Əsas menu

Cümə, Dekabr 28th, 2018

 

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il qeyd edildi

Dekabrın 28-də Sumqayıt Dövlət Universitetində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı, bu əlamətdar günün əhəmiyyətindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs etdi. Bildirdi ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Rektor bu tarixi günün qeyd olunmasında respublikanın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyinƏtraflı oxu


İlham Əliyev Binəqədiyə 1,5 milyon manat ayırdı(SƏRƏNCAM)

Prezident İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb. Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında fərman imzalayıb. Fərman Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilib. Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: Sıra№-si Gəlir mənbələri Gəlirlərin məbləği(min manat) 2.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərƏtraflı oxu


Ərdoğan: “Azərbaycan FETÖ-nü terror təşkilatı kimi tanıya bilər”

Pakistan Ali Məhkəməsinin ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin lideri olduğu FETÖ qruplaşmasını terror təşkilatı kimi tanımasına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Azərbaycanın da oxşar qərar verə biləcəyini deyib. Bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. “FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi. Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır. Eyni zamanda, Azərbaycanda da bəzi müsbət irəliləyişlər var. Ola bilsin, onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik”, – deyə Ərdoğan vurğulayıb. XatırladaqƏtraflı oxu


Prezident icra başçısını “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Şahin Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, 2019-cu il yanvarın 1-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 60 yaşı tamam olur.


Energetika nazirinə yeni müavin təyin edildi

Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub. ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru Elnur Soltanov energetika nazirinin müavini təyin edilib. Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.


Futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub. Bizimxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb. 39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq. Qeyd edək ki, S.Əliyev ötən mövsüm “Səbail”ə rəhbərlik edib.


İnam Kərimov yeni direktor təyin etdi-FOTO

Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyinatı olub. Bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.  Əmrə əsasən, Ramil Salman oğlu Salmanov Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunub. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin direktoru vəzifəsində işləyib. Qeyd edək ki, bu təyinatadək Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini Mustafa Əliyev icra edib.


Bakı Şəhər Təhsil İdarəsinə yeni rəhbər təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib. Virtualaz.org xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb. Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. İqtisadi İnkişaf Nazirliyində, “Ata Konsaltinq” , “Konsaltinq-AZ” MMC-də çalışıb. 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyir.


Hesablama Palatası 8 sığorta agentinin lisenziyasını ləğv edib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə lisenziya verilib, 4 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb və 8 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyası məcburi qaydada ləğv edilib. Palatadan “Report”a verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib. İdarə Heyətinin eyniƏtraflı oxu