Əsas menu

Cümə, Dekabr 14th, 2018

 

Ziyafət Əsgərovun işdən çıxan qardaşı: Nifrət olunmalı bir sistemdir…

Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib. Ə.Əsgərovun öz istəyi ilə vəzifəsindən getdiyi bildirilir. O, unikal.org-a açıqlamasında bunu təsdiq edib. Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq, öz istəyi ilə işdən çıxıb: “Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”. Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini dəƏtraflı oxu


Arvadına sataşdığı üçün əmisi oğlunu döyən şəxs saxlanılıb – RƏSMİ

Ötən gün Şəmkir rayonunda əmisinin gəlininə sataşdığı iddia olunan Elşad Həsənovu döyən həmkəndlisi Əli Həsənov saxlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib. O bildirib ki, Elşad Həsənovu döyərək işgəncə verməkdə şübhəli bilinən həmkəndilisi Əli Həsənov saxlanılıb: “Şəmkir rayonu Seyfəli kənd sakini Elşad Həsənovun həmkəndlisi Əli Həsənov və qardaşları tərəfindən döyülməsi  və işgəncəyə məruz qalması barədə Şəmkir RPŞ-nə onun qardaşı Rəşad Həsənov tərəfindən müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Faktla bağlı CM-nin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaƏtraflı oxu


Sosial müavinətlərin və təqaüdlərin təyin olunması qaydaları dəyişdi

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na dəyişikliklər edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, müavinət, təqaüd və kompensasiyanın təyin olunması ilə bağlı elektron xidmətlər Şöbə tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmçinin “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.9-cu bəndinə “Mərkəzləşdirilmiş” sözündən sonra “Elektron” sözü əlavə edilib. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndinin ikinci cümləsində “Elektron xidmətlər” sözləri “e-sosial” internet” sözləriƏtraflı oxu


Daha bir biabırçı görüntü yayıldı – 18+ VİDEO

Ötən gün Şəmkir rayonunda əmisinin gəlininə sataşdığı iddia olunan oğlanın döyülmə görüntülərini əks etdirən daha bir video yayılıb. Bizimxeber.az-ın A24.Az-a istinadən məlumatına görə, görüntülərdə əmisi oğlunun arvadına sataşan kişi qohumları tərəfindən döyülərək, ağır təhqirlərə məruz qoyulması əks olunub. Belə ki, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib. E.Həsənov xanımın Əli adlı həyat yoldaşı tərəfindən ağır işgəncələrə məruz qalıb. Daha sonra əmisi oğlu tərəfindən soyundurularaq biabırçı videosu çəkilib. Qeyd edək ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızıƏtraflı oxu


Leyla Əliyeva bir qrup rusiyalı qadının məktubuna cavab verib

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına 2018-ci ilin oktyabr ayında “Qadınlar sülhün tərəfdarıdır” təşəbbüsü çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş rusiyalı bir qrup qadının adından məktub daxil olub. Məktubda bildirilir ki, həmin səfər Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvəti ilə təşkil edilib, həmçinin xahiş olunur ki, bu təşəbbüs dəstəklənsin və Azərbaycana səfərin təşkilinə kömək göstərilsin. Bizimxeber.az AZƏRTAC-a istinadən rusiyalı qadınların məktubunun tam mətnini, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın cavabını oxuculara təqdim edir. “Əziz və çox hörmətli Leyla! İcazə verin, sosial əhəmiyyətli təşəbbüslərə vəƏtraflı oxu


İlham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsindəki döyüş postlarına sərhəd qoşunlarının bölmələrinin yerləşdirilməsini əmr edib. Və bu əmr icra olunmaqdadır. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində səslənib. Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Ali baş komandanın bu göstərişi son illərdə sərhəd qoşunlarının döyüş potensialının yüksəlməsinin nəticəsidir. Beləliklə, Ermənistanla hərbi münaqişə dövründə ilk dəfə sərhədin, eyni zamanda təmasƏtraflı oxu


Bakıya gələ biləcək Avropanın 32 futbol komandası – ADLAR

UEFA Avropa Liqasının qrup mərhələsi başa çatıb. Qrup matçlarından sonra hansı 32 komandanın “pley-off”da, yəni 1/16 finalda oynayacağı dəqiqləşib. Beləliklə, 24 komanda – “Bayer”, “Ayntraxt” (hər ikisi Almaniya), “Sürix” (İsveçrə), “Zalsburq”, “Rapid” (hər ikisi Avstriya), “Seltik” (Şotlandiya), “Zenit”, “Krasnodar” (hər ikisi Rusiya), “Slavia” (Çexiya), “Dinamo” (Xorvatiya), “Fənərbaxça” (Türkiyə), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə), “Sportinq” (Portuqaliya), “Betis”, “Vilyareal”, “Sevilya” (hər üçü İspaniya), “Olimpiakos” (Yunanıstan), “Latsio” (İtaliya), “Qenk” (Belçika), “Malmö” (İsveç), “Dinamo” (Ukrayna), “Ren” (Fransa) və BATE (Belarus) adını “pley-off”a yazdırıb. Bundan öncə isə UEFA Çempionlar Liqasından səkkiz komandanın – “Napoli”, “İnter”Ətraflı oxu


Türkiyə prezidenti Menbiçə ordu yeridəcək

“Terrorçu PKK/YPG-PYD qruplaşması Suriyanın Menbiç bölgəsinin tərk etməsə, Türkiyə Silahlı Qüvvələri ora girəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşəkilatının ali məhkəmə hakimlərinin konfransında bildirib. “Ötən gün axşam İraqda əməliyyat keçirdik. Sincar və Mahmurun ətəkləri Qaracarda atılan addımlara qarşı əməliyyat arapdıq. Dayandıqmı?! Yox, bunun ardı olacaq. Çünki orada ölkəmiz təhdid edilir. Bu təhdidin cavabı dərhal veriləcək. Ya bu terror qruplaşmalarını məhv edəcəklər, ya da onlar bunu etmirlərsə, biz həmin terrorçuları yox edəcəyik. Sərhədlərimizə toplanan terrorçular gec-tez bizi hədəfə alacaq. Bu artıq təsdiqlənib. Suriyanın şimalında ABŞ-ın məlum olan 22Ətraflı oxu


Ramil Usubov işdən çıxardığı rəisə yeni vəzifə verdi

Daxili işlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib. Bizimxeber.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə polis mayoru Anar Hüseynovu təyin edib.  Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.


Lavrov: “”Rusiya əlindən gələni edəcək”

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdardır”. “Report” xəbər verir ki, bunu Bakıda jurnalistlərlə görüşü zamanı Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov deyib. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə “uzun və ətraflı” söhbət” etdiklərini diqqətə çatdıran rusiyalı nazir Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdar olduğunu vurğulayıb. “Azərbaycanın və Ermənistanın yaxın tərəfdaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılaşmalara nail olunması üçün əlindən gələni edəcək. Məsələnin həllinə bünövrə yaratmağa kömək edəcək kreativ fikirlər tapmağa çalışacağıq”, –  nazir qeyd edib. Rusiya xarici işlər naziri həmçinin Ermənistandakı seçkilərdənƏtraflı oxu