Əsas menu

Çərşənbə, İyun 13th, 2018

 

Ərdoğan Kılıçdaroğluna qalib gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Man adaları” iddiaları ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı iddia qaldırdığı məhkəmə prosesində qalib gəlib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məhkəmə Kılıçdaroğlunun şikayətçilərə 142 min türk lirəsi məbləğində mənəvi təzminatı faizi ilə birlikdə ödəməsinə qərar verib. Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun yaxınlarını Man adalarında yerləşən şirkətə külli miqdarda pul köçürməkdə ittiham etmişdi.


Bakıda yaşayış binası yanır

Bakı şəhərinin Nərimanov rayonu ərazisində bina yanır. “Bizimxeber” Lent.az-a istinadən xəbər verir ki, Azadlıq prospekti ilə Məmməd Araz (keçmiş Teymur Əliyev) küçələrinin kəsişməsində beş mərtəbəli binanın üçüncü mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə beş yanğınsöndürmə briqadası cəlb edilib. Əlavə məlumat veriləcək.  


Peskov yenidən Putinin mətbuat katibi təyin olundu

Dmitri Peskov yenidən Rusiya prezidentinin mətbuat katibi təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Fərmana əsasən, Dmitri Peskov Rusiya Prezident Admisnitrasiyası rəhbərinin müavini və prezidentin mətbuat katibi təyin olunub. Qeyd edək ki, Dmitri Peskov 2012-ci ildən Kremlin sözçüsü vəzifəsini çalışır.


İspaniya millisinin yeni baş məşqçisi məlum oldu

Dünya çempionatının başlanmasına bir gün qalmış İspaniya yığma komandasına yeni baş məşqçi təyin olunub. Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, millinin yeni baş məqşçisi statusuna komandanın idman direktoru, Madrid “Real”ının sabiq kapitanı Fernando Yerro təyin olunub. Bununla bağlı milli komandanın Twitter hesabında məlumat yayılıb. 14:58 İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən qovulub. Oxu.Az xəbər verir ki, İspaniya futbol federasiyasının prezidenti Luis Rubiales keçirilən xüsusi mətbuat konfransında mütəxəssislə müqavilənin ləğv edildiyini elan edib. “Biz Xulen Lopeteqi ilə müqaviləni pozmalı olduq. Ona uğurlar arzulayırıq. Millinin qazanacaqları uğurlar onun işlərinin nəticələridir”, – prezident deyib.Ətraflı oxu


Sürücülərə şad xəbər: Cərimə meydançasından maşın çıxarmaq asanlaşdı

Bu günə qədər sürücülərin əsas problemlərindən biri, cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi idi. “Bizimxeber” avtostop.tv-yə istinadən xəbər verir ki, yeni sənin avtomobilin cəriməni ödəmədiyinə görə (və ya başqa bir səbəbdən) cərimə meydnaçasına aparılırsa, cəriməni ödədikdən sonra sən vaxt itirib DYP-ə gedib buraxılış vərəqəsini almalı idin. İndi bu yoxdur. Əvvəllər praktikada belə olurdu. Avtomobil cərimə meydançasına salınırdı, cərimə meydançasında ödəniş etmək mümkün deyildi, sən banka gedirdin, sonra DYP-ə gedib uzun növbədə dayanırdın, min-bir zülümlə buraxılış vərəqəsini alırdın, gəlirdin cərimə meydançasına, oradan səndən hətta bir gün qalmasa belə pulƏtraflı oxu


Qafqazın ilk “Claustrophobia”sı: qorxulu yuxuları realda yaşadır (FOTO/VİDEO)

Son zamanlar Bakıda yaranan kvestlərin sayı artmaqdadır. “Bizimxeber” report-a istinadən xəbər verir ki, bunlar arasında “Claustrophobia Baku” özünəməxsusluğu ilə digərlərindən tamamilə fərqlənir. Belə ki, Bakıda aktyor iştirakı olmadan oynanılan ilk texniki kvest “Claustrophobia Baku” qorxu və macəra həvəskarlarının sevimli məkanı olacaq. Gözəgörünməz qüvvələr ilə bərabər olacağınız otaq sizi qorxularınız ilə qarşı-qarşıya qoyacaq. Kvest 2-5 nəfər komanda şəklində oynanılan real, intellektual oyundur. Burada siz komandanız ilə birlikdə olduğunuz yerdən xilas olmaq üçün verilən tapmacaların, sirlərin cavabını tapmalısınız. Bakıda ilk və tək texniki kvest  Əvvəla, “Claustrophobia” artıq bir dünya brendidir. Baş ofisi Moskvada yerləşən buƏtraflı oxu


Vidadi Bərdəlinin oğlu Bakıda adam öldürüb(RƏSMİ)

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb. Qaynarinfo Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb. Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isəƏtraflı oxu


İcra başçısından sonra azərbaycanlı deputata da cinayət işi açıldı

Gürcüstan Vahid Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanova qarşı cinayət işi açılıb. “Bizimxeber” axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” agentliyi yayıb. Gürcüstan Baş Prokurorluğu Azər Süleymanovu Marneuli sakininə qarşı zorakılıqda ittiham edib. Agentlik məsələ ilə bağlı əlavə məlumat verməyib. Qeyd edək ki, iyunun 11-də Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T.Abazov və Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. GörüntülərdəƏtraflı oxu


Prezident Azərbaycan xalqını təbrik etdi

Prezident İlham ƏliyevRamazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərim “on bir ayın sultanı” sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığıƏtraflı oxu


İlham Əliyev Rusiyada futbol oynadı (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib. “Bizimxeber” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Futbol üzrə DÇ-2018-in açılış mərasimində iştirak edəcək.


Ramil Usubov əmr verdi: Nəzarət gücləndirilsin!

Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək. Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.


“Nar”-dan Naxçıvan üçün xüsusi təklif

“Nar” operatoru Naxçıvan üçün xüsusi təkliflə çıxış edib. Artıq “Turbo L” paketini 50% endirimlə əldə etmək mümkündür. Paketi aktivləşdirən abunəçi 1,5 GB interneti 3 AZN-ə əldə edir. “Turbo L” paketini 11-15 iyun tarixləri arasında sifariş edən bütün abunəçilər bu endirimdən yararlana biləcəklər. Paketin istifadə müddəti 30 gündür. İstifadə müddəti bitdikdən sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir. Kampaniyaya qoşulmaq üçün *777#04#yes yığmaq və ya +L yazıb 777 nömrəsinə göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq kifayətdir. Bu təklif yalnız müvafiq SMS bildirişini alan “Nar” abunəçilərinə şamil olunur. Kampaniya haqqındaƏtraflı oxu


Yol polisi sürücülərə müraciət etdi: ünvanı və telefon nömrəsini verin

Öz rahatlığınız üçün bu cür informasiyaların təqdim olunması tövsiyə edilir. “Bizimxeber” xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, BDYPİ sürücülərin və avtomobil sahiblərinin işini daha da asanlaşdırmaq, cərimə və digər məlumatları vaxtında əldə etmək, bununla da sonradan yaranan müxtəlif problemlərin qarşısını almaq üçün bəzi məqamlara diqqət etməyi tövsiyə edir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 125.5-ci maddəsində sürücülərin üzərinə düşən vəzifələr əksini tapıb. Qeyd olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatdaƏtraflı oxu


DİN cinayət işi açdı: azyaşlıya işgəncə verən tərbiyəçi tutuldu

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb. “Bizimxeber”in  məlumatna görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə)  maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.


Azərbaycan və Rusiyanın Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Azərbaycan Respublikasının və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. DİN-dən “Bizimxeber”ə verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.Ətraflı oxu


“DÇ-2018″in açılışını məşhur müğənni edəcək

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılışı dünya şöhrətli müğənni Robbi Uilyams tərəfindən ediləcək. “Bizimxeber” xəbər verir ki, sənətçi Rusiya və Səudiyyə Ərəbistanı arasndakı açılış matçından 30 dəqiqə əvvəl Moskvadakı “Lujniki” stadionunda konsert verəcək. Robbi Uilyamsla birlikdə səhnədə braziliyalı sabiq futbolçu Ronaldo və rusiyalı opera müğənnisi Aida Qarifullina da yer alacaq. Mərasimdə 500 rəqqas, akrobatlar və s. şəxslər iştirak edəcək. “Party Like Russian” adlı mahnısı olan Robbi Uilyams bildirir ki, dünya çempionatında ifa eləmək onun uşaqlıq arzusudu


“Cücə işi”nə görə azərbaycanlı mer saxlanıldı

Gürcüstanın Marneuli şəhərinin meri, azərbaycanlı Timur Abazov saxlanılıb. Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstan mediası məlumat yayıb. Abazov bir neçə gün əvvəl cücələrlə bağlı insident səbəbindən prokurorluğa çağırılıb. Belə ki, Marneuli şəhərində quş fabrikindən zibilliyə atılmış yüzlərlə yumurtadan cücə çıxıb. İnsidentin videosu “Facebook”da yayımlanıb. Bundan əvvəl Abazov bunu qeyri-adi hadisə adlandırıb və qeyd edib ki, cücələr zibillikdən şəhərin mərkəzinə kimi gəliblər. Bəzi yerli sakinlər cücələri özlərinə götürüb. “Mənə məlumdur ki, quş fabriki yumurtaların lax olduğunu hesab ediblər və atıblar. Ancaq yumurtalardan çoxlu cücə çıxıb. Bir çox yerli sakin cücələri özlərinəƏtraflı oxu


Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir. Müdafiə Nazirliyindən “Bizimxeber”ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir. Hərbi parad iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək. Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.  


Erməni KİV: Yerevanın müttəfiqləri Bakını dəstəkləyir

Yaxın günlərdə Ermənistan baş naziri Nikol Paşinyan ilk idarəçilik dövründə ikinci dəfə Rusiyaya səfər edəcək. Oxu.Az xəbər verir ki, bu, son günlər aparıcı erməni nəşrlərində əsas müzakirə edilən məsələlərdən biridir. “1in.am” portalı yazır ki, Paşinyanın Rusiyaya səfərində məqsəd futbol üzrə dünya çempionatının açılış mrəasimində iştirak etməkdir, ancaq liderlərin mətbuat xidmətlərinin məlumatında Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi bildirilib. “Əlbəttə, Ermənistan kimi kasıb ölkənin liderinin yalnız idman məsələsinə görə səfəri böyük fəxr olardı”, – nəşrin məlumatında deyilir. Erməni KİV təsdiq edir ki, Yerevan üçün daha qəddar KTMT və AİB-dəki vəziyyətdir: “ErmənistanınƏtraflı oxu


Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? (ARAŞDIRMA)

Vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır. “Report” qeyd edilən problemlə bağlı vəziyyəti araşdırıb. Bəzi xarici dövlətlərdə vətəndaşların rahatlığı üçün onlara iki pasport verilir. Bir neçə pasportluƏtraflı oxu