Əsas menu

Bazar, İyul 8th, 2018

 

Azərbaycanlı turist Türkiyədə qayalıqlardan yıxılaraq ölüb

Türkiyənin Muğla rayonunda Fəthiyyə qəsəbəsində Azərbaycan əsilli Məryəm Ömərova Aladərə şəlaləsindən yıxılaraq dünyasını dəyişib. Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 6 iyulda əraziyə turist kimi səfər edən 27 yaşlı Məryəm Ömərova şəlalə üzərindəki qayalıqlarda gəzərkən müvazinətini itirib və 15 metr məsafədən yıxılıb. Xilasedici qrup 1,5 km məsafə qət edərək Ömərovanın cansız bədənini sudan çıxarıb. Meyit Fəthiyyə Dövlət Xəstəxanasına aparılıb.


Rus modellər futbola dəstək üçün soyundular

Futbol üzrə dünya çempionatı 2018 çərçivəsində Rusiya ilk dəfə 1/4 finala çıxıb. Sonuncu dəfə yığma SSRİ-i vaxtında 1986-cı ildə 1/8 finala çıxıb. Rusiya yığması Xorvatiya ilə üz-üzə gəlib. Oyun ətrafında böyük səs-küy yaranıb. Belə ki, dünyada məşhur olan rus əsilli modellər öz komandalarına dəstək olub. Natalya Vodyanova, Nataşa Poli və İrina Şeyk bir araya gələrək yarıçılpaq foto çəkdiriblər. Onlar boyunlarına Rusiya futbol klubunu əks etdirən şərf bağlayıblar. Fotonu Vodyanova Instagram səhifəsində paylaşıb və “Tapın görüm nə arzu tutdum?” deyə qeyd edib.


Sabaha gözlənilən hava şəraiti

Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Bizimxeber”ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 30-35° təşkil edəcək. Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal küləyi əsəcək, dəniz suyunun temperaturu 26-27° isti olacağı ehtimal edilir. Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil, Şıxda şimal küləyi əsəcək, dəniz suyunun temperaturunun 27-28° isti təşkil edəcəyi gözlənilir. Naxçıvan Muxtar Respublikasında günəşli hava gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüzƏtraflı oxu


Varşavada hava limanında zəhərli maddə

Polşanın paytaxtı Varşavada yerləşən Şopen Havalimanının yük terminalında zəhərlənmə hadisəsi baş verib. “Bizimxeber” Ria Novosti-yə istinadən xəbər verir ki, zəhərli maddə sızması səbəbilə 11 nəfər evakuasiya edilib, onlardan 4-ü xəstəxanaya aparılıb. Zərərçəkənlər baş ağrısı və ürəkbulanmadan şikayət edir. Hadisənin səbəbi araşdırılır.


Ərdoğan 18 mindən çox məmuru və hərbçini işdən qovdu

Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyətdən sonra dövlət qulluğundan 18632 nəfər işdən çıxarlıb. Virtualaz.org-un yerlik KİV-ə istinadən məlumatına görə, onlar “Paralel dövlət” terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin tərəfdarlarıdır. Məlumata əsasən, Türkiyə Ordusunda 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətindən 8998 nəfər, jandarmeriyadan 649 əməkdaş çıxarılıb. Həmçinin işdən çıxarılmalar Ədliyyə Nazirliyi (1051 nəfər), Təhsil Nazirliyi (658), Dini Qurumlar üzrə İdarə (240), dövlət universitetlərinə (199 nəfər) də toxunub. Eləcə də Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və telekanal bağlanıb. Bütün bunlarƏtraflı oxu


Xorvatiya prezidenti qələbəni futbolçularla qeyd edib – FOTO

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç DÇ-2018-in ¼ final mərhələsində Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib. Qrabar-Kitaroviç oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib. Fotonu yığmanın futbolçusu Marko Pyatsa öz “Twitter” mikrobloqunda paylaşıb. Xorvatiya prezidenti ¼ final matçını Rusiyanın baş naziri Dmitri Medvedev və FİFA prezidenti Djanni İnfantino ilə birdə stadiondan seyr edib.


Kikboksinq millimiz Londonda qələbə qazandı

Azərbaycan kikboksinq üzrə peşəkarlar yığması Londonda keçirilən King Of Kings (KOK) turnirinin dünya qran-prisində iştirak edib. “Bizimxeber” APA-ya istinadən xəbər verir ki, turnirdə yığma komandanın üzvü Elxan Əliyev 71 kg çəkidə böyük britaniyalı rəqibi Kade Sherloku məğlub edib. İkinci raundda Polşalı rəqibi Dominik Matuş üzərində qələbə çalan Elxan Əliyev kubokun sahibi olub. Digər yarışlarda isə Alişan Aslanlı polşalı Lukas Dud, Asəf Aslanov Böyük Britaniyalı Reon Vanga, Arzuman Qədimov Böyük Britaniyalı Joe Himsvors, israilli Daniela Paşayev polşalı Klaudiya Paviçk üzərində qələbə çalıb. Eduard Məmmədov ispaniyalı rəqibi Markos San Paulinoya, Turan Qafarov isəƏtraflı oxu


“WhatsApp”a yeni funksiya gəlir – Sizi xəbərdar edəcək

“WhatsApp” bir müddət əvvəl “Ucdan-uca şifrələmə” (End-To-End Encryption) funksiyası ilə istifadəçilərə daha təhlükəsiz təcrübə yaşatmağı vəd etmişdi. İndi isə artıq proqram üzərindən göndərilən hər link analiz ediləcək və zərərli olduğu halda istifadəçiyə bildiriləcək. “Bizimxeber” Technote-yə istinadən xəbər verir ki, lakin linkə daxil olmaq seçimi sizdə olacaq. Yəni, “WhatsApp” bildirişlərini nəzərə almadan linkə daxil ola biləcəksəniz. Artıq “WhatsApp Beta” istifadəçiləri proqramın 2.18.206 versiyasında bu funksiyanı istifadə edə bilirlər. Qısa zaman ərzində funksiyanın hər kəs üçün istifadəyə verilməsi gözlənilir.


“Göz yaşlarımı saxlaya bilmədim”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Rusiyaya qalib gəldikləri oyundan danışıb. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis rəqibi tərifləməyi də unutmayıb: “Futbolçularımı təbrik edirəm. Rusiya komandasına da təşəkkürlər. Onlar mükəmməl oynadı və sonuna qədər mübarizə apardılar. Oyun o qədər də gözəl olmadı. Lakin yarımfinal üçün bir “döyüş” idi. Biz şanslıyıq. Matça motivasiya olmuşdum. Amma penaltilərdə göz yaşlarımı saxlaya bilmədim”.


Elza Seyidcahana canlı efirdə atasının ölüm xəbərini eşitdi (VİDEO)

Əməkdar artist Elza Seyidcahan Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub. “Bizimxeber” oxu.az-a istinadən xəbər verir ki, studiyaya doğum gününü qeyd etməyə gələn xanım ifaçı canlı efirdə şok yaşayıb. O, atasının ölüm xəbərini eşidib. Zaur ona əvvəlcə atasını studiyaya gətirəcəyini desə də, sonradan bildirib ki, atası 80 yaşında Rusiyada dünyasını dəyişib: “Atanız 80 yaşında dünyasını dəyişib. Oğlu olmadığına görə, inciyib evdən gedib. Rusiyada ailəsi olub, amma övladı olmayıb”.