Əsas menu

Bazar ertəsi, Aprel 16th, 2018

 

Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq…

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Konstitusiya Məhkəməsi Plenumu isə sabah – arelin 17-də prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib. İstisna olunmur ki, Konstitusiya Məhkəməsi Plenumu sabah seçkinin nəticələrini təsdiqləyəcək.  Konstitusiya Məhkəməsi seçkinin yekunlarınıƏtraflı oxu


Köçkün şəhərciyində faciə: 13 yaşlı uşağı maşın vurub öldürdü

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.  APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Azərbaycanlı jurnalistin kitabı Ukrayna ictimaiyyətinə təqdim olundu

Martın 24-də Lvov Milli Universitetinin Güzgülü zalında Azərbaycanlı jurnalıst Böyükağa Mikayıllının “Bir səma altında” adlı kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində Lvovun və İvano-Frankovskinin, dövlət strukturlarının, elmi, pedaqoji ictimaiyyətinin nümayəndələri, Azərbaycanlı qonaqlar, Lvovda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının nümayəndələri, jurnalistlər iştirak edirdilər. Mərasimi Lvov Vilayət Elm və Təhsil Departamentinin direktoru Lyubomira Mandziy açaraq Böyükağa Mikayıllının “Bir səma altında” kitabını jurnalistin Ukrayna xalqına böyük hədiyyəsi, sonsuz sevgisi kimi dəyərləndirdi. O, məmnunluqla diqqətə çatdırdı ki, kitabda təhsil məsələlərinə xüsusi yer ayrılıb və Lvov vilayəti ilə Azərbaycan Təhsil Şurası arasında həyata keçirilən “Beynəlxalq təcrübəƏtraflı oxu


İrəvanda toqquşma: 22 nəfər xəsarəti aldı

İrəvanda polislə nümayişçilər arasında baş verən toqquşma zamanı 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralananlardan 3-ü polisdir. “Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N. Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ““Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam.Ətraflı oxu


Nəsimidə 2018-ci ilin I rübünün yekunları müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafınınƏtraflı oxu


“Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub

Azercell Telekom və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində “Seedstars Summit ” müsabiqəsində iştirak edib. Altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi “Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, “Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələnƏtraflı oxu


Yanacaqdoldurma məntəqəsində “tapança” ilə soyğun – VİDEO

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı “LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.  Bizimxeber.az movqe.az-a istindaən bildirir ki,  üzünə maska taxan iki nəfər şəxs “LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar. Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək  800 AZN pulu götürərək aradan çıxıblar. Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.   00:00 00:00


Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqləndi

Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. APA-nın “news.am” istinadən verdiyi məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib.  Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək. Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.


Azəri Günel Türkiyədə ev aldı

Azəri Günel Zeynalova Türkiyədə özünə yeni mənzil alıb. Bu barədə ifaçı “Zaurla Günaydın” verilişində deyib. O bildirib ki, yeni evi İstanbulun İstinya səmtində “Vadi İstanbul”da yerləşir. Qeyd edək ki, Günel bu günə qədər Türkiyədə kirayə yaşayırdı.  


Professorun evini soyan dəstə üzvü: “Buna görə adamın əlini kəsərlər”

Tanınmış professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən E.Musayev ifadə verib. O bildirib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb: “Telefonları saxlamamışam, sadəcə avtovağzalda bunlar telefonlarını dükana verəndə orda olmuşam. Sonra da çıxıb öz işimin dalınca getdim. Onların quldurluğa getdiyini bilmirdim. Rayonda olanda polis məni bölməyə çağırdı, orda cinayət olduğunu dedilər. Bir neçə gün əvvəl də əmimoğlu Natiq mənə saat hədiyyə etmişdi.Ətraflı oxu