Əsas menu

Bazar ertəsi, İyun 18th, 2018

 

Qırğızıstanın sabiq baş naziri saxlanıldı

Qırğızıstanın sabiq baş naziri Jantoro Satıbaldıyev saxlanılıb. Bu barədə “İnterfax” ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, Jantoro Satıbaldıyev istintaq təcridxanasına aparılıb. Məlumata görə o, Bişkekin İstilik Elektrik Mərkəzinin modernləşməsi işində korrupsiya faktı üzrə cinayət işi ilə əlaqədar saxlanılıb.


Yeni icra başçısı kimdir? – DOSYE

Xəbər veridiyimiz kimi, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Artıq 10 gündür vəzifəsini icra edən Binəqədinin yeni başçısının tərcümeyi-halı barədə məlumat açıqlanıb. Qaynarinfo xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən məlumata əsasən, Elxan Şamil oğlu Allahverdiyev 15 iyun 1960-ci il tarixində Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildənƏtraflı oxu


İldırımdan necə qorunmalı?

Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Xüsusilə bu mövsümdə belə hallara tez-tez rast gəlinir. Bu isə ildırımvurma hallarından qorunmaq məsələsini aktuallaşdırır. Bununla bağlı Fövqaladə Hallar Nazirliyinin də xəbərdarlığı var. Bəs yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli? “Bizimxeber” “Xəzər TV”yə istinadən xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımın baş verəcəyindən xəbər verir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur.Ətraflı oxu


Kraldan şok addım: 30 milyardı öz adına keçirdi

Taylandda 70 il hakimiyyətdə qalan atasının ölümündən sonra kral olan Maha Vajiralongkorn kral ailəsinin 30 milyard dollar sərvətini öz adına keçirib. “Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayland Krallıq Mülkiyyət Bürosu məlumat verib. Büro ötən ildən bəri Kralın nəzarətindədir. O, bu quruma öz yaxın adamlarını təyin edib. Kral öz sərvəti ilə birlikdə digər ailə üzvlərinin də haqqı olan məbləği və mülkləri idarə edəcək. İki böyük şirkətin hissələri də Mahanın idarəsinə keçib. Onun atası Kral Bhumibol Adulyadej 30 milyard sərvətlə dünyanın ən zəngin kral ailəsi üzvü statusuna sahib idi. Sərvət əvvəl bütün vergilərdənƏtraflı oxu


DÇ-2018: Belçika yığması Panamaya qalib gəldi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün növbəti oyun keçirilib. “Bizimxeber”  xəbər verir ki, Soçidəki “Fişt” stadionunda çempionatın favoritlərindən sayılan Belçika debütant Panama ilə qarşılaşıb. Oyun Belçika yığmasının 3:0 hecablı qələbəsi ilə başa çatıb. Oyunu zambiyalı referi Canni Sikazu idarə edib.


Fuad Əlişovdan boşanan Sevinc ərə gedir

2 il əvvəl rejissor Fuad Əlişovdan ayrılan aktrisa Sevinc Əlişova ikinci dəfə ailə həyatı qurur. “Bizimxeber” axşam.az-a istinadən xəbər verir ki, “ATV maqazin 10larla”ya açıqlama verən aktrisa toyunu mediadan gizli saxlamaq istədiyini bildirib: “Heç vaxt demə ki, heç vaxt”. Ağlıma da gəlməzdi ki, 12 il sonra gəlinlik geyinəcəm və bu gözəl məkanda əzizlərimi, doğmalarımı qarşılayacam. Toyumu mediadan gizli edəcəkdim. Amma xəbər tutdunuz. Bəy tanıdığınız adamdır. 3 il olar tanıdığım bir insandır. Çox hörmət elədiyim, gözəl oğlandır. Amma üzünü göstərməyəcəm”. Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3Ətraflı oxu


Bankir Zeynalovun maxinasiyaları, “GünayBank”da batan on milyonlarla dollar qara pullar

Azərbaycanın ilk kommersiya banklarından olan və 1992-ci ildən fəaliyyət göstərən “GünayBank” ASC-də baş verənlər barədə redaksiyamıza yeni sensasion məlumatlar daxil olub. Belə məlum olur ki, bankın idarə heyətinin sədr müavini, on milyonlarla manatla xaricdə qaçdığı deyilən Emin Zeynalov “GünayBank”da rəsmi bankçılıq fəaliyyəti ilə yanaşı qeyri-leqal pul dövriyyəsi sxemi də təşkil edib. Bu sxem üzərindən on milyonlarla dollar dövr elətdirib və üstəlik həmin pulları “Forex” beynəlxalq online valyuta mübadiləsi birjasında “fırladıb”, amma bu əməliyyatlarda böyük pullar itirib. Bankir Emin Zeynalovun 100 milyon manata yaxın pulla ölkədən qaçdığı barədə xəbərimizdən sonra “GünayBank”Ətraflı oxu


Ekspert Mərkəzi Bankı təkzib etdi

Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başlayıb. Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyasi anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FED-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb. “Bizimxeber”in məlumatına görə, bu barədə modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş etmək lazımdır: “Bu son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma deməkdir. Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik vəƏtraflı oxu


“DÇ-2018″in ən cəzibədar fanatı: tribunaları coşdurdu

Dünya çempionatında çıxış edən Perunun ən populiyar azarkeşi Nissu Kauti sevimli komandasını dəstəkləmək üçün Rusiyaya gəlib. “Bizimxeber” xəbər verir ki, Danimarka ilə oyunda stadionda yer alan Kauti sinəsini boyayaraq etdiyi hərəkətlərlə diqqətini çəkib.


Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib. “Bizimxeber” xəbər verir ki, Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a verdiyi açıqlamada bu məlumatların əsassız olduğunu bildirib. “Palatanın əməkdaşları qrafikə uyğun olaraq bir aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, pridensial normalara uyğundur”, – deyə o, qeyd edib.