Əsas menu

Cümə axşamı, Noyabr 8th, 2018

 

“Nar”-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə

Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” Dövlət Bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir. Müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqə hədiyyə ediləcək. İştirak etmək üçün istifadəçilər “Nar”-ın “Facebook” və “İnstagram” səhifələrində #bayrağım və #ilovenar haştaqı ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır. Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən bir həftə ərzində aktiv olacaq.Ətraflı oxu


Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir

Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirdi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı hazırlanmış video film tədbir iştirakçılarına təqdim edildi. Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəisi general-leytenant Əfqan Nağıyev tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzuladı.Ətraflı oxu


Tacikistanda həbsxanada üsyan: 13 ölü var

Tacikistanın Xucand ərazisində yerləşən həbsxanada üsyan çıxıb. Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD üzvü olan məhkum həbsxana işçilərinə atəş açmağa başlayıb və qarşıdurmaya digər məhkumlar da qoşulub. Hadisə nəticəsində 13 məhkum öldürülüb, 6 həbsxana nəzarətçisi isə yaralanıb. Öldürülənlərin sayı 20 nəfərə çata bilər.


Bakıda xəstəxanada kütləvi zəhərlənmə – VİDEO

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib. Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: “Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”. Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır: “Çünki xəstəxana qazlaşdırılmış bina deyil”. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.  


Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü – FOTO

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadakı binalardan birinin liftində qadını vəhşicəsinə öldürən şəxsi yaxalayıblar. O, azərbaycanlı sabiq polis əməkdaşıdır. Oxu.Az xəbər verir ki, bununla bağlı “İnterfaks” gizli mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rövşən Şabanovdur. “Məlumdur ki, o, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”, – mənbə qeyd edib. Şabanov əməlini etiraf edib. Hadisədə şübhəli bilinən ikinci şəxsin axtarışları davam edir. Xatırladaq ki, hadisə noyabrın 6-sı axşam saatlarında baş verib. 52 yaşlı qadın evinin liftinə daxil olan zaman iki nəfər onun arxasınca binaya girib. İlkin ehtimallara görə,Ətraflı oxu


BŞİH: Qəzada ölən qadın süpürgəçi deyil – YENİLƏNİB + VİDEO

Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub. Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib. Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: “Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”. Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. Hadisəni törədən sürücü saxlanılıb. 12:28 Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında qəza nəticəsində ölən süpürgəçi qadınının kimliyi məlum olub. BuƏtraflı oxu


Prezidentin səfir təyin etdiyi Hüseyn Nəcəfov kimdir? – DOSYE

Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı sərəncamla Azərbaycanın Rumıniyaya yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səfir vəzifəsinə Hüseyn Nizami oğlu Nəcəfovtəyinat alıb. “Bizimxeber” modern.az-a istinadən zərbaycanın Rumıniyada yeni fövqəladə və səlahiyyətli səfirinin tərcümeyi-halını təqdim edir: Nəcəfov Hüseyn Nizami oğlu 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri 91 saylı tam orta məktəbi qızıl medalla bitirib. 1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1992-1994-cü illdərdə  Rusiya Federasiyasının  XİN-in Diplomatik Akademiyasında təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib, 1995-də tarix elmləri üzrə fəlsəfəƏtraflı oxu


Bakı metrosunda texniki nasazlıq: vaqonlar boşaldıldı

“28 May” metrostansiyasında qatarların hərəkətində problem yaşanıb. Bu barədə “Bizimxeber”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, qatar stansiyadan birbaşa depoya göndərilib: “Həzi Aslanovdan Dərnəgül istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar “28 May” stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil. Ümumilikdə qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib”.


Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartof geri qaytarıldı

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər. Agentlikdən Qaynarinfo-ya verilən məlumata görə, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrəƏtraflı oxu


Bakıda leysan xarakterli yağış yağacaq

Azərbaycanda noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında noyabrın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var.Ətraflı oxu