Əsas menu

Cümə, Noyabr 9th, 2018

 

Böyük Britaniyanın nəqliyyat naziri “Brexit”ə görə istefa verdi

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun qardaşı Co Conson Krallığın nəqliyyat naziri vəzifəsindən istefa verib. “Report” xəbər verir ki, o, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sövdələşməni (“Brexit”) “dəhşətli səhv” adlandırıb və məhz bu səbəbdən müvafiq addımı atdığını bildirib. Co Conson həmçinin “Brexit”lə bağlı ikinci referendumun keçirilməsini təklif edib. Bundan əvvəl Tereza Meyin Aİ-nin “Brexit”lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.


Rusiya ilə Avstriya arasında cəsus qalmaqalı böyüyür

Rusiya Xarici İşlər Nazirliyi Avstriya hakimiyyətinin sabiq avstriyalı zabitin Moskvanın xeyrinə cəsusluq etməsinə dair iddialarına etiraz edib. Oxu.Az xəbər verir ki, rəsmi Moskva Vyananın bu cür bəyanatlarının iki ölkə arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxaracağını bəyan edib.  Məsələ ilə əlaqədar Avstriyanın Moskvadakı səfiri Yohannes Ayqner Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Qeyd edək ki, bu gün Avstriyada Rusiyanın xeyrinə kəşfiyyat xarakterli materialların toplanmasında şübhəli bilinən sabiq polkovnik saxlanılıb. İddialara görə, həmin şəxs 20 il ərzində Rusiyanın xeyrinə cəsusluqla məşğul olub və bunun müqabilində 300 min avro alıb.


Mədət Quliyev veloyürüşdə (FOTOLAR)

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından “Bizimxeber”ə verilən məlumata görə, tədbirdə DTX rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib. 100-dən artıq velosipedçi “Azneft” dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev MərkəzininƏtraflı oxu


Deputat parlamentdə qızının ölüm xəbərini eşitdi(FOTO)

Meksikalı xanım deputat, 55 yaşlı Karmen Medel Palma parlamentin iclasında qızının ölüm xəbərini eşidib. Deputata qızının idman zalında qətlə yetirilməsi barədə məlumat verilib. Bunu eşidən parlamentari göz yaşlarına hakim ola bilməyib. Deputat həmkarları ona təsəlli verməyə çalışıblar. Məlumata görə, tələbə olan Kruz cinayətkar qruplaşma tərəfindən səhvən öldürülüb. Onun başqa bir şəxsə bənəzədiyinə görə qətlə yetirildiyi məlum olub.


Hərbi hissələrdə andiçmə oldu 

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Müdafiə Nazirliyindən “Bizimxeber”ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.


Prezident körpü tikintisinə 4 milyon manat ayırdı

Prezident İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində körpünün tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Bizimxeber” xəbər verir ki, dövlət başçısı qəzalı vəziyyətə düşmüş körpünün tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin 4 milyon manatını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.


Sabiq “first lady” barədə həbs qərarı

Filippinin sabiq “first lady”si İmelda Markos həbs edilib. “Bizimxeber” xəbər verir ki, sabiq prezident Ferdinand Markosun həyat yoldaşı olan İmelda rüşvətxorluqda ittiham edilir. O, Manila valisi olduğu dövrdə İsveçrə banklarına 7 dəfə milyonlarla dollar pul köçürüb. Hər transfer üçün ona 6 ildən 11 ilə qədər həbs verilib. 89 yaşlı sabiq “first lady”nin apelyasiya şikayəti vermək hüququ olduğu üçün onun məhkumluq dövrü hələ başlamayıb. Qeyd edək ki, Ferdinand Markos 1986-cı ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb və 1989-cu ildə sürgündə ölüb. O, hakimiyyəti illərində dövlətdən 10 milyard dollar pul oğurlayıb.


Britaniyadan Kremlə qarşı addım: QRU liderləri…

Böyük Britaniya Avropa İttifaqından Rusiya Baş Kəşfiyyat İdarəsi nümayəndələrinin adlarının növbəti sanksiya siyahısına salınmasını istəyib. “Bizimxeber” xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb. Məlumata görə, Böyük Britaniya bu məsələdə Fransa və Almaniyanın dəstəyinə ümid edir və digər ölkələrin xarici siyasət orqanlarına təzyiq göstərir.


Nardaranda əməliyyat: silah-sursat və narkotik aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. DİN mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron da aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Mövlud Çavuşoğlu: “Xəzərin dibi ilə Bakıya neft kəməri çəkilə bilər”

“Tarixi İpək yolunun canlandırılması istiqamətində Türkiyə, Azərbaycan və Türkmənistanın üzərinə böyük məsuliyyət düşür və bu nəqliyyatda ən önəmli 3 ölkə biz oluruq”. Qaynarinfo xəbər verir ki, bu sözləri Aşqabadda Türkmənistanın XİN rəhbəri Rəşid Mərədovla görüşdən sonra baş tutan mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, Xəzərin altı ilə Türkmənistandan Azərbaycana neft kəmərləri çəkilməsi məsələlərini də müzakirə etdiklərini bildirib: “İpək Yolunun canlandırılması üçün bir tərəfdən dəmir yollarının çəkilməsi, digər tərəfdən quru nəqliyyatı və enerji təhlükəsizliyi baxımından xüsusilə Türkmənistanın istehsal etdiyi qazın Avropa bazarlarına çıxarılması üçün TANAP-la əlaqələndirmə və Xəzər dənizinin altından neft kəmərlərininƏtraflı oxu