Əsas menu

Bazar ertəsi, Fevral 11th, 2019

 

“Femina” brend mağazasında da yoxlamalar başladı – “Saxta etiket” əməliyyatı

“Lady Sharm” mağazalar şəbəkəsinin rəhbərliyində təmsil olunan şəxslər saxta etiket istifadə etdikləri üçün həbs olunduqdan sonra daha bir neçə məşhur mağazada yoxlamalar başlayıb. AFN-ə bu barədə məlumat verən mənbə bildirib ki, həmin mağazalardan biri də “Femina” xəz-dəri mağazasıdır: “Bildiyiniz kimi, “Femina” uzun müddətdir bazardadır və kifayət qədər çox sayda müştərisi var. Onun da müştəriləri arasında xeyli tanınmış insanlar var. Məsələ ondadır ki, mağaza olduqca “balanslı siyasət” aparır. Bir balaca təcrübəsi olan, əsl və saxta malı bir-birindən ayırmağı bacaran müştəriyə keyfiyyətli mal satır, məlumatsız insanlara isə Yunanıstan, İtaliya istehsalı adı ilə saxtaƏtraflı oxu


Rektora ağır itki

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova ağır itki üz verib.  Rektorun qardaşı 1950-ci il təvəllüdlü Zakir Muradov bu gün günorta saatlarında dünyasını dəyişib. Mərhum sabah dəfn olunacaq. Allah rəhmət eləsin!


Ağsu ərazisində yenə zəlzələ oldu

Fevralın 11-də yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 kilometr qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb. Bizimxeber.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.


Sumqayıtda xəstəxana təmirinə beş milyon manat ayrıldı

Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama  əsasən, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə  Səhiyyə Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılacaq. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Zabit Səmədov Bakıda peşəkar döyüş məktəbinin açılışını etdi (VİDEO)

“Mauqli” ləqəbi ilə tanınan, dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov öz peşəkar döyüş məktəbini açıb. Məktəb Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərəcək.  Açılış mərasimində Zabitlə bərabər, onun idmançı həmkarları, tanınmış simalar və şou-biznes nümayəndələri iştirak ediblər. Altı yaşından yuxarı hər bir şəxs “Zabit Səmədov döyüş məktəbi” adı ilə fəaliyyət göstərəcək məktəbə yazıla bilər. Döyüş məktəbinə mart ayından etibarən Belarus, Rusiya, Ukrayna və Tailandın tanınmış idman ustaları dəvət olunacaq. Eyni zamanda ayda iki dəfə olmaqla Zabit Səmədovun özünün və bir sıra dünyaşöhrətli idmançıların iştirakı iləƏtraflı oxu


Prezident bu rayona 21,3 milyon manat ayırdı

Prezident İlham Əliyev Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncamda qeyd edilir ki, otuz iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək


İlham Əliyev Zahid Orucu Mərkəz rəhbəri təyin etdi

Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Vidadi Zeynalov həbsdən azad olunur?

Korrupsiya cinayətlərində ittiham olunan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Vidadi Zeynalov, onun ailə üzvləri, həmçinin kasasiya şikayətləri vermiş digər təqsirləndirilən şəxslərin kasasiya şikayətlərini geri götürdükləri məlum olub. Hakim onların kasasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini təmin edib. Bu səbəbdən iş baxışdan çıxarılıb. Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiqƏtraflı oxu


Prezident iki nəfərə general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib: polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə polkovnik Yusif Həsən oğlu Mirzəyevə


“Torpağı götürüb onunla başqa yerə getmək mümkün deyil”

“Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidir və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir”. Bizimxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Korea Times” qəzetinə müsahibəsində deyib. “Ümid edirik ki, bu il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində inkişaf, regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması, ilk növbədə, elə Ermənistanda iqtisadi artım üçün imkanlar yaradır”, – E.Məmmədyarov bildirib.Ətraflı oxu