Əsas menu

Şənbə, İyun 23rd, 2018

 

İlham Əliyev bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib: “Əməkdar həkim” Cəlilova Şölə Lətif qızı Əliyeva Nailə Ənvər qızı Əsgərov Şəmsi Məmmədəli oğlu Əsgərzadə Əfqan Ələsgər oğlu Həsənova Sara İman qızı Hüseynova Zəhra Məmmədəli qızı İsayev Cəlal Paşa oğlu İsgəndərova Tərifə Cəbrayıl qızı İsmayılova Mahirə Kamil qızı Qasımov Elviz İsmayıl oğlu Məcidova Məsməxanım Abbas qızı Məmmədov Cabir İsrafil oğlu Məmmədov Ceyhun Yusuf oğlu Mir-Hüseynov Elçin Oqtay oğlu Nağıyev Yusif Qədir oğlu Nəsrullayeva Sevda Nəsrulla qızı Şərifova Leyla Rauf qızı Yusifova SevincƏtraflı oxu


Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu:bu dəfə Sabirabadda

Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib. Pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib. Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.


Yanmamaq üçün özünü binadan atdı – VİDEO

İyunun 23-ə keçən gecə Rusiyanın Tomsk şəhərində hündürmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Bu haqda “Ren TV” məlumat yayıb. Hadisə şahidləri baş verənləri aşağıdan izləyib. Sosial şəbəkələrdə yayılan görüntüdə mənzillərdən birinin pəncərəsindən alovun çıxdığını görmək olur. Kadrlarda mənzil sakini yanğından qurtulmaq üçün pəncərədən aşağı tullanır. İnsident zamanı özünü binadan iki nəfər aşağı atıb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Mənzildə daha bir nəfərin meyiti aşkarlanıb.


Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir. Bu dəfə şirkət Bakı şəhəri Yasamal rayonu, S.Dadaşov küçəsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib. Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətlərə qoşulmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlıƏtraflı oxu


Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işində

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev mütəmadi olaraq vəkili Ruhid Əkbərovla görüşür. Sonuncu görüş bir neçə gün əvvəl olub. Məlumata görə, H.Abdullayevin səhhəti və saxlanma şəraiti pis deyil. Ona görə də giley-güzarı da eşidilmir. Bu isə sabiq deputatın istintaqla iş birliyinə getməsi, hökumətlə anlaşması haqda dolaşan xəbərlərin həqiqət yüklü olmasını dolayısı ilə təsdiqləmiş olur. Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyunƏtraflı oxu


Bağçada körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət alması ilə bağlı təfərrüatlar məlum olub. Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, azyaşlının  üzünə dağ basılması iddiası əssassızdır: “Dünən Əliyev Hüseyn Cəmil oğlu digər bağça yoldaşı İsmayılova Sara Hüseyn qızını dişləyib. Dərhal uşağın üzünə kompres qoyulub və xəstəxanaya aparılıb. Hazırda evə buraxılıb”. Məlumatda qeyd edilib ki, işində göstərdiyi səhlənkarlığa görə bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdən çıxarılıb, bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.


Daha bir bağçada körpəyə qarşı şiddət

Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb. Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.   Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”. Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ciƏtraflı oxu


Çin zibil idxalını dayandırır

Dünyanın ən böyük zibil idxalçısı olan Çin artıq xaricdən plastik almayacağını açıqlayıb. “Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir qərarın ardından 120 milyon ton zibilin aqibətinin necə olacağı sual altındadır. BMT-nin Georgiya Universiteti ilə birgə apardığı araşdırmaya əsasən Çinin bu qərarından sonra 2030-cu ilə qədər 122,3 milyon ton plastik ya basdırılmalı, ya da ümumiyyətlə istifadə olunmamalıdır. Qeyd edək ki, Çin 1992-ci ildən bəri 57,6 milyard dollar dəyərində 106 milyon ton zibil idxal edib.


Sarkisyan Qarabağ danışıqlarında iştirak edəcək?

Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan ölkənin sabiq prezident Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında iştirakını istisna etməyib. “Bizimxeber”  xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb. “Təəssüf ki, Ermənistanda Qarabağla bağlı danışıqlardan məlumatlı olan çox insan yoxdur. Sarkisyanın xüsusi nümayəndə kimi bu danışıqlarda iştirakı istisna deyil”, – Xaratyan Ermənistan İctimai televiziyasına müsahibəsində deyib. O bildirib ki, sabiq diplomatlar yoxdur. “Heç kim bilmir ki, bir aydan, ildən və ya 5 ildən sonra nə baş verəcək. Bu insanların təcrübəsindən istifadə etmək vaxtı gəldikdə vəziyyət dəyişəcək. Bu qapını bağlamaqƏtraflı oxu


Ölkə şokda: Livanda qadın polislər küçəyə bu geyimdə çıxdı (FOTO/VİDEO)

Livanda qadın polislərin yay günlərində geyinmələri üçün hazırlanan yeni uniformalar ölkə gündəmində ən çox müzakirə olunan mövzu olub. “Bizimxeber”  xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə qadın yol polislərinə isti yay günlərində daha rahat işləmələri üçün şortik və qolukəsik köynək verilib. Sürücü və piyadaların təəccüblü baxışları arasında nəqliyyatı tənzimləyən polis əməkdaşlarının görüntüləri sosial şəbəkələrdə də paylaşılıb.