Əsas menu

Çərşənbə, Avqust 1st, 2018

 

Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri azaldı

Azərbaycan prezidenti İlham Əliyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.  Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Müəyyən edilib ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Nazirlər Kabinetinə tikintiyə icazə verilməsi üçün müraciətə baxılarkən yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəlƏtraflı oxu


Rasim Balayev “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bizimxeber.az-ın məlumatına görə, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Şərəf” ordeni ilə Balayev Rasim Əhməd oğlu Mustafayev Vaqif Behbud oğlu “Şöhrət” ordeni ilə Əzizbəyli Ramiz Hacı Ağa oğlu Quliyev Rafiq Səfər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Quliyev Cəmil Elşad oğlu “Tərəqqi” medalı ilə Abbasov Şirvan Veyis oğlu Ağalarov Vaqif Mamo oğlu Babayev Tərlan Adil oğlu Bağırzadə Suğra Sadıq qızı Əliyev Şamil Yavər oğlu İbrahimov Emin Rəşid oğlu Məmmədov Pərviz Məlikməmməd oğlu Murtuzov Zəfər Nəbi oğlu MustafayevƏtraflı oxu


Yuli Qusman “Dostluq” ordeni ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Yuli Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Y.Qusman Azərbaycanla Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Yuli Qusman Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi, ssenari müəllifi, rejissordur.


Kadırov Orxan Camalın qatillərindən intiqam almağa çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalisti öldürənləri cəzalandırmağa çağırıb.  O, fikirlərini “Telegram” kanalında yayımlayıb.  “Onlar cəzalandırılmalıdır. Ən yaxşısı, müharibə qanunları ilə cəzalandırılsın! Sərt! Və onların əlində Camalın, Radçenkonun və Rostorquyevin qanı qurumalıdır”, – o deyib. Kadırov ölənlərin ailələrinə başsağlığı verib və ümid etdiyini bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi günahkarları cəzalandırmaq üçün bütün səylərdən istifadə edəcək. Bundan başqa, Çeçenistan rəhbəri bəzi KİV-in qatillərin din mənsubiyyəti ilə bağlı fikirlərinə münasibət bildirib. “Onları müsəlmanlar, xristianlar deyil, quldurlar, cinayətkarlar öldürüb”, – Kadırov qeyd edib. Xatırladaq ki, iyulun 31-də jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko MərkəziƏtraflı oxu


Baş nazirin xilas etdiyi Bakı sakini danışdı

Baş nazir mənə dedi ki, intihardan geri çəkil, problemlərin həll olunacaq. Bunu Oxu.Az-a açıqlamasında bir neçə gün öncə intihara cəhdinin qarşısı baş nazir Novruz Məmmədov tərəfindən alınan Yaşar Əhmədov bildirib. Onun sözlərinə görə, bir il yarımdır ki, həyat yoldaşı iki azyaşlı uşağını götürüb və evi tərk edib: “Həyat yoldaşım gizlicə telefon işlədirdi. Bundan xəbər tutdum və mübahisə etdik. Daha sonra o, uşaqlarımı da götürüb evdən getdi. Eşitdim ki, uşaqlarımı Bakıda Azərbaycan Uşaqlar Birliyinin təkibində olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində atıb. Sığınacağa gəldim və uşaqlarımı tələb etdim. Mənə bildirdilər ki, uşaqları anası mərkəzdən aparıb vəƏtraflı oxu


Həsənağa Sadıqovun qardaşı oğlu: “Əmim ölməyib, sadəcə vəziyyəti pisləşib”

Azərbaycanın əməkdar artisti Həsənağa Sadıqov vəfat etməyib, sadəcə vəziyyəti ağırdır. Bu barədə Qaynarinfo-ya sənətkarın qardaşı oğlu, balaban ifaçısı Şəhram Sadıqov məlumat verib. O, mətbuatın dəqiqləşdirmədən, tələsik informasiya yaydığını bildirib. Qeyd edək ki, Həsənağa Sadıqovun vəfat etməsi haqda məlumatı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazmışdı. Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində anadan olub. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır.  Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. HəminƏtraflı oxu


Azərbaycanda 2 xanəndə dəhşətli qəzada öldü – FOTO

2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşüblər.  Hər iki gənc xanəndə dəhşətli qəza zamanı həlak olublar. Əlavə məlumat veriləcək.


Azərbaycana pirat dərs vəsaitləri gətirən dəstə tutuldu

Dövlət İmtahan Mərkəzindən (DİM) daxil olmuş müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində özgənin əmtəə nişanından qanunsuz istifadə etməklə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaitləri gətirərək satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunazidd əməlləri ifşa edilib. Virtualaz.org-un xəbərinə görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə yaydığı məlumatda bildirilib ki, başlanmış cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindənƏtraflı oxu


Xəzərdə itkin düşən 2 nəfəri helikopterlə axtarırlar

Ötən gün axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, məlumat alınan kimi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib. Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə NəzarətƏtraflı oxu


Rusiyada “quş qripi” təhlükəsi: Azərbaycan qadağa qoydu

Azərbaycana başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan və Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırlır.Ətraflı oxu