Əsas menu

Çərşənbə axşamı, Dekabr 4th, 2018

 

Günayın keçmiş əri kamaz sürücüsü oldu (FOTOLAR)

“Yaprak Dökümü” serialı ilə məşhurlaşan Tolqa Karel iki il əvvəl Amerikaya köçüb. Turizm sahəsində çalışmağa çalışan aktyorun işləri pisləşib. Ev olaraq istifadə etdiyi ofisini bağlayan Karel amerikalı arvadının ailəsinin yanına köçüb. Bir müddət işsiz qalan aktyor yeni işə girib. O, bundan sonra TIR sürücüsü kimi çalışacaq. Bir müddət əvvəl Tolqa Amerikada əyalətlər arasında sürücülük kursuna yazılıb. Ötən gün səfərlərə başlayan aktyorun ilk səfəri Texasa olub. İşindən görüntüləri sosial şəbəkədə yayımlayan Karel ayda 8 min dollar maaş alır. Qeyd edək ki, Tolqa azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Cütlüyün Cahangir adlı oğul övladı var. GünaydanƏtraflı oxu


Millət vəkilinin geyimi ölkəni qarışdırdı (FOTOLAR)

Qazaxıstan Gənclik Məclisinin vəkili Dinagül Tasovanın transparan geyimi ölkədə böyük səs-küyə səbəb olub. Vəkil, həmçinin model olan Tasova “Fashion Night Astana” moda nümayişində iştirak edib. Model Dana Dyusembayeva moda evinə məxsus geyimi alt paltarından istifadə etmədən geyinib. Ölkədə bir çox şəxs vəkilin belə geyimdən istifadəsini normal qarşılamayıb, digər qrup isə addımı normal adlandırıb. Modelyer isə paltarın bu formada geyinmək üçün nəzərdə tutulduğunu bildirir.


Böyük şirkətlərin qurbanına çevrilənlər – Sadələşdirilmiş vergi ləğv olunur?

“Xidməti müqavilə leqal, hüquqi aktdır və Azərbaycanda bundan istifadə olunması heç də pis deyildir”. Bu sözləri Yenicag.az-a iqtisadçı ekspert Natiq Cəfərli xidməti müqavilə ilə işləyənlərin ödəyəcəkləri vergi artırılmasını şərh edərkən deyib. Natiq Cəfərli bildirib ki, rəsmi qurumlar monitorinqlər zamanı, əsasən sığorta, bank xidməti ilə məşğul olan şirkətlərin xidməti müqavilələrdən istifadə edərək sosial sığorta ödəməkdən kənarda qaldıqları qərarına gəliblər: “Böyük şirkətlər xidməti müqavilə ilə işləyirdilər. Xidməti müqavilə gəlir vergisindən azad edirdi. Müqavilə sahibi qazancından ayrıca 4% sadələşdirilmiş vergi verirdi və sosial müdafiə fonduna minimum əməkhaqqının müəyyən faizini, təqribən 24-25 manat civarında vəsait edirdi.Ətraflı oxu


Ermənistanın hərbi təyyarəsi qəzaya uğradı, iki pilot öldü (YENİLƏNİB)

Gümrü şəhərindəki aeroportdan havaya qalxan və radarlardan itən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan məlumat verib. Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb. Qəza nəticəsində döyüş təyyarəsinin iki pilotu ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.  ***13.23 Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi radarlardan itib. Qaynarinfo Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gümrü şəhərindəki aeroportdan havaya qalxan təyyarə ilə əlaqə kəsilib. Məlumatda bildirilir ki, “Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlimƏtraflı oxu


Elşad İskəndərova XİN-də yeni vəzifə verildi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib. Bu barədə İƏT-in Gənclər Forumunun Bakı ofisindən bildirilib. Görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından səmimi təşəkkürünüƏtraflı oxu


“Sarı jiletlilər” qalib gəldi: Fransa hökuməti geri çəkildi (YENİLƏNİB)

Fransa hökuməti benzin və dizel yanacağının qiymətlərinin bahalaşmasına tətbiq etdiyi moratorium rəsmi olaraq qüvvəyə minib. Bunu Fransanın baş naziri Eduard Filippsiyasi partiya liderləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, qadağa 6 ay müddətində qüvvədə olacaq. ***12.10 Fransa hökuməti yanacaq vergisinə tətbiq edilən qiymət artımını təxirə salacaq. Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir Eduard Filipin açıqlama ilə çıxış etməsi gözlənilir. O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq. Qeyd edək ki, 17 noyabrdan bəri davam edən aksiyalarda 2 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Özlərini “Sarı jiletlilər” adlandıran nümayişçilərƏtraflı oxu


Deputat Baxşəliyeva yenidən rus dilinə qarşı çıxış etdi

Deputat Gövhər Baxşəliyeva növbəti dəfə məktəbdə rus dilində təhsilə qarşı çıxış edib. Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edərkən millət vəkili deyib: “Hər il daha çox uşaq rus sektoruna oxumağa gedir. Şəxsən məni bu çox narahat edir. Biz səbəbini araşdırmalıyıq. Niyə müstəqil Azərbaycanda hər il rus sektorunda təhsil alan uşaqların sayı artır?”. Deputat əlavə edib ki, Azərbaycan uşaqları ibtidai təhsili Azərbaycan dilində almalıdılar, çünki uşağın milli şüuru ibtidai siniflərdə formalaşır. Qeyd edək ki, bu, Gövhər Baxşəliyevanın rus dilində təhsilə qarşı ilk çıxışı deyil. Əvvəllər o bildirmişdi ki, birinciƏtraflı oxu


Azercell Əşyaların İnterneti ilə rabitənin yeni sərhədlərini açır

Azərbaycanın aparıcı mobil operatoru Bakutel-2018 sərgisində geniş avtomatlaşdırılmış həllər və telekommunikasiya sahəsində ən son trendləri nümayiş etdirəcək. “Əşyaların İnterneti” (İOT) texnologiyaları müxtəlif cihazlar arasında məlumat paylaşımının yeni səviyyəsi kimi şəbəkələr vasitəsilə kommunikasiya üçün geniş imkanlar açaraq daha sıx əlaqəli dünya qurmağa kömək edir. İOT unikal identifikatorlarla təchiz olunmuş və insan-insan və ya insan-kompüter əlaqəsi tələb olunmadan məlumatı şəbəkə vasitəsilə ötürmək qabiliyyətinə malik bir-biri ilə qaşılıqlı əlaqəli hesablama cihazları, mexaniki və rəqəmsal maşınlar sistemidir. Azərbaycanın ən müasir mobil kommunikasiya xidmətləri təchizatçısı olan Azercell Telekom özünün insanları yüksək texnologiyalar vasitəsilə birləşdirmək məqsədinəƏtraflı oxu


Milyonları ələ keçirən, uzun illər gizlənən və “İnterpol” tərəfindən saxlanılan Xəlilov kimdir?

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə “RİÇ” firmasının təsisçisi, zərərçəkmiş İbrahim Səfərov dindirilib. O, ifadəsində göstərib ki, 1996-1999-cu illərdə “Azərbaqqaliyə” TTK-dan bir neçə dəfə şəkər tozu alıb. Xaricdən mal almaq üçün pulu Emil Xəlilova verilib. E.Xəlilov ölkəyə gətirdiyi malı “Azərbaqqaliyə” TTK-ya satırmış. İbrahim Səfərov da “Azərbaqqaliyə” TTK-dan qazancı ilə birlikdə pulunu alırmış. Amma sonuncu dəfə aldadılıb. İ.Səfərov ifadəsində o vaxtkı məzənnə ilə ona 675 min manat zərər dəydiyini bildirib və pulunun ödənilməsini istəyib. Məhkəmə prosesi dekabrınƏtraflı oxu


Nəsimi rayonunda 3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir

Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3Ətraflı oxu