Əsas menu

Çərşənbə, İyul 11th, 2018

 

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.


NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Oxu.Az-ın məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir. Bəyannamədə bildirilir: “Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik”. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir: “Bu baxımdan biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasındaƏtraflı oxu


Xəzərdə batan şəxsin meyiti tapıldı

İyulun 10-da Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatıb. “Bizimxeber”in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, C.Şabıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Azərbaycanda yeni nazir təyinatı

Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib. “Naxçıvan TV” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.


Gəncədə polis zabitlərindən birinin qətlində şübhəli bilinən şəxs tutuldu

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz  aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


“Almaniya Rusiyanın əsiridir”

Almaniya kansleri Angela Merkel amerikalı lider Donald Trampın Berlinin Rusiyanın nəzarətində olması ilə bağlı fikrinə cava verib. Oxu.Az “Reuters” agentliyinə istinadla xəbər verir ki, o, bu fikirlərini NATO sammitində iştirak etmək üçün gəldiyi Brüsseldə deyib.  “Mən Almaniyanın bir hissəsinin Sovet İttifaqının tərkibində olduğu dövrü yaşamışam. Çox şadam ki, bu gün biz vahid Almaniya Federativ Respublikasında yaşayırıq. Buna görə biz deyə bilərik ki, müstəqil siyasət aparırıq və müstəqil qərarlar qəbul edirik”, – kansler deyib. 13:30 Rusiya Almaniyanı idarə edir, ona qaz və neft satır. Bu fikirləri ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberqlə görüşündə deyib. “AlmaniyaƏtraflı oxu


“Gəncədə dini durumla bağlı heç bir problem yoxdur” -Mübariz Qurbanlı

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıGəncədəki hadisələrin dindarların narazılığı zəminində baş verməsi ilə bağlı iddialara münasibət bildirib. M. Qurbanlı APA-ya müsahibəsində bildirib ki, Gəncədə dini durum, dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur: “Gəncədəki məscidlər normal şəkildə fəaliyyət göstərir, inanclı insanlar ibadətlərini edirlər. Qafqaz Müsəlmanları İdarəsitərəfindən o məscidlərə rəsmi din xadimləri təyin olunub, bu ildən isə Mənəvi Dəyərlərin Təbliği Fondunun vasitəsilə məscidlərdə rəsmi təyinatı olan din xadimlərinə maddi dəstək verilir. Bundan başqa, respublikanın digər yerlərində olduğu kimi, Gəncədə də silsilə dini maarifləndirmə tədbirləri keçirmişik. Xüsusilə də “İmamzadə” kompleksininƏtraflı oxu


Məşhur “kedicik” hovuz başında tutuldu – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün dini icma rəhbəri  Adnan Oktar və 235 tərəfdarı həbs olunub. “Qafqazinfo” xəbər verir ki, polis tərəfindən saxlanılan şəxslərdən 106-nın qadın olduğu ortaya çıxıb.  Ən məşhur “kedicik”lərdən biri olan Beyza Bayraktar Bodrumdakı evində saxlanılıb.  O, hovuz kənarında günəşlənərkən polislər mənzilinə daxil olub. B. Bayraktar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İstanbula aparılıb.


“İstək” liseyinin şagirdləri köçürülür

Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan “İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesinə Təhsil Nazirliyində yaradılmış İşçi qrup tərəfindən start verilib.  Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 9 iyul tarixindən etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən digər məktəblərdə yerləşdirmələri üçün şərait yaradılıb. Artıq “İstək” liseyinin 300-ə yaxın şagirdinin yerləşdirilməsi ilə bağlı prosedurlarƏtraflı oxu


Polislər dəfn olundu – Fotolar

Gəncədə şəhid olan polis əməkdaşları ilə vida mərasimi keçirilib. Mərasimdə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən Gəncə İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər.  Polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında dəfn olunublar.