Əsas menu

Cümə axşamı, Sentyabr 13th, 2018

 

“Y”ların “cütləşməsi” qadağan edilmədi – QƏRAR

“Orfoqrafiya lüğəti layihəsinin müzakirəsi zamanı qoşa “y” samitinin birinin düşməsi ilə bağlı maddənin əleyhinə 137, lehinə 52 səs verilib”. Bunu Orfoqrafiya Komissiyasının bugünkü iclasında Milli Məclisin Elm və təhsil komitəsinin bugün keçirilən iclasında komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.  O bildirib ki, cəmiyyət və ziyalılar bu maddənin müzakirəsi zamanı iki cəbhəyə bölünüb: “Bizim üçün əsas birlik və həmrəylikdir. Orfoqrafiya komissiyasının İşçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb. Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparıldı. İctimaiyyət öz fikrini bölüşdü. Son qərarƏtraflı oxu


“Nar”-dan 10 qəpiyə günlük internet paketi təklifi

“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir. Təklif edilən “Günü 10 qəpik” paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır. “Günlük 40 qəpik” paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə “Günlük 59 qəpik” paketinə qoşulmaq olar.Ətraflı oxu


Balakişiyev AQTA-nın bakteria xəbərarlığına qarşı çıxdı – “Tələsiblər”

Bu gün  Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda “Ketchi” məhsullarından bakteriya tapılması və istifadə üçün yararsız olması barədə xəbərdarlıq yayılıb. Bundan sonra isə virtualorg.az əməkdaşları “BMS Aqro” MMC-nin təsisçisi Mülhazil Balakişiyevlə əlaqə saxladıq. Şirkət rəhbəri ona məxsus fermadan nümunələr götürüldüyünü təsdiqləsə də, bakterial çirklənmənin  Agentliyin  əməkdaşları tərəfindən nümunələr götürülən zaman “sanitar normaların pozulması” səbəbindən yarana biləcəyi versiyasını irəli sürüb. Yəni onun cavabından belə çıxır ki, yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinin işçiləri özləri qida təhlükəsizliyi normalarını pozub? Balakişiyev bu sualla bağlı deyib ki, nümunəni Agentliyin işçiləri yox, onun fermasının işçisi götürüb verib. “Bizim fermadaƏtraflı oxu


Gəlin və qaynana toyda atəş açdılar – VİDEO

Dağıstanda keçirilən toy mərasimində silah səsləri eşidilib. Bu dəfə silahdan kişilər deyil, qadınlar atəş açıblar. Bununla bağlı “Komsomolskaya pravda” yazıb.  İnternetdə yayımlanan videoda gəlin və qaynananın ənənəyə əsasən, silahdan atəş açmaları əks olunub. Onların peşəkarcasına atəş açması diqqət çəkib. Mərasim zamanı bəyə silah verilməyib. Bununla qadınlar evdə kimin əsl sahib olacağını göstəriblər. www.oxu.az


Prezident Arif Məlikovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Arif Məlikovu təltif edib. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov”Şöhrət” ordeni ilə təltif edilib. Prezident həmçinin A. Məlikovu 85 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda bildirilir ki, A. Məlikov Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyi çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib: “Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daimƏtraflı oxu


Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir!

Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər Insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC 7 ildir “Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib. 2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edən, minlərlə ehtiyacı olan insana yardım edən klinikanın həkimləri sentyabrın 14-də Ağdamın Ergi kəndində xəstələri qəbul edəcəklər. Göz xəstəliklərindən əziyyət çəkən insanlar Azercell-in bu unikal layihəsindən yararlana bilərlər. Klinikaya müraciət etməklə insanlar peşəkar oftalmoloqların, mütəxəssislərin müayinəsindən keçib, gözlərin qorunması üçün zəruri məsləhətlərƏtraflı oxu


“Paşinyan mənə baş qoşduğuna peşman olacaq” – Koçaryan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib. “Qafqazinfo” xəbər verir ki, “Mediamaks” agentliyinə danışan eks-lider bildirib ki, Paşinyan ona baş qoşduğuna görə peşman olacaq. Jurnalistin “Nikol Paşinyanı düşmən hesab edirsinizmi” sualını cavablandıran siyasətçi: “Mən siyasi proseslərdə belə terminlərə öyrəşməmişəm. Ancaq hesab edirəm ki, Paşinyan mənə baş qoşduğuna çox təəssüflənəcək”- deyib. Sabiq prezident tənqid etdikləri hakimiyyətin dəyişməsindən sonra baş nazirlə fərqli mövqeyə keçmələrinə də toxunub. Koçaryan Paşinyanın onu təhdid kimi gördüyünü və buna görə əks mövqe seçdiyini deyib. Xatırladaq ki, Ermənistanda Robert Koçaryan 2008-ci ildə ölkədəki konstitusion quruluşu devirməkdəƏtraflı oxu


“Toppuş bacı” yaşamaq üçün mübarizə aparır

“Toppuş bacı” ləqəbi ilə tanınan Əməkdar artist Tünzalə Əliyevaxəstəxanada çəkilən fotosunu paylaşıb. Sənətçi xəstəxanada çəkdirdiyi fotosuna  “Yaşamaq, mübarizə aparmaq və gülümsəmək” rəyini yazıb. Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirib. Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.


“BMS Aqro” MMC-nin şor və pendirini yemək təhlükəlidir- RƏSMİ XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşhur şirkətin məhsullarında bakterioloji çirklənmə faktı aşkar edib.  AQTA-dan verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub. Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” vəƏtraflı oxu


Nazim İbrahimovun qardaşı həbsdən azad edildi

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov ev dustaqlığına buraxılıb. S.İbrahimovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət Binəqədi Rayon Məhkəməsində təmin edilib. O, həbsdən azad edilərək, ev dustaqlığına buraxılıb. Qeyd edək ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb.Ətraflı oxu