Əsas menu

Çərşənbə, Mart 13th, 2019

 

Türkiyəli məşhurlar Bakıda: “Böyük məbləğdə pul uddular, ailələri dağıldı” – Fotolar

Türkiyənin məşhur müğənnisi Murat Boz ilə aktrisa Seda Bakan Bakıya gəlib. Musavat.com xəbər verir ki, onlar baş rolunu canlandırdıqları “Öldür beni sevgilim” filminin qala gecəsi üçün ölkəmizə təşrif buyurublar. Məşhurlar qala gecəsindən öncə mətbuat konfransına qatılaraq jurnalistlərin suallarına cavab veriblər. “Artıq neçənci dəfədir ki, Bakıya gəlirəm. Azərbaycanda olmaqdan məmnunam. Çəkilişlər maraqlı keçdi. Lotoreyadan 5 milyon qazanan evli cütlüyü canlandırmışıq. Əyləncəli, gülməli və sevgi dolu eşq filmidir”-, deyə M. Boz bildirib. İlk dəfə Azərbaycana gələn S. Bakan deyib ki, ölkəmizi çox sevir: “Azərbaycanı çox sevirəm, bura da bizim məmləkətimizdir. Çəkilişlər Murat BozlaƏtraflı oxu


“Dünyanın səsini duyaq” mövzusunda Beynəlxalq Festival

10 mart 2019-cu il tarixində saat 11:00-da İçərişəhərdə yerləşən “Nur Art House” sənət mərkəzində “Dünyanın səsini duyaq” Beynəlxalq Festivalının nəticələri əsasında qaliblərin mükafatlandırlması və yaradıcı işlərin təqdimat mərasimi keçirildi. Azərbaycanda ilk dəfə keçirilən bu beynəlxalq festivalın təşkilatçıları UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (Təşkilatın rəhbəri yazıçı-jurnalist, Ukraynanın əməkdar jurnalisti Vasiliy Fyodroviç Tarçineçdir), eləcə də UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi, “NUR Art House”, “Resurs” Gənclərin İnkişafı Mərkəzi, “Azərbaycan xalçaçıları” İctimai Birlikləri və “Educenter” təşkilatı, “Təhsil dünyası” qəzetidir. Dünyanın bir çox ölkələrindən uşaq və gənclərin qatıldığı Festival indiyə qədərƏtraflı oxu


ABŞ ali məktəblərində rüşvət qalmaqalı

ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və məşhur iş adamlarının övladlarını  rüşvətlə ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib. Meduza-nın xəbərinə görə, 50 nəfərə qarşı ittiham irəli sürülüb. Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffman böyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb. Aktrisa Lori Laflin isə iki qızını saxta idmançı sənədləri tərtib etməklə akademik avarçəkmə komandasının üzvü qismində Cənubi Kaliforniya Universitetinə düzəltdirmək üçün 500Ətraflı oxu


“Volkswagen” minlərlə insanı işdən çıxaracaq

“Volkswagen” avtomobil şirkəti avtomatlaşma səbəbindən 2023-cü ilə qədər 5-7 min insanı işdən çıxaracaq. “Bizimxeber” xarici KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin 2019-2023-cü illərə dair planlarında nəzərdə tutulur. Qeyd olunur ki, çıxarılan işçilərin yerinə yeniləri götürülməyəcək. Həmçinin şirkət digital mərhələyə keçidi sürətləndirmək məqsədilə 2019-2023-cü illər arasında 19 milyard avroluq investisiya qoyulacağını da açıqlayıb. Sərmayənin şirkətin öz maliyyə qaynaqlarından ayrılacağı bildirilir. Bunun üçün şirkət xammal qiymətlərinin aşağı salınması, zavodlardakı emalın artırılması və gəlirlərin yüksəldilməsini planlaşdırır.


Bütün dünyada “Facebook” və “Instagram”ın işində problem yaranıb

Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində yaranan problemlərlə bağlı müxtəlif ölkələrdən çoxlu sayda şikayətlər daxil olur. Demək olar ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır. Nasazlıqlar ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb. “Instagram”da isə problemlər saat 12:01-dən (Bakı vaxtı ilə 18:01) başlayıb. “Facebook” üzrə əsas şikayətlər  ABŞ, Filippin,  Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. “Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub. Eyni problemlərin Bakıda yaşanması barədə də məlumatlar var.


Bakıda 7 tələbə dönərdən zəhərləndi

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib. Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.


Prezident səlahiyyətli orqanların müəyyən edilməsi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Soçi şəhərində keçirilmiş 2017-ci il 11 oktyabr tarixli iclasında imzalanmış “Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”u AzərbaycanƏtraflı oxu


iKərə yağlarına hansı maddələr qatılır? – şikayət var, amma araşdırılmır

İndiyədək Azərbaycanda ən keyfiyyətli yağlardan biri hesab olunan “Westgold” kərə yağlarına son 1 aydır mənşəyi bəlli olmayan qatqılar qatılır. Bu barədə Demokrat.az saytına məlumat verən şikayətçi bildirib ki, son zamanlar xüsusilə də “Bravo” və “Bazarstore” mağazalar şəbəkəsində satılan yağların tərkibinə xüsusi qatqılar əlavə edilir ki, bu da məhsuldan üfunət qoxusunun gəlməsinə səbəb olur: “Bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur. Xüsusilə də “Bravo” və “Bazarstore” marketlər şəbəkələrində satılan bu yağların hamısında tərkibi eyni cürdür. Hətta, “Bazarstore” şəbəkəsinin metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən mağazasında satıcılaraƏtraflı oxu


Xarici yumurtalar “yerli” adı ilə əhaliyə satılır

AQTA yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edib. Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.


Bakıda maraqlı hadisə: şəhərin mərkəzində piratlar göründü

Bakı sakinləri şəhərin müxtəlif yerlərində kino personajlarına oxşayan piratlara rast gəliblər.  Fotoların Bakıda kino çəkilişi və ya hansısa digər maraqlı tədbirə aid olduğuna dair hələlik dəqiq məlumat yoxdur. Hadisələri diqqətlə izləyirik, məsələyə tezliklə aydınlıq gətirməyə çalışacağıq.