Əsas menu

Cümə axşamı, Mart 14th, 2019

 

Bakı metrosunda sərnişinlərin həyatı üçün təhlükə varmı?

“Bakı Metropoliteni” QSC qurumun bəzi əməkdaşlarının mətbuat vasitəsilə səsləndirdiyi iddialara cavab verib. QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, metro stansiyalarında sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur: “Metropolitenin tikintisində qaydalara ciddi riayət olunmasaydı, böyük sayda insan tələfatına qeydə alınardı. Əgər bunlar yoxdursa, demək, tikinti normalara uyğun aparılıb. Böhtan atmaqla deyil”. H.Məmmədov, həmçinin metropoliten əməkdaşlarının normadan artıq işlədilməsi məsələsində aydınlıq gətirib. O qeyd edib ki, hərəkət təhlükəsizliyi ilə işçiləri bir dəqiqədən artıq saxlamağa ixtiyarları yoxdur.


Bakı – Sumqayıt qatarı yolda qaldı

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb. “Report”un məlumatına görə, Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.  Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib. Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.


Bakının mənzil bazarında son vəziyyət – Qiymətlər necə dəyişib?

2019-cu ilin fevral ayında Bakının daşınmaz əmlak bazarında ilkin və təkrar mənzil bazarı istisna olmaqla, bazarın demək olar ki, bütün seqmentlərində qiymət artımı müşahidə olunub. Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun verdiyi məlumata görə, qiymət indikatoru yanvar ayının sonuna nisbətən 2,14% azalıb. Hesabat ayı ərzində təkrar mənzil bazarı 1,72%, ilkin mənzil bazarı 1,16% ucuzlaşıb. N.İbrahimov bildirib ki, fevral ayında torpaq bazarında qiymətlər 0,03%, mənzillərin icarə qiyməti 1,7%, kommersiya obyektlərinin qiyməti 0,67%, icarə qiyməti isə 3,43% bahalaşıb. N.İbrahimov qeyd edib ki, bazarda qiymətlərin dəyişməsi və yanvar-fevral aylarında sabit artımın olmaması normal haldır:Ətraflı oxu


Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!

Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” yenilənmiş “CavanNar” tarifini təqdim edir. Artıq bundan sonra “CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək. Yenilənmiş “CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, “CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. “CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. “CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər. QeydƏtraflı oxu


 ildə 5 dəfə təmirə bağlanan Bibiheybət yolu: Çökür, yamanır, yenidən çökür…

Bibiheybət yolu yenidən təmirə bağlanıb. Təmirə səbəb martın 1-də Lökbatan dairəsini “Azneft” dairəsi ilə bağlayan magistral yolun Bibeheybət məscidi ərazisindəki hissəsinin çökməsidir. Təmirin nə zaman bitəcəyi haqqında dəqiq məlumat verilmir. Cebhe.info xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəsmi məlumatında bu barədə deyilir: “Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir. Bu ərazidə yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər bu maneənin aradan qaldırılmasına yönəlib”. Maraqlıdır ki, sözügedən yol 2013-cü ildənƏtraflı oxu


Elşad Abdullayevin Fransadan qovulması tələb olunur- Təşkilatlar sənəd hazırlayır

Elşad Abdullayevin Fransadan qovulması tələb olunur – Təşkilatlar sənəd hazırlayırSon zamanlar sosial şəbəkələrdə Fransada müvəqqəti yaşama izni olan və Rusiyanın məxfi orqanları ilə işbirliyində adı hallanan ABU-nun kecmiş rektoru Elşad Abdullayev Avropada yaşayan bəzi soydaşlarımızın adından saxta facebook hesabların yaradır, özünə məxsus formada saytında insanları şantaj edir, onların fotoşəkillərini paylaşaraq onlara aid olmayan fikir, sitat və ölkə vətəndaşları haqqında saxta müraciətlər yayır. Dələduz Elşad Abdullayev bundan əvvəldə QHT sədri Oktay Gülaliyevlə münasibətlərinin isti olmasından istifadə edərək özünü və cinayət törətmiş qardaşı oglu Tehran Abdullayevi, dələduzluq maddəsiylə 5 il məhkumluq həyatıƏtraflı oxu


İcra başçısının müavini qəbristanlıqda obyekt tikdirib (FOTOLAR)

Qusar rayonunda yerləşən xristian qəbristanlığının ərazisi məmurlar və müxtəlif şəxslər tərəfindən zəbt edilib. Bu barədə Qaynarinfo-ya rayondan məlumat verilib. Məlumatda bildirilir ki, zəbt olunan qəbristanlıq ərazisində evlər və kommersiya obyektləri tikilib. Qəbristanlıq ərazisini zəbt edənlərdən biri rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayevdir. Başçı müavini qəbristanlığın təxminən 30 sotluq ərazisində obyekt inşaa etdirib. Həmin ərazidə müxtəlif kommersiya obyektləri tikilərək istifadəyə verilir. Daha bir məmur isə ərazidə iki mərtəbəli restoran inşaa etdirib. Həmin şəxsin adı məlum deyil. Amma məmur olduğu deyilir. Hazırda məzarlıq ərazisində tikinti işləri davam edirilir. ƏraziƏtraflı oxu


Demet Akalını 120 min dollara Bakıya bu məmur gətirib

Bir müddət öncə məşhur türk müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib. Posta.az-ın məlumatına görə, ifaçı Böyük saray restoranında baş tutan məclisdə mini konsert verib və ev sahibi Gülü Şəmşirliyətəşəkkür edib. Demetin kim tərəfindən toya dəvət alması, tələb etdiyi qonorar müzakirə mövzusuna çevrilib. Çünki sözügedən müğənni Türkiyənin ən məşhur və böyük məbləğdə qonorarlarda adı hallanan sənətçilərindəndir. Onu Azərbaycana gətirən məmurla bağlı isə müxtəlif müzakirələr gedir. Demetin adını hallandırdığı Şəmşirliyə gəlincə, Azərbaycanda tək məşhur Şəhriyar Şəmşirlidir ki, o da Abşeron rayonunun polis rəisidir. Şəhriyar “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır. Onların analarının adı isə Gülüdür. MəlumataƏtraflı oxu


Uşaqlar üçün təhlükəsiz internet

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11 – 15 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kibertəhlükəsizlik həftəsi” keçirilir. “Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi “Kibertəhlükəsizlik Həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələri və nüfuzlu beynəlxalqƏtraflı oxu


Böyük əfv…

“Böyük əfv gözlənilir. Mənə nə qədər müraciətlər olub, hamısını göndərmişəm. İstər məhkumlar tərəfindən, istər onların ailələri, yaxınları tərəfindən. Mənə nə qədər müraciətlər olub, hamısına baxılıb, nəzərə alınıb əfv komisiyyasına göndərilib”. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Elmira Süleymanova bildirib. O daha sonra qeyd edib ki, “Ümumiyyətlə, Mən hər ay ayın sonuncu günü həmin əfv komisiyyası vasitəsiylə cənab Prezidentə müraciət edirəm. Bu dəfə də nə mümkün olub, hamısını əfv komisiyyasına göndərmişəm. Sonuncu siyahını ayın 7 də göndərmişik. Çünki, əfv komisiyyasında bu müraciətlər qalır, baxılır. Dediyim kimi nə mümkündür biz etmişik,Ətraflı oxu