Əsas menu

Cümə, Oktyabr 5th, 2018

 

“Toyota” 2,4 milyon avtomobilini geri çağırdı

Yaponiyanın avtomobil nəhəngi Toyota şirkəti ABŞ, Avropa və Yaponiya bazarından ümumilikdə 2 milyon 430 min hibrid avtomobilini geri çağırıb.  2008 və 2014-cü illərdə istehsal edilən “Prius” və “Auris” markalı modellər texniki problem səbəbilə geri çağırılıb. Problemli avtomobillərin 1,25 milyonu Yaponiya, 830 mini Şimali Amerika və 290 mini Avropadadır. Qeyd edək ki, hibrid avtomobil sektorunda liderlik edən Toyota 2017-ci ildə 6 milyon ədəd “Prius” satmağa nail olub.


“Coca-Cola” – içki, yoxsa xəstəlik mənbəyi? (VİDEO)

Bu gün bir çox həkim və mütəxəssislər zərərli içkilərin insan sağlamlığına öldürücü təsiri ilə bağlı həyəcan təbili çalırlar. Xüsusən də dünyanın əksər ölkələrində məşhur olan “Coca-Cola”nın zərərləri barədə daha çox yazılır.  Buna baxmayaraq milyonlarla insan bu içkidən istifadə etməkdə davam edir. Öz mənfəətlərini güdən “Coca-Cola”nın sahibləri isə hər il milyardlar qazanırlar. Onlar bu zərərli içkini satmaq üçün hər cür vasitəyə əl atırlar. Məsələn, onlar Meksikada yaşayan yerli mayya qəbiləsini inandırıblar ki, insan bədənində olan zərərli ruhlar “Coca-Cola”nı içdikdən sonra çıxan qazlar vasitəsilə insan bədənindən xaric olurlar. Buna inanan cahil insanlarƏtraflı oxu


Bu balıqların ovlanması qadağan edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanması qadağan edilən balıq növlərinin siyahısını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar bunlardır: dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Xəzər qızılbalığı.


Trampın ayağına tualet kağızı yapışdı, lağa qoydular

Sosial şəbəkə istifadəçiləri ABŞ prezidenti Donald Trampı ayaqqabısına yapışmış tualet kağızı parçası ilə göründüyünə görə gülüş obyektinə çeviriblər. Dövlət başçısının təyyarəyə qalxması əks olunmuş videoya ilk olaraq “MaltLiquorLogic” nikli “Twitter” istifadəçisi diqqət yetirib. “Sanki bu prezidentlik daha qəribə olmaya bilərdi… Bu gün Tramp “Air Force One”ın göyərtəsinə ayaqqabısına yapışmış tualet kağızı ilə qalxıb”, – istifadəçi qeyd edib. Videoya 3 milyon dəfədən çox baxılıb və prezident məsxərə obyektinə çevrilib. Bəzi istifadəçilər “Twitter”də birbaşa Ağ Evin sahibinə müraciət ediblər. “Siz tualet kağızının yoxlanılmasına görə məsul şəxsi vəzifəsindən azad etməlisiniz”, – istifadəçilərdən biriƏtraflı oxu


Avtomobilini düzgün park etməyənləri cəza gözləyir

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma, parklanma qaydalarını pozan şəxsləri inzibati məsuliyyətə cəlb edəcək, təxliyə xidməti həyata keçirəcək. Bu sözləri BNA-nın İdarə Heyəti sədrinin müavini Fərid Nuriyev deyib.  O qeyd edib ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərində parklanma yerləri artıq müəyyənləşdirilib. F.Nuriyev bildirib ki, dayanma-durmanın qadağan olunduğu yerdə kameralar quraşdırılacaq: “Dayanma-durma qaydalarını pozan sürücülər kameralar vasitəsilə aşkar edilərək cərimələr tətbiq olunacaq. Şəhərin mərkəzində olan sürücülərdən “Qış parkı” və Hökumət Evinin altında olan yeraltı dayanacaqdan istifadə edilməsi xahiş olunacaq”. Sədr müavini onu da bildirib ki, paytaxtda olan işıqforlar artıq BNA-nın balansına keçib: “BakıdaƏtraflı oxu


Prezident icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Türkiyə kəşfiyyatı genişmiqyaslı əməliyyat keçirdi

Türkiyə polisi və Kəşfiyyat Xidməti İzmir vilayətində PKK terror təşkilatının üzvlərinə qarşı birgə əməliyyat keçirib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb. Saxlanan şəxslərin terrorçularla sıx əlaqələri olduğu qeyd edilsə də, kimlikləri açıqlanmır. Məlumata görə, daha 4 terrorçunun axtarışı davam edir.


Qorxma, biz səninləyik!

2568 uşaq problemlərinin həlli üçün Azercell-in “Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edib “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” bu ilin 9 ayı üçün hesabatını açıqlayib. Ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etmək məqsədi daşıyan Uşaq Qaynar Xəttinə 2018-ci ilin yanvar-sentyabr aylarında 2568 müraciət daxil olub. Daxil olan zənglərin 27-si psixoloji, 45-i hüquqi, 240-ı təhsil (49 Dövlət İmtahan Mərkəzi, 166 Təhsil Nazirliyi, 25 bağça), 17-si səhiyyə,Ətraflı oxu


Netanyahu 12-ci dəfə dindirilməyə çağırıldı

İsrailin baş naziri Benyamin Netanyahu yenə dindirilməyə çağırılıb. Netanyahu artıq 12-ci dəfərdir ki, polis tərəfindən sorğu-sual edilir. Baş nazir iki maddə ilə – vəzifədə olarkən bahalı hədiyyələr qəbul etmə və media qrupla (Ediot-Axronot) əlbir olmaqda ittiham edilir.  Qeyd edək ki, Benyamin Netanyahu sonuncu dəfə avqust ayında dindirilib. Həmin vaxt söhbət ölkənin ən iri telekommunikasiya şirkəti olan “Bezek”in rəhbəri ilə baş nazirin korrupsiya əlaqələrindən gedirdi.


Paşinyan Parisə yollandı

Parisdəki Əlillər evində müğənni Şarl Aznavurla vida mərasimi keçirilir.  “Sputnik-Ermənistan”xəbər verir ki, vida mərasimində şansonyenin qohumları, Fransa prezidenti Emmanuel Makron, həmçinin Ermənistanın prezidenti və baş naziri – Armen Sarkisyan və Nikol Paşinyan iştirak edirlər. Aznavurun şərəfinə vida mərasimində Ermənistanın və Fransanın dövlət himnləri səsləndirilib. Qonaqların arasında həmçinin Fransanın eks-prezidentləri Fransua Olland və Nikol Sarkozi, nazirlər, incəsənət, mədəniyyət və kino xadimləri – aktyorlar Jan-Pol Belmondo və Şarl Jerar olublar.