eyub Hüseynov bildirib.


Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi – FOTO

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.  Bizimxeber.az  xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə,  nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o seçici hüququndan istifadə etməyib. Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb. O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyini təsdiqləyib: “Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədərƏtraflı oxu


Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir

Komitə 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Telekom MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir. Yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və Azercell-in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hal-hazırda 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir. İdman növləri 9-a çatdırılan Uşaq Paralimpiya Komitəsində gənc paralimpiyaçılar indi cüdo, boccia, üzgüçülük, qolbol, masaüstü tennis, əlil arabasında rəqs, parataekvando, pauerliftinq və atletika kimi idman növləri ilə məşğulƏtraflı oxu