Əsas menu

Çərşənbə, Noyabr 7th, 2018

 

Cəriməni kim kəsəcək? – YPX əməkdaşından kobud qayda pozuntusu

Azərbaycan yollarında təhlükəsizliyin təmini Dövlət Yol Polisinin əməkdaşlarına həvalə edilsə də, bəzən onların özləri qaydanı pozur. Məsələn, 99-YP-663 dövlət nömrə nişanlı YPX maşınında xidmət aparan polis əməkdaşı kimi. O, xidməti maşınını piyada zolağının üstündə saxlayaraq, piyadaların gediş-gəlişinə mane olub. Halbuki “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV bəndində maşınların piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda dayanması qadağan olduğu göstərir. Maraqlıdır, görəsən, indi qaydanı pozan polis əməkdaşına cəriməni kim kəsəcək?


“Məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, istəməyənlərsə…”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Trend İnformasiya Agentliyinə müsahibə verib. Strateq.az həmin müsahibəni təqdim edir: – Elmar müəllim, bu günlərdə Bakıda Fələstinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirildi. Tədbirdə iştirak edən Fələstinin xarici işlər naziri Riad Maliki çıxışında Azərbaycanın Fələstin dövlətinə göstərdiyi davamlı dəstəyi xüsusilə vurğulayıb. Azərbaycanın Fələstin məsələsində mövqeyini sizdən eşitmək istərdik. – Fələstin tərəfinin müraciətini müsbət dəyərləndirən Azərbaycan qeyd etdiyiniz konfransa ev sahibliyi etmək qərarını aldı və bu ilin 5 noyabr tarixində Bakıda Fələstinin 27 Asiya ölkəsindəki səfirlərini bir araya toplayan konfrans keçirildi. Onu da vurğulamaq istərdim ki, ölkəmizdəƏtraflı oxu


Mehriban və Leyla Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında – FOTO)

Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər. Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək. Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı birinciƏtraflı oxu


DGK-nın mayoru 100 manat rüşvətə görə gömrük orqanlarından xaric edildi

Dövlət Gömrük Komitəsinin (DGK) mayoru Ayaz Cəfərəliyevrüşvətə görə vəzifəsindən azad edilib. Bizimxeber.az DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “İpək yolu” gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da onaƏtraflı oxu


İsa Həbibbəyli iki “y” və bir “y” barədə danışdı

“Mən ziyalı cəmiyyətinin bütövlüyünü qorumağı bəzi sözlərin iki “y” ilə yazılmasından vacib hesab etdim”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. O əlavə edib ki, apostrofu qaytarmaq qətiyyən olmaz: “Nazirlər Kabineti artıq qərar verib. Sözlərin apostrof və iki “y” ilə işlədilməsi ana dilinin saflığıdırmı? Ərəb dili aşiqləri, alınma sözlərin aşiqləri, yaxud da bundan istifadə edib mühiti bulandırmaq istəyənlər, “dil əldən getdi” deyə müsibət qoparmışdılar. Mən fikirləşdim ki, dilimizdəki bəzi sözlərdə iki “y” qalsa da dilimiz böyükƏtraflı oxu


Nəsimidə törədilmiş qətlin üstü “isti izlər”lə açıldı

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılmışdır. Belə ki, noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruriƏtraflı oxu


Tərtərdə 5 hərbçinin şəhid olması iddiası – “Məlumat həqiqəti əks etdirmir”

Sosial şəbəkələrdə Azərbaycan ordusunun 5 hərbçisinin şəhid olması ilə bağlı məlumat yayılıb. Yayılan məlumatda Azərbaycan ordusunun 5 hərbçisinin şəhid olduğu və onların nəşlərinin ailələrinə veriləməməsi öz əksini tapıb. Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə yayılan bu məlumat həqiqəti əks etdirmir: “Açıq aydın görünür ki, təxribat xarakterli məlumatdır. Yayılan bu məlumat həqiqəti əks etdirmir”


Şəhid polislərə niyə birdəfəlik ödəniş verilmir?

“Birdəfəlik ödənişin şəhid polis vərəsələrinə verilməsi nəzərdə tutulmayıb”.  Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov mətbuat konfransında deyib. O bildirib ki, qanunvericiliyə uyğun olaraq hərbi qulluqçu hərbi toplanışda olmuş şəxslər sayılır:  “Ödənişin şəhid polislərə verilməsi nəzərdə tutulmur. Daxili qoşunlarda xidmət edən polislərin isə bu ödəməni almaq hüququ var. Bundan başqa qeyd edim ki, şikayət edən bir qisim vərəsələrin müraciətlərinə baxılan zaman məlum olub ki, həmin vərəsələrin qeyd etdiyi hərbi qulluqçunun adı sistemdə var və onlar birdəfəlik ödəməni ala bilərlər”.


Müşfiqin qohumu olan şəxslər müəyyənləşdirilib, onlardan nümunələr götürülüb

Şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının ona aid olub-olmadığını müəyyən etmək üçün şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi lazımdır. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, müayinələrin aparılması üçün onlara bir deyil, çox sayda sümük qalıqları təqdim edilib. Sümük qalıqları üzərində məhkəmə-kriminalistik, məhkəmə-tibbi, molekulyar-genetik və s. ekspertizaları həyata keçiriləcək: “Artıq bu müayinələrin hamısına başlanılıb. Sümük qalıqları bir neçəƏtraflı oxu


Köhnəlmiş Neft Emalı Zavodu Bakını belə zəhərləyir…

Bu foto və videokadrlar bu gün səhər saatlarında Bakıda çəkilib. Virtualaz.org xəbər verir ki, səmada görünən qara tüstü Bakı Neft Emalı Zavodunun təmizləmə qurğularından buraxılır. Və bu mənzərə illərdir davam edir.   Uzun illərdir ki, bu zavod paytaxtda havanın içirklənməsinin əsas mənbəyidir. Zavodun fəaliyyəti  köhnə texnologiyalara  əsaslanır. Bu səbəbdən havanı çirklənmə əmsalı müasir texnologiyalar əsasında qurulan neftayırma zavodlarına nisbətən dəfələrlə yüksəkdir. Qeyd edək ki, hazırda bu zavodda əsaslı yenidənqurma işləri başlayıb. SOCAR zavodun yenidən qurulmasına 2 milyard dollar xərcləməyi planlaşdırır. Yenidənqurma prosesi ilə bağlı istehsalın dayandırılacağı gözlənilir. Amma hələ ki zavod işləyir və havanı çirkləndirməkdə davamƏtraflı oxu