Əsas menu

Şənbə, Oktyabr 27th, 2018

 

Erməni ilə döyüşə hazırlaşan Həsənov: Qəfəsdə müharibə olacaq

Noyabrın 17-də Lvovda (Ukrayna) azərbaycanlı Həsən Əzizovla erməni Lyudvik Şolinyan arasında MMA qaydaları ilə döyüş keçiriləcək.  Məlum səbəblərə görə qarşıdakı döyüş hər iki idmançı üçün prinsipial əhəmiyyət daşıyır Həsən Əzizov MMA qaydaları ilə altı döyüş keçirib ki, bunlardan dördündə qalib gəlib, ikisində məğlub olub. Öz növbəsində Şilinyan keçirdiyi 4 görüşdən 3-ündə qələbə qazanıb, birində isə heç-heçə edib. Oxu.Az xəbər verir ki, Media.Az-a müsahibəsində azərbaycanlı döyüşçü Həsən Əzizov özü və qarşıdakı döyüş haqqında danışıb: – 1996-cı ildə ilk dəfə cüdoya yazılmışam, 10 il sonra isə qarışıq döyüş növlərinə keçmişəm. MMA-ya gələcək məşqçim Azad Əsgərovun döyüşünü gördükdən sonra keçməkƏtraflı oxu


Ramil Usubov Sabunçu DYP-yə rəis təyin etdi

Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyinatı olub. Bizimxeber.az Avtosfer.Az-a istinadən xəbər verir ki, bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib. Qeyd edək ki, keçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilmişdi.


Putin Türkiyəyə getdi

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edib.  Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Putin Türkiyədə keçiriləcək Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin dördtərəfli toplantısında işitrak edəcək.  Putini Atatürk aeroportunda İstanbul valisi Vasip Şahin, İstanbul böyükşəhər bələdiyyəsinin sədri Mövlud Uysal və digərləri qarşılayıb. Səfər zamanı Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da təkbətək görüşü planlaşdırılıb.


Əhalinin yenidən siyahıya alınacağı tarix açıqlandı

Gələn ilin oktyabr ayında Azərbaycanda əhalinin siyahıya alınması həyata keçiriləcək. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib. T.Budaqovun sözlərinə görə, hazırda bunun üçün hazırlıq işləri gedir. T.Budaqov qeyd edib ki, bu ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib: “Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir”.


Bakıda bu gənc binaların üzərindən tullanır (VİDEO)

19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb. Sosial şəbəkələrdə hamı bu gəncin kimliyi ilə maraqlandığından Xəzər TV əməkdaşı həmin gənci tapıb. Əvvəlcədən xəbərdarlıq edirik ki, izləyəcəyiniz hərəkətləri təkrar etmək məsləhət deyil. Gənc oğlan əvvəlcə binalar arasındakı məsafəyə diqqət yetirir. Daha sonra isə bir neçə metr geri gedərək, özündə güc toplayıb sürətlə qaçmağa başlayır. Sonda isə bu risqli hərəkət gerçəkləşir. Gənc hündür binaların birinin damından digərinə olan 4 metrlik məsafəni akrobatik hərəkətlə keçir. Sosial şəbəkələrdəƏtraflı oxu


Azercell “Global İnfluencer Day” tədbirinin GSM sponsorudur (R)

Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC marketinq sahəsində trenddə olan ən aktual mövzuları müzakirə etmək üçün müxtəlif sahə ekspertləri, influenserlər (cəmiyyətdə təsir qabiliyyətinə malik şəxslər), sahə oyunçuları, brend və biznes sahiblərini bir araya gətirən “Global İnfluencer Day” tədbirinə dəstək verir. Bizimxeber.az da daxil olan məlumata görə, Azercell Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və  Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq “Global İnfluencer Day”-in GSM sponsoru kimi iştirak edir. 26 oktyabrda keçirilən  tədbirin mətbuat konfransında sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb. “Azercell Telekom” Ətraflı oxu


Daşkəsənə 20 sm qar yağdı – FOTOLAR

Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə ilk qar yağıb. Ötən gün günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb. Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 15-20 santimetrə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidmətiƏtraflı oxu


Sabah hava necə olacaq?

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 7-9° gündüz 17-19° isti, Bakıda gecə 7-9°, gündüz 17-19° isti təşkil edəcək. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdəƏtraflı oxu


“Gənclik Mall”un qarşısı hasarlandı (FOTO)

“Gənclik Mall”un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib. Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, bunu etməkdə əsas məqsəd piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqdır. Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksilərin dayanma durma qaydalarına zidd saxlamalarının qarşısını almaqdır. F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılır. Qeyd edək ki, ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib.


Salyanda körpü təmiri zamanı faciə: “Azərkörpü”nün əməkdaşı öldü

Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.  “Azərkörpü” MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb. S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.