Əsas menu

Çərşənbə axşamı, Yanvar 8th, 2019

 

Dövlət Gömrük Komitəsinin polkovniki həbs olunub?

Dövlət Gömrük Komitəsinin “Azərpoçt”da yerləşən Poçt Daşıma Mərkəzindəki Gömrük Məntəqəsinin rəhbəri, polkovnik İsmayıl Abdullayev bir müddət öncə Korrupsiyaya qarşı mübarizə qurumu tərəfindən elə iş yerindəcə həbs edilib. Bu barədə məlumatı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb. O, bildirib ki, gömrük polkovniki qanunsuz mobil telefon gətirən şirkətlərlə iş birliyində şübhəli bilinir: “Hazırda Korrupsiyaya qarşı mübarizə və DGK-nın İstintaq qurumu tərəfindən araşdırmaların aparıldığı bildirilir. Xatırlayıram ki, DGK mobil telefonların qanunsuz olaraq ölkəyə gətirilməsində “Azərpoçt”u və kənd poçtalyonlarını günahlandırmışdı. Belə görünür ki, problem özlərindəymiş. Məlum olduğu kimi Nazirlər Kabineti ötən il ölkəyəƏtraflı oxu


Bir biletlə bütün nəqliyyat vasitələrindən istifadə etmək olacaq – YENİ SİSTEM

Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: “İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər”. N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçerƏtraflı oxu


Qripə görə Gürcüstana gedənlərin sayı azalıb?

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxma hallarının yayılması ilə əlaqədar Azərbaycandan həmin ölkəyə gedən sərnişinlərin sayının azalması barədə məlumatlara münasibət bildirib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, Azərbaycandan Gürcüstana gedən sərnişinlərin sayında bu ölkədə H1N1 virusunun yayılması səbəbindən azalma müşahidə olunmur: “Sərhəd-keçid məntəqəsində ölkənin müvafiq qurumları tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri tərəfindən də müvafiq tədbirlər görülür. Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya-maarifləndirmə işi aparırlar. Eyni zamanda, hərƏtraflı oxu


Sükan arxasında telefonla danışan avtobus sürücüsü cəzalandırıldı (FOTO)

Paytaxtda 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək qaydaları kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. M.Ağayev bildirib ki, qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib. Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsininƏtraflı oxu


Prezident büdcədən pul ayırdı

Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Bakıda 4 polis rəisi işdən çıxardı

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb. Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.  Əmrə əsasən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.


Rüfət Aslanlı ilə bağlı sensasion iddia – Xanımı ilə birgə 2 milyonluq…

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsisinin rəisi Kamran Əliyevə müraciət olunub. Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubun nüsxəsini redaksiyamıza təqdim edib. O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2  olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə  və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsrƏtraflı oxu


Moskvada azərbaycanlı biznesmenin kafesi yandı(FOTO/VİDEO)

Rusiya Fedeasiyasının paytaxtı Moskvanın Tekistilşiki rayonunda, Qrayvaronovskiy küçəsi, ev 12 ünvanında yerləşən “Starıy Baku” kafesi yanıb. Yaşayış binasına bitşik olan kafenin damında baş verən yanğına səbəb elektirik cərəyanında baş vermiş qısaqapanma olub. Yağın zamanı kafenin əməkdaşları və müştərilər evakuasiya edilib. Hadisə yerinə gələn hüquq mühavizə və yanğın söndürmə organlarının əməkdaşlarının və yerli azərbaycanlıların səyi nəticəsində yağın söndürülüb. Kafenin damından başqa, yaşayış binasına və yaxınlıqda yerləşən ticarət obyektlərinə zərər dəyməyib. Kafenin sahibi, əslən Azərbaycanın Tərtər rayonundan olan Nicat İsmayılov hadisəyə elektirik cərəyanında olan gərginliyin artmasının səbəb olduğunu qeyd edib.


2018-ci il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub

2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Daxil olan müraciətlərin 1432-si şəhərdaxili, 1995-i mobil telefon, 54-ü isə mobil sms-lə qeydə alınıb. Zənglər üzrə aparılan təhlillərdən çıxan nəticələrə əsasən uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır.Ətraflı oxu


Azərbaycan jurnalistlərinin aylıq gəlirləri açıqlandı

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  Bizimxeber.az-a  daxil olan məlumata görə, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən  ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiysının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin  əməkdaşları  cəlb ediliblər. Məlum olub ki, ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna vəƏtraflı oxu