Əsas menu

Çərşənbə, Oktyabr 31st, 2018

 

Neymar: Messi mənim pərəstişgahımdır

PSJ klubunun hücumçusu Neymar “Barselona”nın forvardı Lionel Messini özü üçün pərəstişgah hesab etdiyini bildirib. “The Players Tribune” nəşrinə istinadla xəbər verir ki, braziliyalı Neymar və argentinalı Messi əvvəllər eyni klubda oynayıblar. “The Players Tribune” Neymarın bu sözlərini sitat gətirir: -Mən Messini və Kriştianu Ronaldunu tanıyıram, Lionel ilə oynamışam. Mənim nəzərimdə o, bütün zəmanələrin ən böyük futbolçularından biri, futbolda mənim pərəstişgahımdır. Mən məşqlərdə hər gün Messini müşahidə edirdim, ondan öyrənirdim. Bunun sayəsində daha güclü olmuşam. Neymar daha sonra deyib: “Ronaldu isə “əjdaha”dır. Ona qarşı oynamaq çox maraqlı və əyləncəlidir. O, daha hiyləgər,Ətraflı oxu


Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarını verib:  “Əməkdar müəllim” Aslanova Emma Əli qızı Cavadov Asif Şəmil oğlu Fətəliyeva Gülsüm İsa qızı Kərimzadə Pərvin Orxan qızı Quliyev Əliqulu Umud oğlu Məmmədov Fəxrəddin Həsən oğlu Yusibov Mübariz İmran oğlu “Əməkdar mühəndis” Həsənov Fəxrəddin Şərif oğlu Prezident başqa bir sərəncamla Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşlarını “Tərəqqi” medalı ilə təltif edib: Alverdiyev İsfəndiyar Cavid oğlu Əfəndiyev Üzeyir QiyasƏtraflı oxu


Elmar Vəliyevə ağır itki üz verib

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin qayınanası Dürrü xanım vəfat edib. Bizimxeber.az yenicag.az-a istinadən xəbər verir ki, Yevlax şəhərində yaşayan Dürrü xanım, bu gün dünyasını dəyişib.


Baş prokurorluq: “Camal Kaşıkcı boğularaq öldürülüb”

İstanbul baş prokurorluğu Camal Kaşıkcı cinayəti ilə bağlı açıqlama verib.  Bizimxeber.az Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, prokurorluğun məlumatına görə, səudiyyəli jurnalist baş konsulluğa daxil olduğu zaman boğularaq öldürülüb. Onun cəsədi parçalanaraq yox edilib.


Bakıda 2 milyon manatlıq boru ətrafında əhvalat lap dolaşdı…

Bakıda üç biznes subyekti arasında 2 milyon manat dəyərində dəmir borulara görə iki ildir davam edən çox dolaşıq əhvalat yeni məcraya daxil olub. virtualaz.org xəbər verir ki, Bakı İnzibati İqtisad Məhkəməsinin çıxardığı, Ali Məhkəmənin qüvvədə saxladığı və hətta Konstitusiya Məhkəməsinin dəstəklədiyi hökmlə “Biləcəri Təmir-Quraşdırma” Qapalı Tipli Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmiş həmin boruları ikinci iddiaçıya-“Cənnət Park” MTK-ya vermək üçün məhkəmə icraçıları yeni fənd işə salıblar. “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin idarə heyətinin rəhbəri Nazim Tahirovun bildirdiyinə görə, məhkəmə icraçıları bu dəfə boruları “mühafizə olunan əraziyə daşımaq” adı altında 2016-cı ildən bəri saxlanıldığı, mühafizə olunan ərazidənƏtraflı oxu


ABŞ-ın cənub sərhədlərinə doğru daha bir mühacir karvanı irəliləyir

Mərkəzi Amerikadan olan daha bir mühacir karvanı Qvatemala-Meksika sərhədini keçərək ABŞ-a doğru hərəkət edir. Bu dəstədə 2 minə yaxın miqrant və qaçqın Meksika sərhədini keçməyə nail olub. Polislə mühacirlər arasında baş verən toqquşmalar zamanı bir nəfər ölüb. Birləşmiş Ştatların cənub sərhədlərinə yaxınlaşan bəzi mühacirlərdə odlu silah və partlayıcı qurğuların olduğu bildirilir. Ötən həftə xəbər verilmişdi ki, miqrantların 7,2 min nəfərdən ibarət ilk dəstəsi Meksika üzərindən ABŞ-a doğru irəliləyir. Onların arasında Honduras, Salvador və Qvatemala vətəndaşları çoxluq təşkil edir. ABŞ Müdafiə Nazirliyi Latın Amerikasından ölkəyə mühacir axınının qarşısını almaq üçün həftəninƏtraflı oxu


“Nar” AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

“Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Mobil operatorun AzTU-da tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda növbəti təlimi baş tutub. Təlim “Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyəti tərəfindən keçirilib. Təlimə qatılan tələbələr və gənc mühəndislər mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları, mövcud şəbəkələrin işləmə prinsipi və inkişafı haqqında nəzəri və təcrübi biliklər əldə ediblər. Tələbələrə telekommunikasiya ilə bağlı suallar verilib. Sualları düzgün cavablandıran tələbələr “Nar” tərəfindən xüsusi hədiyyələr qazanıblar. Təhsil və maariflənmənin inkişafına xüsusi önəmƏtraflı oxu


Mərkəzi Bank sahibkarlara mesaj verdi: Pozitivik

Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən xarici və yerli sahibkarların qarşısında çıxış edərək, milli valyutanın sabitliyi və inflyasiya üzrə mühüm bəyanatlar səsləndirdi. AMCHAM-a daxil olan şirkətlərin toplandığı böyük bir tədbirdə Elman Rüstəmov hər bir iş adamını maraqlandıran manatın gələcək kursu və qarşıdakı bir neçə il üçün hökumətin maliyyə siyasətini açıqladı.  Ölkənin baş bankirinin sözlərinə görə, Azərbaycan neft qiymətlərinin mənfi təsirini görmüş bir ölkədir. Ötən ili ikirəqəmli inflyasiya ilə yekunlaşdıran Azərbaycanda bu ilin 9 ayında 2,8 faiz inflyasiya qeydə alınıb. Buna görə də Mərkəzi Bank 2018-ci ilin yekunu üzrə inflyasiya proqnozunu yeniləyərək,Ətraflı oxu


Məşhur azərbaycanlı inqilabçının qızı, “oğru aləmi”nin qadın əfsanəsi (VİDEO)

Klara Yusifzadə Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində doğulub. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Azərbaycanda tarixdə qalan məşhur qadın cinayətkarlardan biri də Zerkalo Klara olub. Zerkalo Klara… Əsl adı – Klara Yusifzadə. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdanƏtraflı oxu


Yol polisi yüksək vəzifəli məmurun oğlunu sərxoş halda saxladı (FOTOLAR)

DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır. Bizimxeber.az bakupost-a istinadən xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib. Əldə etdiyimiz məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur. Atasının yaxın çevrəsi vasitəsilə oğlu barədə xəbərin yayılmasının qarşısını almağa çalışdığı, lakin buna nail ola bilmədiyi deyilir. DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib. Qeyd edək ki,Ətraflı oxu