Əsas menu

Cümə, Yanvar 4th, 2019

 

“Direktor deyir ki, imkanlı valideynlərdən istifadə elə” – 30 nömrəli məktəbdə nə baş verir?

Bakı şəhəri, Binəqədi rayonu V.Əzizov adına 30 №li tam orta məktəbə yeni təyin olunan direktor institutu fərqlənmə diplomu ilə bitirmiş, 24 illik təhsil karyerasının 9 ilini cəbhə bölgəsində xidmət etmiş, 15 il isə direktor müavini kimi çalışmış müəllimin karyerasına son qoyub. Bu barədə Qaynarinfo-ya işdən çıxarılan rus dili müəllimi və uzun illər məktəbin dərs hissə müdiri işləmiş Aygün Məmmədxanovadanışıb. O, direktor Abdullayeva Rübabə Hacı qızının onu qanunsuz şəkildə işdən xaric etdiyini bildirib: “24 illik təhsil karyeram ərzində heç bir nöqsana yol verməmişəm. Müəllimlərin diaqnostik qiymətləndirilməsində maksimum 60 baldan 50-sini, ixtisasım üzrə isə 40Ətraflı oxu


“Ekspress” qəzeti bağlanır

Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet olan “Ekspress” fəaliyyətini dayandırır. “Qafqazinfo” xəbər verir ki, qəzet artıq iki gündür ki, nəşr olunmur. Buna səbəb kimi maliyyə problemlərinin olması, qəzetin əsas sponsoru “Nurgun Motors”un maliyyələşməni dayandırmaqla bağlı qərarıdır. Məlumatlara görə, artıq uzun müddətdir ki, zəif fəaliyyət göstərən mətbu orqanın yaxın günlərdə tamamilə dayandırılacağı ilə bağlı kollektivə də məlumat verilib. Qəzetin baş redaktor əvəzi Qalib İbrahimoğlu ilə əlaqə saxlayıb. O bildirib ki, texniki problemlərə görə, qəzet iki gündür ki, nəşr olunmur: “İndidən qəzetin bağlanıb-bağlanmayacağı ilə bağlı bir şey deyə bilmərəm. Gələn həftə bu barədə qəti qərarƏtraflı oxu


Eldar Əzizov Avropadan Bakıya yeni zibil qabları gətizdirdi (FOTO)

Bakıya müasir plastik konteynerlər gətirib. Onlar nəinki dizaynı, həm də keyfiyyəti ilə seçilir. Zibil yeşiklərinin ilk partiyası artıq Nəsimi, Yasamal, Səbail və Nərimanov rayonlarında, bir sıra mərkəzi küçələrdə quraşdırılıb. Bu qabların əvvəlkilərdən bir sıra üstünlükləri var. Əvvəl qapaqsız, açıq zibil yeşiklərindən polietilen paketlər, qəzet, kağız kimi zibili külək uçurur, paketlər ağaclara ilişirdi. Yeni konteynerlər möhkəm bağlanın qapaqlı olduğu üçün zibilin yayılmasının qarşısı alınacaq. Qapaq hermetik bağlandığından həm də pis qoxunun qarşısı alır. Həm də bu qutular daha tutumlu və müasir dizayndadır.


Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş…

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan və meyitləri tapılan qızların azərbaycanlı olduqları bildirilir. Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb. Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Məlumata görə, qızlar əslən Azərbaycanın Yevlax rayonundan olsalar da, Türkiyənin İğdır vilayətinin sakinləri olublar. Qeyd edək ki, son illər Ukraynada bir neçə azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb… *** 16:00 Ukraynanın Xarkov şəhərində boğazları kəsilən Türk tələbələrlə bağlı yeni detallar ortaya çıxıb. Aznews.az xəbər verir ki, tibbƏtraflı oxu


Yeni yol tikintisinə 14,6 milyon manat ayırıldı

Prezident İlham Əliyev Beyləqan rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon (on dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Aysel Əlizadə: “Söhbət Ramin Hacılıdan gedir, hansısa quldurdan yox”

“İctimai fiqur olan məhbusların ailələrinə dəstək verməyə çalışmışam, ancaq  özüm o dəstəyi görməmişəm” Əslində sabah, yəni yanvarın 4-də azadlığa buraxılacağı gözlənilirdi. Amma əksinə, həbs müddətinin uzadılması ilə, sanki xanımına doğum günü “hədiyyəsi” etdilər.  “Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılının həbs müddətinin növbəti dəfə uzadıldığı tarixdə həyat yoldaşı, yazıçı Aysel Əlizadənin doğum günü idi.  İlk dəfə olaraq Yeni ili və doğum gününü məhbus ailəsi kimi keçirən Aysel xanım “Yeni Müsavat”a bu durumun maddi və psixoloji çətinliklərindən danışıb: – Çox ağırdı… (kövrəlir – E.S). Raminin həbsi 4-cü dəfə uzadıldı. Sabah (bu gün)Ətraflı oxu


Gəncə hadisələrinə görə neçə nəfər həbs olunub? – Qaralov açıqladı

“Gəncə hadisələri ilə bağlı intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Baş Prokurorluğun mətbuat xidmətindən Bizimxeber.az-a verilən məlumata görə, bunu 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov deyib.  O, qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi təmin edilib. Bildirilib ki, hesabat dövründə Daxili İşlər Nazirliyi, Dövlət TəhlükəsizliyiƏtraflı oxu


Köhnə avtomobillər dövriyyədən çıxarılacaq

Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq. Bununla bağlı məsələ “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır. Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yolƏtraflı oxu


Xərçəng olan aparıcı vəfat etdi

Bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Ceyran Nəriman vəfat edib. Bu barədə teleaparıcı Arzu Umut sosial şəbəkədə məlumat paylaşıb.  Onun sözlərinə görə, vəziyyəti ağırlaşan həmkarı artıq dünyasını dəyişib. Qeyd edək ki, C.Nəriman bir çox media qurumlarında, uzun illər Space TV-də çalışıb. Ölümünə qədər isə DTV-də yayımlanan “Birlikdə” verilişinin aparıcısı idi.


DYP əməkdaşından qeyri-adi “cərimə” (FOTOLAR)

Bakı şəhərində “99 YP 525” nömrəli, döş nişanı 0388 olan DYP əməkdaşı Şükür adlı şəxs tərəfindən qeyri-adi “cərimə” tətbiq olunub. İslahat.az-ın redaksiyasına daxil olan məlumatda deyilir ki, 16 dekabr 2018-ci il, 23:00 radələrində”99 MM 255” dövlət nişanlı “Kia Optima” avtomobili Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən Xarı Bülbül restoranının qarşısından Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ənvər Əlixanov 65 ünvanına “ayıq sürücü” xidmətindən istifadə edərək gəlib. Ev ünvanına çatdıqdan sonra “99 YP 525” nömrəli, döş nişanı 0388 olan DYP əməkdaşı Şükür (Heç bir sənəd təqdim etməyib.) adlı şəxs avtomobilini mənzilinƏtraflı oxu