Əsas menu

Çərşənbə, Yanvar 9th, 2019

 

Bakı metrosunda həyəcan – Qatarlar tuneldə qaldı

“Bakı Metropoliteni”ndə qatarların hərəkət cədvəlində problem yaranıb. Sərnişinlərdən birinin verdiyi məlumata görə, bu gün saat 18:49 radələrində metronun “Əhmədli” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb, 8 dəqiqəyə ünvana çatıb. Daha sonra çox aşağı sürətlə “Həzi Aslanov” stansiyasına çatıb. Eyni problem “Xalqlar dostluğu” stansiyasında da baş verib. Belə ki, “Xalqlar dostluğu”ndan “Həzi Aslanova” hərəkət edən qatar ünvana 15 dəqiqəyə çatıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar məmmədov “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasında yolayırıcında texniki nasazlıq yaranıb: “Bu səbəbdən qatarların hərəkət intervalında 5 dəqiqə fasilə yaranıb. HazırdaƏtraflı oxu


Gömrük orqanları məhkəmənin Qərardadını icra edib – Amma…

Yanvarın 9-da bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.  DGK-dan Axar.az-a verilən məlumata görə, Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu tərəfindən imzalanan müraciətdə həmin şəxslər ötən ilin dekabr ayının 23-də Rusiya Federasiyasından ölkəyə kartof idxal etdiklərini və bu məhsulun guya gömrük orqanları tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını və təhvil verilmədiyini iddia edir. “Qeyd edək ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxalƏtraflı oxu


Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. Rayon ərazisində keçirilən səyyar qəbullar barədə vətəndaşların məlumatlandırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, yerlərdə keçiriləcək səyyar qəbulların qəbulu cədvəli əvvəlcədən təsdiq olunmuş, qəbullarda iştirak edəcək Rayon İcra Hakimiyəti aparatının məsul işçilərinin, mənzil, kommunal xidməti sahələriƏtraflı oxu


“Nar” Naftalanda 4G şəbəkəsi qurdu

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Naftalan oldu. Bununla da Naftalan sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir. Ölkənin ən gənc mobil operatoru olan “Nar” son 3 ayda 340-a yaxın 4G, 26-ya yaxın 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-iƏtraflı oxu


Məlahət Abbasovaya Türkiyədə vəzifə verildi

Aktrisa Məlahət Abbasova İstanbulun Mədəniyyət şöbəsinin altı İdarə Heyəti üzvündən biri seçilib. M.Abbasova bu barədə özü xəbər verib.  Xatırladaq ki, o, iki ildir İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavinidir.


“Qarabağ”da 4 illik müqavilə

Bu mövsümün əvvəlində “Qəbələ”dən 1 illik icarə əsasında “Qarabağ”a keçən Hacıağa Hacılı birdəfəlik Ağdam klubuna transfer olunub. “Qarabağ”ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Ağdam təmsilçisi “Qəbələ”ylə danışıqlar apararaq perspektivli gənc yarımmüdafiəçini tam hüquqlarıyla transfer edib. Hacıağa Hacılıyla bağlanan yeni müqavilənin müddəti isə 4 ildi.


BMW X7-nin fotoları internetə sızdırıldı: yeni model belə olacaq (FOTO)

Yeniləniş BMW X7 modelinin fotoları internetə sızdırılıb. Yeni model BMW X7 sedannın görüntüsü M760Li, 750Li Sport və 750Li versiyalarının onlayn konfiquratordan alınmış şəkilləri ilə açıqlanıb. Yeddinin bütün versiyaları ağ rəngdə olsa da, yeni modelin qarşısındakı nəhəng radiator toru onu digərlərindən fərqləndirir. Həmçinin incə işıq xətti, tüstü boruları, xokkey çubuğuna bənzər arxa işıqlar da onu digər modellərdən fərqləndirir.


Azərbaycan həbsxanalarında transseksuallar

Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.  Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.  Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər? “Bu gün Azərbaycan həbsxanalarında transseksuallar yoxdur. Söhbət cinsini dəyişən şəxslərdən gedir. Ancaq qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar az deyil”, – Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mehman Sadıqov deyib. Onun sözlərinə görə, homoseksuallar, əsasən, kişi, lezbiyanlar isə qadın koloniyalarında saxlanılır. Yeri gəlmişkən, lezbiyanların sayı azdır. Onlar üçün heç bir xüsusi güzəştlər tətbiq edilmir. Qayda,Ətraflı oxu


Dillər Universitetinin dekanı Kamal Abdulladan Mehriban Əliyevaya şikayət etdi

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı, Vüsalə Ağabəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehirban xanım Əliyevaya açıq məktub yazaraq, üzləşdiyi özbaşınalıq və qanunsuzluqlardan şikayətlənib Vüsalə Ağabəylinin açıq məktubunu olduğu kimi təqdim edirik: Hörmətli Mehriban xanım, Qarşılaşmış olduğum haqsızlıq və qərəzli münasibətlə bağlı Sizə müraciət edirəm. Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı kimi hər zaman mənə göstərilmiş etimadın məsuliyyətini dərk edərək hərəkət etmişəm. Dövlətimizin, universitetimizin, fakultəmizin rifahı üçün bir vətəndaş olaraq öz vəzifəmi layiqincə yerinəƏtraflı oxu


Küləkli hava ilə bağlı daha bir qurumdan xəbərdarlıq

Yanvarın 9–u günün ikinci yarısından yanvarın 10–nu gündüzədək Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. Bundan başqa, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən havaƏtraflı oxu