Əsas menu

Bazar ertəsi, İyul 2nd, 2018

 

“AF Mall” ticarət mərkəzində partlayış – VİDEO

Bakının mərkəzində partlayış baş verib. Oxu.Az-ın məlumatına görə, partlayış Səməd Vurğun küçəsi 34-də yerləşən “AF Mall” ticarət mərkəzinin avtodayanacaq hissəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.


Bakıda ağac qətliamı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Ramana 2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib. Qanun pozucuları barədə qanuna müvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.


“Nar” Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi

29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən “Nar” müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan etdi. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarət idi. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət edilmişdilər. Qeyd edək ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və məşğulluğa böyük önəm verən “Nar” mütəmadi olaraq müxtəlif əmək yarmarkalarında iştirak edərək gənc kadrları şirkətdə ixtisasları üzrə işlə təmin etməyə çalışır. DahaƏtraflı oxu


Nəsimi rayonunda Azərbaycan Polisi günü münasibətilə tədbir

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir. Həmçinin ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin Rəisi, Polis Polkovniki Musa Musayev tədbir iştirakçılarını Azərbaycan polisinin yaranmasının 100 illiyi və 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək rayonda xidmət edən polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Rayon Polis İdarəsi Rəisinin Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Vüsal Rüstəmov çıxış edərək bildirmişdir ki, Daxili İşlər NazirliyiƏtraflı oxu


“Elnur Cəfər adlı prokurorluq əməkdaşı onlara kömək edir” -Məhkəmə işi

Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının  barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib. Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Oqtay Əhmədov (Aysel Şükürovanın 2-ci əri) dindirilib. O ifadəsində bildirib ki, hadisədən bir müddət əvvəl əmisi Şahin Məmmədovgilə gedib: “Evdə olan zaman əmim dedi ki, Elşənlə (Aysel Şükürovanın 1-ci əri) görüş təyin eləyib və telefonda söyüşüblər. Biz də durub getdik görüşə. Hadisə bu cür oldu”. Təqsirləndirilən Elşən Əsgərli isə bildirib ki, görüşü Şahin Məmmədovla razılaşıb: “GənclikdəƏtraflı oxu


Azərbaycan ordusu hərəkətə keçdi – Fotolar

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar döyüş əməliyyatlarına hazırlıq üzrə planlı işlər yerinə yetirirlər.


DSX narkotik qaçaqmalçılığının qarşısını aldı  

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaq¬malçılıq yolu ilə ölkə ərazisinə gəti¬ril¬məsinə qarşı Dövlət Sərhəd Xidməti tərəfindən tədbirlər davam etdirlir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 30 iyun tarixində keçirilmiş əməliyyat tədbiri nəticəsin¬də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb. Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva AynurƏtraflı oxu


Rütbəcə polis olan azərbaycanlı məşhurlar (SİYAHI)

Azərbaycan polisinin 100 illiyidir. Polis əməkdaşı olan məşhurların siyahısını təqdim edir: Tanınmış idmançı Eduard Məmmədov Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantıdır. Kikboksinqlə məşğul olan E.Məmmədov müsahibələrinin birində bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub. Əməkdar artist, tanınmış aktyor, “Planet Parni iz Baku” KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov polis orqanlarında çalışır. İmanov polis polkovnik-leytenantıdır. 2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli də polis əməkdaşı olub. O, Polis Akademiyasını bitirib və DYP-də işləyərkən polis kapitanı rütbəsini daşıyıb. E.Məmmədli Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyəƏtraflı oxu


Rəhim Rəhimli qonşusu ilə dalaşıb

Müğənni Rəhim Rəhimli “Açıq Pəncərə” verlişinin qonağı olarkən maraqlı açıqlamalar verib.“Qafqazinfo” xəbər verir ki, sənətçi proqramda qonşularla olan münasibətindən danışıb. Rəhim  illər əvvəl onlarla böyük bir davanın da baş verdiyini bildirib: “Hər kəs gecə vaxtı yatanda biz səhnəyə çıxırıq. Evə artıq gəlib çıxanda gecə saat 3-4 ün yarısı olur. O saatda da biraz yaradıcılıqla məşğul olursan. Evdə pianomuz var. Hər qaldığımız evdə olur. İlk “Tarqovı”da ( Nizami küçəsi) yaşadığımız illərdə, qoşu ilə salamlaşmağımız söz-söhbətə səbəb olmuşdu. Az qalmışdı ki, savaşa çevrilsin. O zaman yeni ev almışdım və mən 3 günƏtraflı oxu


Xorvatiya prezidenti oyunu azarkeşlərlə izlədi – FOTO

Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç dünən keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində Xorvatiya – Danimarka görüşünü tribunadan izləyib. “Bizimxeber” xəbər verir ki, xanım prezident daha sonra niyə oyuna tribunadan baxmasına aydınlıq gətirib: “İstədim ki, tribunada fanatların əhatəsində komandanı dəstəkləyən azarkeş olduğumu göstərim. VİP-zonada, adətən, dress-koddan istifadə olunur, belə formada olmağa icazə verilmir. Ona görə tribunalara enib milli simvolumuz olan futbolkanı geyindim”. Qrabar-Kitaroviç bildirib ki, əsas vaxtda həmyerliləri rəqibdən daha yaxşı oynasa da, əlavə 30 dəqiqə ərzində danimarkalılar daha yaxşı təsir bağışlayıblar: “Təəssüf ki, Luka Modriç sonda penaltini reallaşdıra bilmədi. Ancaq bizim qapıçımız 11 metrlikƏtraflı oxu