Əsas menu

Çərşənbə axşamı, İyun 12th, 2018

 

15 rayonda kənd və qəsəbə adları dəyişdirildi

Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirilib. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilib. “Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə əsasən, Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi (ərazi vahidi də belə adlanacaq), Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi (ərazi vahidi də beləƏtraflı oxu


İlham Əliyev: TANAP Türkiyə-Azərbaycan qardaşlığının zəfəridir

Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib. Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.


Netanyahu korrupsiya ilə bağlı dindirilib

İsrail baş naziri Binyəmin Netanyahu Almaniyadan sualtı qayıqların alınmasında yol verilən korrupsiya halları ilə bağlı istintaq çərçivəsində ilk dəfə olaraq  polis tərəfindən dindirilib. Bu haqda İsrail mətbuatı məlumat yayıb. İsrailin hökumət başçısının adı  “3000 saylı iş” üzrə bilavasitə fiqurant kimi hallanmasa da , onun Almaniyanın gəmiqayırma şirkətləri ilə əlaqələri olan şəxsi vəkilli David Şimronun adı şübhəlilərin siyahısındadır. Netanyahu vəkilinin Almaniyanın sənaye şirkətləri ilə əlaqələrinin olmasından bixəbər olduğunu bildirib. Onun sözlərinə görə, “Delfin” tipli üç sualtı-qayığın alınması ilə bağlı qərarı tam şəffaf olub və heç bir şəxsi səviyyədə olan münasibətlər bu qərarınƏtraflı oxu


SOCAR-a 963,2 milyon manat ayrılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalı artırılacaq. Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat subsidiya olmaqla cəmi 963,2 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-nəƏtraflı oxu


Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir. Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Abadlıq quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda vəƏtraflı oxu


Anar Məmmədxanovun qızı evlənir: iş adamının oğluna ərə gedir (FOTOLAR)

“Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toyu olacaq. Publika.az-a istinadən xəbər verir ki, Məryəm Məmmədxanovanın toyu iyunun 16-da Buta Palasda baş tutacaq.  Məryəm Məmmədxanova Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə quracaq.


Bakı şəhərində daha bir Azercell Eksklüziv fəaliyyət göstərəcək

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir. “Qafqazinfo” xəbər verir ki, bu dəfə şirkət Bakı şəhəri Tbilisi prospekti, 44C ünvanında, “20 yanvar” metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib. Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur.Ətraflı oxu


Bu şəxslər Hindistana vizasız gedəcəklər

Milli Məclisin (MM) növbənkənar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qanun layihəsi barədə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. O bildirib ki, sənədə əsasən, Azərbaycan Respublikası hökuməti ilə Hindistan Respublikası hökuməti arasında “Diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2018-ci il aprelin 4-də Bakı şəhərində imzalanmış sazişin təsdiqi nəzərdə tutulur. Sənəd müzakirələr açılmadan ratifikasiya olunub.


“Sevgilimə 50 qızla xəyanət etmişəm”

İngiltərənin məşhur modeli Daniel Wagster hər kəsi təəccübləndirən açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, 29 yaşlı model sevgilisinə 50 xanımla xəyanət etdiyini söyləyib: “29 yaşım var. Bu günə kimi 2500 xanımla görüşmüşəm.  Keçmiş sevgilimə isə 50 qızla xəyanət etmişəm. İndi ondanayrılmışam”.  Qeyd edək ki, o, bir bir müddət əvvəl restoranda  450 avroluq hesabı ödəməmiş, məkan sahibi ondan şikayətçi olmuşdu.  Məhkəmə Danielə iki aylıq həbs cəzası vermişdi.


Nura Afaq Gəncəlini tənqid etdi

“Hər zaman Afaq Gəncəlinin hörmətini saxlamışam, xətrini çox istəmişəm. Dəfələrlə efirdə mənə qarşı qərəzli sujetlər gedib və bu, mənim Afaqa qarşı münasibətimi dəyişməyib”. Bu sözləri müğənni Nura Suri deyib.  O, instaqramda canlı yayıma girərək televiziya və media nümayəndələrinə etirazını bildirib: “İllərlə fərqli kanallarda qadağada olmuşam, bu canlı yayımdan sonra da olsam təəccüblənmərəm. Haqqını tələb edəni, sözün düzünü deyəni çoxu sevmir. Reytinq xatirinə müğənniləri, məşhurları gözdən salmaq normal hala çevrilib. Guya, ATV əməkdaşının toyunda “Paparazzi” çəkirdilər. Toydan çıxarkən prodüserim nəzarətçiyə pul verdi və avtomobilə əyləşdik. Çəkdiklərini də görürdüm. Sonra montaj edib,məniƏtraflı oxu