Əsas menu

Bazar ertəsi, Avqust 20th, 2018

 

Özbəkistanın baş naziri avtomobil qəzasına düşdü

Özbəkistanın baş naziri Abdulla Aripovun içərisində olduğu xidməti avtomobil yol qəzasına düşüb. Virtualaz.org “Gazeta.uz”a istinadən xəbər verir ki, o, yüngül bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.  Mənbəyə əsasən, qəza dünən axşam baş verib. Hökumət başçısı avtomobillə Bekabaddan Daşkəndə gəlirmiş. Baş nazirlə eyni maşında olan daha bir nəfərin xəsarət aldığı bildirilir. Qəzanın təfərrüatları açıqlanmır.


Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlandı

Sabunçu rayonu ərazisindəki evlərin birindən külli miqdarda oğurluq olub. Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib. Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb.  


Çeçenistanda polisə silahlı hücum – FOTO/VİDEO

Avqustun 20-də Qroznıda partlayıcı ilə silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.  Bu barədə “Mash” “Teleqram” kanalı məlumat yayıb.  Bəzi məlumatlara görə, naməlum şəxs partlayıcı qurğunu polis məntəqəsinə atsa da, qurğu işə düşməyib. Bundan sonra həmin şəxs avtomobilini polislərin üzərinə sürüb. Hadisə zamanı üç nəfər xəsarət alıb. Onların vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edilib ki, hadisədən bir neçə dəqiqə sonra həmin şəxs zərərsizləşdirilib. “Mash”ın yaydığı məlumata görə, insident zamanı həmin şəxsin yanında azyaşlı uşaq da olub.


Türkmənbaşı ralliyə hazırlaşır – VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Amul-Xəzər” rallisinə hazırlıqlar çərçivəsində səhrada təlim keçib. Bununla bağlı “Xronika Türkmənistan” məlumat yayıb.  Məlumata görə, məşqlər Qaraqum səhrasında keçirilib. Berdıməhəmmədovun sürdüyü avtomobil prezidentin özü tərəfindən layihələndirilib və yığılıb. “İndi idman avtomobili bütün beynəlxalq tələblərə cavab verir”, – qeyd edilib. Məşq zamanı avtomobil qumda batsa da, türkmənbaşı bunun öhdəsindən asanlıqla gəlib. “Amur-Xəzər” beynəlxalq rallisi sentyabrın 9-dan 14-dək Türkmənistanda keçiriləcək.


Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi cərimələdi

Son bir həftə ərzində Bakı şəhərində 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib: Yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 33 nəfər isə müxtəlif xəsarətlər alıb. Əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb. “Təhlükəsizliyin təmin edilməsi ilə bağlı əməkdaşlarımız tərəfindən həftə ərzində 13 mindən artıq protokol tərtib edilib. Eyni zamanda bunlardan avtomobili sərxoş idarə edən 108, qanuni saxlama işarəsinə əhəmiyyətƏtraflı oxu


Həcc ziyarətindəki azərbaycanlı zəvvarların vəziyyəti barədə açıqlama

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb. İdarədən verilən məlumata görə, Məkkə şəhəri və ətrafında qeyri-sabit hava şəraiti ilə əlaqədar ötən gün və bu gün hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb. Bildirilib ki, Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, Azərbaycanlı zəvvarlar həcc ibadətlərini normal qaydada davam etdirir, bütün həccaclarımız sağ və salamatdır, meydana gələn qeyri-sabit hava şəraitindən həcdə olan Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib: “Sentyabr ayının 1-dən etibarən zəvvarlarımız əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Vətənə qayıtmağa başlayacaqlar”.


Məktəbli forması 40-46 manata satılır

Builki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib. Bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil. E.Əzimov əlavə edib ki, valideynlərinƏtraflı oxu


Koçaryanın evində axtarışlar

2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın malikanəsində və ofisində axtarışlar aparılıb.  Bununla bağlı “Sputnik Ermənistan” Xüsusi İstintaq Xidmətinə istinadla məlumat yayıb.  Axtarışların dəqiq vaxtı məlum olmasa da, onun bir neçə gün öncə baş tutduğu bildirilib. İstintaqın aparılması səbəbindən araşdırmanın nəticələri açıqlanmır. Robert Koçaryan iyulun sonunda həbs edilib, avqustun 13-də isə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. O, 2008-ci ildə ölkədə konstitusiya rejiminin devrilməsində ittiham olunur.


Elman Rüstəmov şahmatçıların maaşını vermir

Daha bir federasiya maaş problemi ilə üzləşib.  Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbəri olduğu Şahmat Federasiyasında bir neçə aydır ki, maaşlar ödənilmir. Şahmatçılara yaxın zamanda problemin həll olunacağı deyilsə də, hələ də bir xəbər yoxdur.  Sayt məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla əlaqə saxlayb. Federasiya rəsmisi hazırda məzuniyyətdə olduğunu bildirsə də, bu gecikmənin kriminal hadisə olmadığını deyib: “Mənim xəbərim yoxdur, gecikmə olub, ya yox… Gecikmə ola bilər burada qeyri-adi nə var ki? Burada kriminal hadisə baş verməyib ki?!”


Rus mafiyası 1 nömrəli “qanuni oğru”sunu seçdi

Moskvada qanuni oğrular son illərin ən böyük “sxodka”sını keçiriblər. 10-dan çox nüfuzlu mafiya başçısı 1 nömrəli qanuni oğrunu seçmək üçün bir yerə toplaşıb. Rusiyanın bu vaxta qədər bir nömrəli oğrusu Şakro Molodoy uzun müddətlik həbs cəzası aldıqdan sonra bu yer boş qalmışdı. “Rosbalt” nəşriyyatının xəbərinə əsasən, “sxodka”nın qərarına əsasən, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Şişkanov bir nömrəli oğru seçilib. Məlum olub ki, görüş Mixail Lujnetskinin təşəbbüsü ilə keçirilib. “Sxodka” onun nəzarəti altında olan elit restoranların birində baş tutub. Görüşdə bu mafiya başçıları iştirak edib: Vasya Voskres (Vasiliy Xristoforov”, Miron (Dmitriy Çanturiya), Şişkan (OleqƏtraflı oxu