Əsas menu

Cümə, Dekabr 7th, 2018

 

Bakıda qəza baş verdi, böyük tıxac yarandı

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib. Hadisə “İpək yolu” şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb. Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir. Belə ki, “Hyundai” markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn “Mercedes” ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb. (Trend)


Türkiyədə bələdiyyə binasına hücum

Türkiyənin Adana bölgəsində bələdiyyə binasına basqın edilib. Bu barədə “Hürriyet” xəbər yayıb. Bildirilir ki, silahlı şəxsin Çukurova bələdiyyə binasına hücumu nəticəsində 2 nəfər yaralanıb.


Ərdoğan Putin xahiş edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı dənizçilərin buraxılması ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. Bu məlumatı RİA “Novosti” yayıb. “Kerç boğazındakı hadisədən sonra mən əvvəlcə Rusiya Prezidenti Vladimir Putin, sonra isə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefonla danışdım. Dənizçilərin azad edilməsi ilə bağlı xahişi Putinə çatdırdım”, – deyə Türkiyə Prezidenti vurğulayıb. O bildirib ki, təklifinin müsbət qarşılanacağına ümid edir: “Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək. Belə məsələlərdə biz yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik”. Bildirilib ki, Ukrayna Prezidenti Argetintinada keçirilən “Böyük-20”liyin toplantısında Rəcəb Tayyib ƏrdoğandanƏtraflı oxu


“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

“Nar” dörd gün davam edən “BakuTel-2018” 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak etdi və ən son yeniliklərini nümayiş etdirdi. Sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb etdi və 4 gün ərzində “Nar” stendini 8 mindən çox insan etdi. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar WiFi” ruteri qonaqların böyük marağına səbəb oldu. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazandılar. Burada həmçinin maraqlı təqdimatlar keçirildi, müsabiqələr, müxtəlif yarışmalar və oyunlar təşkil edildi. Maraqlı təqdimatlar və ziyarətçiƏtraflı oxu


Dünyanın ən güclü ordularının reytinqi açıqlandı

Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu ən güclü ordusudur. Bu barədə “Business Insider” nəşri yazıb. Məlumata əsasən, güclü orduların siyahısına ABŞ başçılıq edir. İkinci yerdə Rusiya, üçüncü – Çin, dördüncü – Hindistan, beşinci – Fransa, altıncı – Britaniya, yeddinci – Şimali Koreya, səkkizinci yerdə isə Yaponiyadır. Türkiyə SQ-dən sonra isə güclü ordulara Almaniya, İtaliya, Misir və İran sahibdir. 207 qırıcı təyyarə, 2446 tank, 194 gəmi və digər hərbi texnikalara malik Türkiyə ordusunun müdafiə büdcəsi 10,2 milyard dollar təşkil edir.


Nazir: “İran neft hasilatını azaltmaq fikrində deyil”

İndiki vəziyyətdə İran neft hasilatını azaltmaq fikrində deyil. Bu sözləri İranın neft naziri Bijən Namidar Zəngənə OPEK-in iclasında deyib. Bildirib ki, İrana qarşı tətbiq olunmuş iqtisadi sanksiyalar aradan qaldırılmayana qədər İran hasilatı davam etdirəcək və dünya bazarına əvvəlki kimi neft ixrac edəcək. Nazir diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi İranın günahı üzündən baş verməyib. Ona görə da İran başqalarının məsuliyyətini öz üzərinə götürmək istəmir. Bazardakı qiymətləri qeyri-sabit vəziyyətə salan dövlətlər hasilatlarını azaltmalıdırlar. Xatırladaq ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar OPEK dövlətləri Vyanada toplaşaraq məsələni müzakirəƏtraflı oxu


Poroşenko Rusiyanı saxlanılmış dənizçilərin qeyd-şərtsiz azad edilməsinə çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı Kerç boğazında baş vermiş hadisədən sonra saxlanılmış ukraynalı dənizçiləri qeyd-şərtsiz azad etməyə çağırıb. “Biz Kremli ukraynalı dənizçiləri dərhal, heç bir ilkin şərt irəli sürülmədən azad etməyə, Ukraynaya məxsus ələ keçirilmiş hərbi gəmiləri qaytarmağa səsləyirik”, – virtualaz.org “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Poroşenko belə deyib. Həmçinin o, Rusiyanı beynəlxalq hüquq çərçivəsində Kerç boğazında gəmilərin hərəkətini tam şəkildə açmağa və Azov dənizini işğaldan azad etməyə çağırıb.


İlham Əliyevlə Paşinyanın söhbəti olub

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə Azərtac-a müsahibə verib. Bizimxeber.az həmin müsahibəni təqdim edir:  – Dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyərdiniz? – Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 6-da Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak etdi. KeçənƏtraflı oxu


Polşada “Azərbaycan Ticarət Evi” açılıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.  Dünən Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Polşada Azərbaycan Ticarət Evinin açılmasınınƏtraflı oxu


DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara müraciət edib. Müraciətdə milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verilməsinin qaydaları izah olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir. Həmin məlumatlar aşağıdakılar ola bilər: – qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxudƏtraflı oxu