Əsas menu

Cümə axşamı, Dekabr 6th, 2018

 

Fransa çempionatında daha iki oyun təxirə salınıb

Futbol üzrə Fransa çempionatının XVII turunda keçirilməsi nəzərdə tutulan “Monako” – “Nitsa” və “Sent-Etyen” – “Marsel” matçları təxirə salınıb. “Report” Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalarsəbəb olub.  Qeyd edək ki, “Monako” – “Nitsa” oyunu dekabrın 7-də, digər matç isə dekabrın 10-da keçirilməli idi. Daha öncə “Tuluza” – “Lion” və PSJ –  “Monpelye” matçları da eyni səbəbdən təxirə salınıb.


Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gedib. “Report” xəbər verir ki, dövlət başçısını Sankt-Peterburq şəhərindəki Pulkova-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.


“Maşın”da iştirak edəcəyi dəqiqləşən məşhurlar – SİYAHI

“Maşın” realiti-şousunun başlamasına sayılı günlər qalıb. Bizimxeber.az axşam.az-a istinadən bildirir ki, xalq artisti Murad Dadaşovun sahibi olduğu “M group production” hər zaman olduğu kimi yenə də iştirakçıların adını sirr saxlamağa çalışıb. Amma bir neçə gündür mediada yarışmaya qatılacaq tanınmışlardan bəzilərinin adları yayılıb. Əldə etdiyimiz məlumata görə, “Maşın”ın 17-ci buraxılışında şairə Nazilə Səfərli də yer alacaq. Digər adının bəlli olduğu məşhur isə müğənni Mina Hüseyndir. O da avtomobil ətrafında dayanan 18 iştirakçıdan biri olacaq. 17-ci buraxılışda tamaşaçılar aparıcı Firuzə Cəlilovanı da (Fira) görə biləcəklər. Bu, Mina və Nazilənin şouda ilk iştirakı olacaq. Fira isə artıq ikinci dəfəƏtraflı oxu


Abel Məhərrəmov kabinetini təmir etdirir – İşə çıxmır

Ötən ay Prezidentin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edildikdən sonra öz kabinetini “Üzvi kimya” kafedrasına köçürən akademik Abel Məhərrəmovhələ də işə çıxmır. Bu barədə demokrat.az-a Abel Məhərrəmovun yaxınlarından məlumat verilib. Məlumata görə, Abel Məhərrəmovun 2002-ci ildən rəhbəri olduğu “Üzvi kimya” kafedrasındakı kabineti hazırda təmir olunur. “Bu səbəbdən də Abel Məhərrəmov hələ ki, işə çıxmır. Ancaq işlər yekunlaşmaq üzrədir və gələn həftə Abel Məhərrəmov yeni kabinetində olacaq”, – deyə məlumatda qeyd olunur.


Prezident və xanımı teleaparıcı ilə söhbət etdi: “AZTV-də işləmisiniz” (VİDEO)

Prezident İlham Əliyev ailəsi ilə bərabər “Bakutel-2018” sərgisi ilə tanış olub.  Sərgi zamanı prezident və xanımı İTV-nin teleaparıcısı Vüsalə Səidilə söhbət edib. Prezident jurnalisti tanıdığını deyib və onun əvvəllər AZTV-də çalışdığını xatırladıb. Daha sonra teleaparıcı şəkil çəkdirməyi təklif edib. Teleaparıcı görüş haqda təəsüratını sosial şəbəkədə yazıb: “O qədər diqqətlisiz ki… Nə yaxşı ki, varımsınız. Sizinlə qürur düyuruq”. (azxeber.com)


“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

“Nar” “BakuTel-2018” – 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib. Jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar”-ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV – “Nar TV” və “Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib və əyani göstərilib. Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqini telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallaraƏtraflı oxu


Paşazadə bəyanat yaydı: “BMT-də əsaslı dəyişikliklərə ehtiyac var”

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib. Bu barədə Bizimxeber.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.  KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olaraq bəyanat verən şeyxülislam A.Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudi, induist və s. dinlərin liderləri də müvafiq olaraq bəyanatlar veriblər. Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurum olduğunu xüsusiƏtraflı oxu


Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin”

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib. Lakin Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib. Azay Quliyev deyib: “Fikrimcə Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir. İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nəƏtraflı oxu


“Range Rover”lə qəza törədən polis serjantı məhkəmə qarşısında

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Artıq tərəflər cinayət işi materialları tanış olublar. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhalƏtraflı oxu


Şirkət rəhbəri layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib (İDDİA)

“Fair Group” tikinti şirkəti “Xəzər Waterfront” layihəsindən kənarlaşdırılıb. Buna səbəb ayrılan pulun şirkət rəhbərliyi tərəfindən mənimsənilməsi və verilən işin vaxtında başa çatdırılmaması olub. Mənbəmizin sözlərinə görə, şirkətin rəhbəri Həsən Quliyev layihə üçün ayrılan yarım milyon manatın 300 mini ilə özünə Bakı ətrafında villa tikdirib və lüks avtomobil alıb. Qalan pulla isə işçilər toplanılsa da, şirkət işi yarımçıq icra edib. Qeyd edək ki, “Fair Group” layihədən uzaqlaşdırıldığı üçün 40-dan çox fəhlə də işini itirib. 2 aydır maaşlarını ala bilməyən fəhlələr işdən çıxarıldıqdan sonra əmək haqqılarının bir hissəsini alsalar da, 1 ayın pulu (ümumilikdə təxminənƏtraflı oxu