Əsas menu

Cümə, Yanvar 11th, 2019

 

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar(SİYAHI)

2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb. Bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb. Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə uzun düyünün,Ətraflı oxu


Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət etdi

UFC çempionu Həbib Nurməhəmmədov Moskva “Spartak”ının yeni transferi Ayaz Quliyevə müraciət edib. Qaynarinfo xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə “Instagram” hesabında yazıb. 31 yaşlı idmançı 23 yaşlı azərbaycanlı yarımmüdafiəçinin ona bənzədilməsindən danışıb: “Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma”. Qeyd edək ki, “Spartak” azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində “Həbib, buraya gəl” deyə səsləyiblər.


“Rüşvət alanın əllərini kəsəcəyəm” – Namizəd

Ukraynada prezidentliyə namizəd, “Vətəndaş mövqeyi” partiyasının lideri Anatoli Qritsenko qələbə qazanarsa, korrupsionerlərin “əllərini kəsəcəyini” deyib. O, söz verib ki, “korrupsiya piramidasını trapesiyaya çevirəcək”: “Harda rüşvət alan görsəm, əllərini kəsəcəyəm. Heç kim əziz tutulmayacaq. Bu çox vacibdir”. Qritsenko bildirib ki, o, prezident olarsa, Ukraynada “oliqarx” sözü unudulacaq. Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.


Prezident “Nəsimi ili” ilə bağlı sərəncam imzaladı(YENİLƏNİB)

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimininzəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.  Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxilƏtraflı oxu


Mehman Hüseynov müraciət yaydı – Mətn

Həbsdə olan bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib. Yanvarın 10-da M.Hüseynovun əl yazısı ilə yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim. Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamınƏtraflı oxu


DTX və DİN əməliyyat keçirdi

Qanunsuz dini təbliğatla məşğul olan xarici vətəndaşlar Azərbaycandan deportasiya ediliblər.  Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən birgə tədbir nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb. Qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan xarici vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, həmin xarici vətəndaşlar cərimə olunublar və AzərbaycandanƏtraflı oxu


Makron da Dünya İqtisadi Forumuna getmir

Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək. Bu barədə “Russia Today” xəbər verir. “Le Figaro” Yelisey sarayına istinadən bildirir ki, E.Makron “sarı jiletlilər”in etirazlarına görə ölkədəki vəziyyətə nəzarət etməyi planlaşdırır. Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp Foruma səfərini ləğv edib. İqtisadi forum yanvar 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək.


Cəlilabadda Məşğulluq Mərkəzinin rəhbər şəxsləri QANDALLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə Baş Prokurorluğun mətbuat xidmətləri Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının tutulması ilə bağlı rəsmi məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin məşğulluğu və sosial təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatəƏtraflı oxu


Salyanda Regional Qaz Idarəsi vətəndaşları açıq-aşkar aldadır

Tarif Şurasının 22 dekabr 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır və beləliklə, 2018-ci ildə limiti aşan abonentlər 2019-cu ilin yanvar ayının 1-dən etibarən istifadə etdikləri hər kubmetr qaza görə 10 qəpik ödəməlidirlər. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan Regional Qaz İdarəsi Tarif Şurasının qərarına məhəl qoymayaraq, yeni təqvimin başlanmasını yanvarın 10-a keçirib. Belə ki, kütləvi şəkildə qaz istifadəçilərinə paylanan bildirişilərdə qaz sayğaclarının yanvarın 1-i əvəzinə 10-da oxunduğuƏtraflı oxu


Bakının mərkəzində gənc vəhşicəsinə öldürüldü +18 – FOTO

Bakı şəhər prokurorluğundan daxil olan məlumata görə, qətlə yetirilən şəxs 1996-cı il təvəllüdlü Asif Şamiyevdir. Qətl hadisəsi Salatın Əsgərova küçəsi, 64-də baş verib. Hazırda Yasamal rayon Polis Idarəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Mərhum ürəyindən bıçaqlanaraq öldürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. *** 16:48 Bu dəqiqələrdə Bakının mərkəzində, “Nizami” metro stansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib. Naməlum şəxs tərəfindən bıçaqlanan təxminən 25-26 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib vəƏtraflı oxu