Əsas menu

Şənbə, Dekabr 15th, 2018

 

Oqtaydan Sərxana AĞIR SÖZLƏR – VİDEO

“Maşın” şouda Sərxan Kərəmoğlu tərəfindən kənarlaşdırılan meyxanaçı Oqtay Kamil qarşı tərəfin bu addımına münasibət bildirib. Yenicag.az-a danışan Oqtay olduqca sərt fikirlər səsləndirib. Qeyd edək ki, “Maşın” şouda Sərxan Kərəmoğlu ilə meyxana ifaçısı Oqtay Kamil arasında qalmaqal yaşanıb. Oqtay Sərxanın onu şoudan uzaqlaşdıracağını bəyan edib. Sərxan ona “kişi kimi söz verirəm, hədəfim sən deyilsən” deyib. Lakin Oqtay ona inanmadığını və onun yalan danışdığını bildirib. “Kişilikdən danışma” deyə əsəbiləşən meyxanaçı Sərxanın ondan qorxduğunu iddia edib. Sonda Kərəmoğlu vədinə əməl etməyib. Həmin videonu təqdim edirik:


Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər

Gürcüstanın Ermənistanla sərhəddindəki Ninoçminda-Bavra nəzarət-keçid məntəqəsində Cavaxetiyada yaşayan və yaşı 27-dək olan erməni gənclər etiraz aksiyası keçiriblər. Aksiyaçılar ikili vətəndaşlığa və Ermənistan pasportuna malik olduqlarını, bu səbəbdən Rusiyadan evə qayıdarkən çətin vəziyyətə düşdüklərini bildiriblər. Etirazçıların sözlərinə görə, indi onları ya məcburən Ermənistan ordusunda xidmətə çağıracaqlar, ya da bundan imtina etsələr 5 il həbs cəzası alacaqlar. Bildirilib ki, hazırda 5 mindən çox erməni eyni səbəbə görə axtarışa verilib və bu onlara qarşı haqsızlıqdır. Gürcüstan-Ermənistan sərhəddinə yığışan etirazçılar onu da bəyan ediblər ki, Yerevana gedib Ermənistan Polisinin rəisi Valeri Osipyanla görüşərək buƏtraflı oxu


Səkkiz əməkdaş bir gündə getdi – Ulviraya ittihamlar

14 dekabr tarixində CVN (Cavan) internet televiziyasının 8 əməkdaşı (3 aparıcı, 5 müxbir) efiri yarımçıq qoyaraq, işini tərk edib.  Bu barədə televiziyanın əməkdaşı Farida Abdulla sosial şəbəkədə məlumat yayıb. O iddia edib ki, buna səbəb baş prodüser Ulvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. F. Abdullanın sözlərinə görə, oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib. “Qafqazinfo” məsələylə bağlı ittiham olunan Ulvira Qarayevayla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.


İşıq borcu olanlara şad xəbər: məlumat almaq sadələşdi

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti rəsmi internet saytının yenilənmiş variantının təqdimatını keçirib. Qurumun yeni saytı əvvəlki versiyaya nisbətən daha interaktivdir.  Təqdimat mərasimində çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirovdeyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb: “Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər”. Qurum sözçüsü saytda qeydiyyatdan keçən abunəçilərin baş verən qəzalar və kəsintilərlə bağlı da məlumat ala biləcəyini qeyd edib: “Kabinetdə qeydiyyatdan keçən abonentlər istənilən vaxt istifadə etdiyi elektrik enerjisi, borc barədə məlumat ala biləcəklər. Abonent, həmçinin telefon nömrəsini əlavə etməkləƏtraflı oxu


“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”

Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə çoxsaylı Rusiya media nümayəndələri ilə görüşüb. Virtualaz.org xəbər verir ki, Lukaşenko görüşdə bir çox detalları, o cümlədən dövlət başçıları ilə söhbətlərinin detallarını açıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Azərbaycana silah satışına, KTMT-nin baş katibi ilə bağlı qalmaqaldan Rusiya prezidenti Vladimir Putinlə qazın qiymətinə görə girdiyi mübahisəyə qədər bir çox mövzulardan danışıb. Belarus rəsmi KİV-ləri Lukaşenkonun çıxışının stenoqramını yayır. Onun maraqlı açıqlamalarından biri də Azərbaycanın Belarusa təcili borc verməsi ilə bağlıdır. Bu əhvalat bir neçə il əvvəl olmuşdu və Rusiya Belarusu sıxışdıraraq qazaƏtraflı oxu


Şri Lankanın baş naziri istefa verdi

Şri Lankanın baş naziri Mahinda Racapaksa istefa verib. Sabiq prezident olan Racapaksa 7 həftə əvvəl ölkə rəhbəri Maitripala Sirisena tərəfindən bu vəzifəyə təyin edilmişdi. Təyinatdan sonra ölkədə qeyri-sabit siyasi vəziyyət hökm sürürdü. Baş nazirin oğlu Namal atasının istefasını Şri Lankada sabitliyi qorumaq istəyi ilə əlaqələndirib. Qeyd edək ki, vəzifədən kənarlaşdırılan Ranil Vikremesinqenin baş nazir postuna qayıtması gözlənilir.


Fransada aksiya öncəsi saxlanılanlar var – 70 min polis səfərbər oldu

Parisdə bu gün səhər, “sarı jiletlər”in etiraz aksiyası öncəsi altı nəfər saxlanılıb. Daxili işlər naziri Kristof Kastaner artıq paytaxtın mərkəzindəki Konkord meydanına gedib və təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşlarını salamlayıb. Gözlənilən yeni etirazlar üçün bütün Fransada 70 minə yaxın polis səfərbər edilib.  Xatırladaq ki, Fransada etiraz aksiyaları noyabrın 17-dən başlayıb. Özlərini “Sarı jiletlilər” adlandıran hərəkat üzvləri benzinin qiymətinin qalxmasına etiraz edirlər. Polislə nümayişçilərin toqquşması fonunda davam edən aksiyalarda indiyə qədər 4,5 mindən çox insan saxlanılıb.


Leyla Əliyeva Emin Ağalarovun konsertində(FOTOLAR)

Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: “Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm”. Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşeƏtraflı oxu


Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.  Bizimxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Eynulla Fətullayev yayıb. Jurnalistin sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib. Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub. Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıbıar. Qeyd edək ki, bir neçə həftə öncə İspaniyada BDU-nun keçmiş rektoru Abel MəhərrəmovunƏtraflı oxu


Natiq Əliyevin nəvəsi Rusiyada birinci oldu(FOTO/VİDEO)

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad ƏliyevinSara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada keçirilən “Во Весь Голос 2018” beynəlxalq musiqi televiziya müsabiqəsində qalib gəlib. Bu barədə Aliyə Əliyeva özü məlumat verib: “Heç vaxt təsəvvür etməzdim ki, Moskvada birinci yerə çıxa bilərik, ancaq bu, baş verdi. Bizim komandanın rəhbəri Emin Qədirov və layihənin təşkilatçısına çox təşəkkür edirik. Sizsiz bu gözəl layihə gerçəkləşməzdi. O qədər daha xoş xatirə və emosiyalar var ki… Onları heç vaxt və heç yerdə yaşamamışdım. Digər ölkələrdən gələn bütün uşaqları dostlarım adlandıra bilərəm. Siz də çox çalışdınız və çox sevindim ki, sizin kimi uşaqlarlaƏtraflı oxu


Məşhur uşaq markası 40 milyard itirdi – Xərçəng yaratdığını bilirmiş…

ABŞ-ın məşhur uşaq markası olan “Johnson & Johnson” şirkəti 39,8 milyard dollar itirib. Məlum olub ki, şirkət illərdir uşaq kirşanının (“prisıpka”) tərkibində sağlamlıq üçün təhlükəli olan asbestin olmasından xəbərdardır və bunu gizlədib. Xəbərin yayılmasından sonra şirkət tarixinin ən ağır günlərini yaşayır.  “Johnson & Johnson” yayılan iddiaları təkzib edib, onu birtərəfli, yalan və təhrikedici adlandırıb. Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Missuri ştatının məhkəməsi kosmetik məhsul istehsalçısını həmin şirkətin məhsullarından istifadə edərək xərçəngə yaxalandığını iddia edən qadına 55 milyon dollar ödəməyə məcbur etmişdi. Cari ildə isə Missuri məhkəməsi “Johnson & Johnson”un üzərinə 22Ətraflı oxu


Prezident evtanaziyanın leqallaşdırılmasını təklif etdi

Meksika prezidenti Andres Manuel Lopes Obrador ağır sağalmaz xəstəlikdən əziyyət çəkən insanların könüllü həyatla vidalaşmaqlarına izn verilməsini təklif edib.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, evtanaziyanın leyhinə çıxış edən dövlət başçısı “əgər heç bir variant, alternativ yoxdursa, niyə görə layiqli ölüm üçün nə isə reallaşdırmayaq, niyə kömək etməyək” sözlərinə işlədib.