Əsas menu

Cümə axşamı, Yanvar 3rd, 2019

 

Trampı impiçment gözləyir

“Prezident Donald Trampı impiçment gözləyir”. “Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Nümyəndələr paltasında demokratların lideri Nensi Pelosi deyib.  Onun sözlərinə görə, impiçment üçün Trampı siyasi səbəblərdən dolayı təqib etməyə belə ehtiyac yoxdur: “Biz siyasi səbəblərə görə impiçent elan etməyəcəyik. Ancaq bundan qaçmaq da mümkün olmayacaq”. Pelosinin sözlərinə görə, demokratlar xüsusi prokuror Robert Müllerin “Rusiya işi” üzrə hesabatının yekunlarını gözləyəcəklər. Yalnız bundan sonra onlar son qərara gələcəklər.


“Qurdlar Vadisi” bitdi, “Növbə” başlayır – VİDEO

Türkiyənin ən reytinqli seriallarının başında gələn “Qurdlar Vadisi” (“Kurtlar Vadisi”) daha olmayacaq.Oxu.Az xəbər verir ki, “Qurdlar Vadisi Pusqu”nun (“Kurtlar Vadisi Pusu”) ardından “Kurtlar Vadisi Kaos”un (“Qurdlar Vadisi Xaos”) başlayacağı deyilsə də, bu, baş tutmayacaq. Əvəzində isə serialın baş qəhrəmanı və ssenari müəlliflərindən olan, “Polat Alemdar” rolunu canlandıran Necati Şaşmaz ekranlara yeni serialla gəlir. Yeni serialın adı “Növbə 7/24” (“Nöbet 7/24”) olacaq. Artıq serialın ilk bölümü üçün çəkiliş məkanı müəyyənləşdirilib. Antalyada çəkilən serial Türkiyə əsgərlərindən bəhs edən “Sakarya Fırat” tipli serialdır. Serialın dəqiq hansı tarixdə efirdə olacağı bilinməsə də, yanvarda “Show TV” ekranlarında görünəcəyiƏtraflı oxu


Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına – Təbrik

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. “Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın bütün pravoslav xristianlarını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Müasir dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycan Respublikası yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi cəmiyyətə malikdir. Tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində vahid ailə kimi yaşadığı Azərbaycanda pravoslavlıq say etibarilə ən böyük xristian konfessiyasıdır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəmƏtraflı oxu


Bakıda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu qərar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş  olunur.


Üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı – FOTO

Leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar naməlum şəxs tərəfindən oğurlanıb. Bu barədə uşağın həkimi, pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib. “Aylin haqqında yazmışdım. Leykozdan əziyyət çəkən körpə. Məlum, uşağın atası da həyatda olmadığı üçün Aylinin müalicəsinə dəstək üçün hesab açmışdıq və bir miqdar məbləğ toplanmışdı. Yanvarın 1-i Aylinin vəziyyəti qəfildən pisləşdi. Dünən gecə də Moskvadan azərbaycanlı bir şəxs özünü “həci” kimi təqdim edib kart və hesab nömrəsini istəyib. Deyib ki, hesaba 50 min manat pul köçürürəm, uşağı xaricə aparın. Ailə səhər kartdan pulu götürmək üçün gedəndə acı bir sürprizlə rastlaşır.Ətraflı oxu


2018-ci ilin ən yaxşı nokautu – VİDEO

“MMA Fighting” idman portalı 2018-ci ildə qarışıq döyüş növləri üzrə yarışlarda qeydə alınmış ən yaxşı nokautu müəyyən edib. Həmin epizod MMA-nın rəsmi “Twitter” hesabında yayımlanıb.  Belə ki, ən yaxşı nokaut 2018-ci il noyabrın 10-da təşkilatın 25 illiyi ilə əlaqədar təşkil edilən “UFC Fight Night 139” yarışında meksikalı Yair Rodriqes ilə koreyalı Çan Son Con arasındakı döyüşdə qeydə alınıb. Rodriqes hücuma keçən rəqibinə dirsəyi ilə zərbə endirib. Con zərbədən sonra nokauta düşüb. UFC ✔@ufc HOW DO YOU LAND THIS?!?!?!?! OH MY @PanteraUFC!!! #UFCDenver 40K 10:20 AM – Nov 11, 2018 18.3K people are talking aboutƏtraflı oxu


Azercell-dən “ Milyon, milyon nömrələr” kampaniyası

Artıq bəyəndiyiniz nömrəni əldə etmək daha asan olacaq Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən “Azercell Telekom” MMC yeni kampaniya təqdim edir. Şirkət “Milyon, milyon nömrələr” kampaniyası çərçivəsində pərakəndə nömrə satışlarına başlayır. Təqdim olunan yeni kampaniya mövcud və potensial müştərilərə www.mysim.az veb-saytına daxil olmaqla bəyəndiyi nömrəni əldə etmək imkanı verir. Belə ki, müştəri onu maraqlandıran nömrəni axtarış xanasına daxil edir, sistem isə öz növbəsində nömrənin satışda olub-olmadığını müəyyənləşdirir. Axtarış müsbət nəticə verdiyi halda, abunəçiyə həmin nömrənin əldə edilməsi üçün istənilən AzercellƏtraflı oxu


Teymur Abdullayevə yeni vəzifə verildi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb. Bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib. Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib: “Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza onda cavab verəcəyəm”.


Əli Əhmədov yanğın baş verən ərazidə – Fotolar

Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğınla bağlı tədbirlər görülməyə başlayıb.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.  Baş nazirin müavini Əli Əhmədov, “QaçqınKom”un sədri Rövşən Rzayev, Xətai rayon icra hakiminin vəzifələrini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsiƏtraflı oxu


Neft Fondunun xərclərinə rəy verildi: “Yol xəritəsi” ilə uyğunluq təşkil etmir

Hesablama Palatası 2019-cu il üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə layihəsinə rəy verib. Rəydə Hesablama Palatası tövsiyə edib ki, fondun xərclərinin növbəti illə yanaşı, sonrakı iki il üçün də proqnozlaşdırılması istiqamətində təkliflər verilməsi vacibdir.  Qeyd edilib ki, 2003-cü ildən hazırkı dövrədək transfertin həcminin ən yüksək olduğu dövrün 2019-cu il üzrə 11 364,3 mln manat nəzərdə tutulması Milli İqtisadiyyatın Strateji Yol Xəritəsində təsbit edilən dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması məqsədləri ilə uyğunluq təşkil etmir. Palata rəyində son illərdə yığıma yönələn məbləğin artımla müşahidə olunmasına və gözlənilən nominal gəlirlilik göstəricilərinin proqnozlaşdırılmasınaƏtraflı oxu