Əsas menu

Çərşənbə axşamı, May 15th, 2018

 

Türkiyə İsrail səfirini ölkədən qovdu

İsrailin Türkiyədəki səfiri Eitan Naeh Xarici İşlər Naziriliyinə çağrılıb. “Bizimxeber” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəzzada baş verən qətliamlarla bağlı səfirə etiraz notası verilib və ölkəsinə qayıtmağının məqsədəuyğun olduğu bildirilib. Qeyd edək ki, Türkiyə bir müddət öncə İsraildəki səfiri Kemal Ökeni də geri çağırıb.


Gömrük İdarəsinə yeni rəis təyin edildi

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini vəzifəsində çalışmış Bəhruz Quliyev həmin idarənin rəisi vəzifəsinə təyin olunub. DGK-dan verilən xəbərə görə, komitə sədrinin digər əmri ilə Biləsuvar Gömrük İdarəsinin rəisi Nazim Süleymanov təşkilati – ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. Həmin idarənin rəisi vəzifəsinə Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Musa Mirzəli təyin olunub.


Bakıda sağlığında özünə dəbdəbəli məzar qazdıranların sayı artır

Sağ ikən özlərinə məzar qazdıranların sayı getdikcə artır. Belə hallara paytaxtın əksər qəbiristanlıqlarında rast gəlmək mümkündür. “ARB 24”dən virtualaz.org-a verilən məlumata görə, ictimayət bu məsələyə birmənalı yanaşmır. Məhəmməd Zuftarov (sakin): “Ölməzdən öncə qəbir düzəltdirməyə normal baxmıram. Bu düzgün deyil”. Fərrux Əmirov (sakin): “Kiminsə pulu var, eləyir. Yaxınının, qohumlarının pulu olmaya bilər, əvvəlcədən eləyir. Yaxşı bir şeydir əslində”. Ceyhun Abışov (sakin): “Bir nəfər ölməzdən öncə özünə kəfən ala bilər. Amma qəbir daşıdır, bu kimi şeylərə mən düzgün baxmıram”. Yasamal qəbiristanlığında dəbdəbəli görünüşü olan qəbirin sahibi də diri ikən özünə məzar qazdıranlardandır.Ətraflı oxu


Yeni təmirdən çıxan Salyan-Neftçala yolu dağılır- FOTOLAR

Bir aya yaxındır əsaslı təmir olunan Salyan-Neftçala magistral yolu artıq bir necə istiqamətdə dağılmağa başlayıb. Bizimxeber.az-a daxil olan şəkillərdən də aydın görünür ki, yolun müəyyən hissələrində yol örtüyü sürüşüb, rayonun Bankə qəsəbəsi istiqamətində olan hissəsi isə artıq dağılıb. Maraqlısı budur ki, bu yol heç bir ay yoxdur ki, əsaslı təmirdən çıxıb. Elə isə, yolun bu tezlikdə dağılmasınının səbəbi nədir? Məlumat üçün bildirək ki, yolu Azərbaycan Avtomobilyolları Dövlət Agentliyi təmir edib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ramazan ayının təqvimi açıqlandı – CƏDVƏL

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb. “Bizimxeber” xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub. Təqvimdə Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq. QeydƏtraflı oxu


Müəllim məktəb direktorunu döydü

ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb. “Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib. Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Heydər Əsədovun milyonluq villaları üzə çıxdı

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. “Bizimxeber” unikal.org-a istinadənPaytaxtın Binəqədi rayonu “Varovski” qəsəbəsində olan villalarından biri 5 mərtəbəli, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villası isə 2 milyon manata tikilib. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun həmin villalarının fotolarını təqdim edirik:


Şeyx: Bəziləri dindən şou düzəldir

Bəzi insanlar üçün qidanın halal və haram olması elə də önəmli deyil. “Bizimxeber” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. Bildirib ki, kolbasaları halal adı ilə hər yerdə təbliğ edənlər var: “Əgər kolbasa həqiqətən qaydalara uyğun və halaldırsa, bunun əleyhinə deyiləm. Şəriətə uyğundursa, onu yemək olar. Amma ehtiyatlı olmaq lazımdır. Halalı kim təsdiq edir? Bunu edənlər axirəti düşünmürlər”. Şeyx televiziyalarda ilahiyyatçı adı ilə çıxış edən şəxslərə də iradını bildirib: “Başa düşə bilmirəm ki, onlara bu adı kim verib? Bəlkə də onların içərisində yaxşıları da var. Amma çoxu ilahiyyatçı adından istifadə edir. Bizə müraciət edən televiziyalarƏtraflı oxu


Səlim Müslümovun qaynının rəhbərlik etdiyi idarə yoxlanır – Palata hərəkətə keçdi

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir. “Bizimxeber” APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası tərəfindən adıçəkilən idarədə bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulur. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyataƏtraflı oxu


DSMF-nin saxta pensiya siyahısı üzə çıxdı – İTTİHAM

Bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilən Əjdər Cəbiyevlə yanaşı, adıçəkilən nazirliyin struktur bölməsində mühüm post tutan qardaşı Şahalı Cəbiyevdən də narazılıq var. İmişli şəhəri, P. Həsənov küçəsi, 50 ünvanında pasport qeydiyyatında olan, amma Hövsan Südçülük Sovxozu deyilən ərazidə yaşayan Bəhruz Xosrov oğlu Əhmədov Azərbaycan prezidenti İlham Əliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, digər rəsmi şəxslərə və KİV-lərə müraciət edib. Bəhruz Əhmədov müraciətində yazır ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Suraxanı rayon şöbəsində saxta yollarla xeyli adama penisya təyin edilib. Şikayətçi buƏtraflı oxu