Əsas menu

Bazar ertəsi, Oktyabr 29th, 2018

 

Prezident İlham Əliyev Qaxa və Şəkiyə pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. ** Prezident İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Şəki şəhərində 960Ətraflı oxu


Prezident iki məktəbin tikintisinə iki milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Qax rayonunun Əlibəyli kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb. Dövlət başçısının digər sərəncamı ilə, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkinƏtraflı oxu


Avropa saytı Bakıdakı qiymətlərdən yazdı

Dünyanın müxtəlif ölkələrində yaşayış xərcləri, qiymətlərlə bağlı müqayisələr aparan “expatistan.com” saytı bu dəfə Azərbaycanın paytaxtında qiymətlərlə bağlı hesabat yayıb. Araşdırmada Bakı şəhərində restoran və kafelərdə qiymətlərdən tutmuş, ərzaq məhsulları, otel və mehmanxana, geyim, nəqliyyat, səhiyyə, əyləncə və sairə xərclənən məbləğ yer alıb. 74 nəfər arasında keçirilən sorğu əsasında məhsul və xidmətlərin qiymətləri ilə bağlı orta rəqəm müəyyənləşdirilib. Hesabatda göstərilir ki, Bakıda biznes mərkəzlərində içki daxil qəlyanaltı menyusunun qiyməti orta hesabla 12 manatdır. Mağazalarda 500 qram toyuq sinəsi 3,47 manat, 1 litr yağlı süd 1,75 manat, 12 yumurta 2,43 manat, 1Ətraflı oxu


Bu nömrədən gələn zəngləri açmaq təhlükəlidir(VİDEO)

Yəqin ki, bəziləriniz səhər telefonunuzu açanda sizə yad olan, xarici ölkələrə aid nömrələrdən zəng gəldiyinin şahidi olumusunuz. Diqqətinizi cəlb edən nömrələrə təkrar zəng edərək maraqlandıqda isə artıq tələyə düşmüş olursunuz. Belə ki, ya balansızından pul silinir ya da operator nömrənin təyin olunmadığını bildirir.   ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.  Mobil telefona xarici ölkə nömrələri ilə zənglərin daxil olması adətən aktiv internet istifadəçilərində müşahidə olunur. Çünki belə şəxslər müxtəlif saytlarda qeydiyyatdan keçir. Bəzi şirkətlər saytlarda qeydiyyatdan keçənlərə  öz məhsullarını satmaq məqsədi ilə zənglər edir. “Saytdan qeydiyyatdanƏtraflı oxu


Merkelin açıqlamasından sonra avro ucuzlaşdı

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın liderliyinə təkrar namizəd olmayacağı barədə açıqlaması qlobal maliyyə bazarında avronun ucuzlaşması ilə nəticələnib. Türkiyə mətbuatı yazır ki, USD/EUR nisbəti bu ay ilk dəfə olartaq 1,1369-a düşüb. Maraqlıdır ki, ABŞ dolları türk lirəsi qarşısında da ucuzlaşıb. TRY/USD nisbəti ötən həftəni 5,62 səviyyyəsində yekunlaşdırıb. Halbuki, Türkiyə Mərkəzi Bankının 25 oktyabr tarixli faiz qərarından sonra qonşu ölkədə 1 dollar 5,65 lirəyə bərabər olub. Qeyd edək ki, bu həftənin sonuna qədər qurumun 2018-ci ilin 4-cü inflyasiya hesabatını açıqlayacağı gözlənilir.


“Maddi maraqlar” bu cür “jurnalistləri” daha aqressiv olmağa sövq edir.

“Hər bir jurnalistin əsas vəzifəsi insanları doğru, düzgün informasiya ilə təmin etmək, maarifləndirməkdir. Təəssüf ki, bəzi “jurnalistlər” bu çərçivəni aşaraq özlərini “ədalət carçısı”, “hakim” rolunda görür, insanları “mühakimə” edir, günahlandırır, hətta “hökm” verirlər. Bəzən isə “maddi maraqlar” bu cür “jurnalistləri” daha aqressiv olmağa sövq edir. Onlar ayrı-ayrı vətəndaşlara, vəzifəli şəxslərə şər-böhtan atmaqdan çəkinmir, “istədiklərini” alana kimi hər yola əl atırlar. Artıq bu mərhələdə jurnalistika yox, “reketçilik” fəaliyyəti ön plana keçir”.  “Qafqazinfo” xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar RəhimzadəƏtraflı oxu


İçərişəhərdəki restoranların fəaliyyəti dayandırıldı(SƏBƏB)

İçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti müvəqqəti dayandırılıb. Bunu Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib. Z.Cahanın sözlərinə görə, hazırda İçərişəhərdə bir sıra yenidənqurma işləri gedir: “İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə, orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər yenidən fəaliyyətə başlayacaq”. İdarə rəsmisi onu da əlavə edib ki, həmin restoranlar İçərişəhərə məxsus deyil, şəxsi obyektlər kimi fəaliyyət göstərir.


Merkel istefa verir?

Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini və vəzifədən istefa verəcəyini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə A.Merkel keçirdiyi mətbuat konfransında deyib. O, ümumiyyətlə siyasətdən uzaqlaşacağını da bildirib. Merkel bu gün həmçinin sədri olduğu Xristian-Demokrat Partiyasının sədrliyinə seçkilərdə namizədliyini verməyəcəyini açıqlamışdı.


Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı

Azərbaycandan Rusiyaya gedən yük maşınları 4 gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb. Bu barədə “Qafqazinfo”ya sürücülər məlumat veriblər. Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb. Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir. “Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüzƏtraflı oxu


MTN generalının vəkili hakimlərə etiraz edib

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib. Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə general S.Qurbanovun vəkili Adil İsmayılov hakimlər heyətinə etiraz edib. Vəkil bildirib ki, ayrı-ayrı adamların əmlakları S.Qurbanovun mülkiyyəti kimi təqdim olunaraq müsadirə edilib. Təqsirləndirilənlərdən S.Qurbanov və Füzuli Əliyev vəsatətinƏtraflı oxu