Əsas menu

Çərşənbə, Dekabr 5th, 2018

 

Rusiya bu raketlərin Azərbaycana satışından imtina etdi

Rusiya “Bal-E” sahil mənzilli raket komplekslərini Azərbaycana satmaqdan imtina edib. Bizimxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” hərbi-sənaye dairələrindəki mənbələrə istinadən yazıb. Səbəb isə budur ki, həmin raketlərin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağını hesab ediblər. Habelə Rusiya istəmir ki, bu raketlər Qarabağda istifadə olunsun. Azərbaycanın Rusiyadan “Bal-E” raket komplekslərini almaq niyyəti barədə məlumatlar hələ bir neçə il əvvəldən yayılmışdı. Daha sonra tərəflərin müqavilə bağladığı, yaxud müqavilə bağlamaq ərəfəsində olduğu bildirilirdi. Ancaq qəzet yazır ki, tərəflər bu raket komplekslərinə dair qəti qərara gəlsələr də Müdafiə Nazirliyi yekun müqaviləninƏtraflı oxu


Təbrizlilərə 72 saat vaxt verildi: peyk antenalarını yığışdırın

Təbriz Şəhər Polis İdarəsi bildiriş vərəqələri yayaraq, əhaliyə peyk antenalarını yığışdırmaqla bağlı xəbərdarlıq edib. “Polis xəbərdarlığı” adı ilə hazırlanan bildiriş vərəqələri şəhərin müxtəlif məntəqələrində yayılıb, hətta evlərə də paylanılıb. Bildirişlərdə peyk antenalarından istifadənin qadağan edildiyi, buna görə vətəndaşların məsuliyyətə cəlb oluna biləcəyi vurğulanıb. Polis təbrizlilərə peyk antenalarını yığışdırmaq üçün 72 saat vaxt verib. Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifinin elan etdiyi son rəsmi məlumata görə, Təbrizdə əhalinin 44 faizdən çoxu peyk antenalarından istifadə edir, onlardan ən azı 75 faizi Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.


Türkiyədə siqaretin reklamı tamamilə qadağan edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib. Yerli mətbuatın yazdığına görə, yeni qanuna əsasən, Türkiyə ərazisində tütün məmulatlarının reklamı tamamilə qadağan edilir. Həmçinin tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunur. Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq. Xatırladaq ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. İctimai yerlərdə və qapalı məkanlarda siqaret çəkən şəxs 88 lirə cərimə olunur.


Dövlət Himnini oxumamaq məsuliyyətə səbəb olacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə daxil edilən “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib. Qeyd edilib ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanıb. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit edilib, 75-ci maddəsində bu rəmzlərə hörmət vətəndaşların əsas vəzifələri kimi müəyyən olunub.  “Normativ hüquqi aktlar haqqında”Ətraflı oxu


Dilqəm və Şahbazla bağlı Mərkəzdən AÇIQLAMA

Azərbaycan tərəfinin hər iki tərəfdə saxlanılan şəxslərin “hamının hamıya” prinsipi ilə azad edilməsi təklifi ilə bağlı Ermənistanın kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səsləndirilir. Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib ki, qarşı tərəf öz ata-baba yurdlarını və doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və qeyri-qanuni məhkəmənin “hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi hər vəchlə “cinayətkar”, Azərbaycanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədini pozaraq təxribat əməlləri törətmiş Ermənistan hərbçilərini isə mülki şəxs kimi təqdim edir: “Bu, beynəlxalqƏtraflı oxu


Qarabağ Komitəsi mitinq üçün yenidən müraciət etdi

Qarabağ Komitəsinin üzvləri Akif Nağı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Tural Abbaslı, Sahib Kərimlinin imzaları ilə dekabrın 15-də Qarabağ mitinqinin keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərilib.  Müraciətdə göstərilir: “Biz aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və Digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə Ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il dekabrınƏtraflı oxu


“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci ilin ən yaxşı yarışı seçilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci ilin ən yaxşı yarışı seçilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkil etdiyi yarış İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən fərqləndirilib. Televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışdan üstün olub. Bakı mərhələsini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib. “Formula 1” yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla, Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı ŞəhərƏtraflı oxu


Maliyyə naziri devalvasiya anonsu verib? (ŞƏRH)

Maliyyə naziri Samir Şərifovun “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” açıqlamasını devalvasiya anonsu kimi yozmaq düzgün deyil. Bu barədə iqtisadçı-ekspert Qadir İbrahimli yazıb. O bildirib ki, əvvəla, 2015- cilin sonundan hökumət rəsmən “üzən məzənnə” rejiminə keçib və bu rejimdən hələ imtina etməyib. Bu baxımdan manatın devalvasiyası hər an gözləniləndir.  Ümumiyyətlə, yerli valyutanın bir sektorun (bizim söhbətdə neft sektorunun) hesabına süni şəkildə “kəskin möhkəmləndirmək” praktikada özünü doğrulmur. İkincisi, nazir manatınƏtraflı oxu


Oqtay Şirəliyev əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair əmr imzalayıb. Nazirlikdən Anews.az-a verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib. Sənəddə Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai Şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.


Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı- Beynəlxalq axtarışdadır

Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Bakıda hava limanında saxlanılıb. Qırğızıstan KİV-i xəbər verir ki, Adamkul Junusov avqustun 28-də “vəzifə səlahiyyətlərindən sui istifadə” etməkdə ittiham edilərək Qırğızıstan tərəfindən beynəlxalq axtarışa verilib.  İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidməti də sabiq sədrin Azərbaycanda tutulmasını təsdiqləyib. Hazırda onun ölkəsinə ekstradisiyası istiqamətində işlər görülür. Junusovun, ümumilikdə dövlətə 167 milyon som (təxminən 2,4 milyon dollar) məbləğində ziyan vurduğu bildirilir.