Əsas menu

3 ildə 3 direktor dəyişən məktəbə yeni direktor qoyuldu 

Xəzər rayonu, İftixar Tağıyev adına 26 saylı orta məktəbə yeni direktor göndərilib. Yeni dərs ili başlamazdan bir neçə gün əvvəl gözlənilmədən işdən uzaqlaşdırılan direktor Hüseynağa Qasımovun yerinə artıq təyinat edilib. Bizimxeber.az-a daxil olan məlumata görə, məktəbin yeni direktoru Yaqut Məmmədovadır.  

Yaqut Məmmədov Binədəki 136 saylı orta məktəbdə və Bakının məşhur məktəblərindən biri olan 20 nömrəli məktəb-liseyə direktor əvəzi, 218 saylı məktəbə direktor və diğər vəzifələrdə çalışıb.

Adı mətbuatda tez-tel çəkilən Yaqut Məmmədovnın direktorluğu dövründə 136 saylı orta məktəbdə şagirlər arasında bıçaqlanma hadisəsi baş vermişdi. Həmçinin yeni xanım derektorun adı 20 saylı orta məktəbdə baş qaldıran aksiya və sairə hadisələrdə hallanırdı.

Mətbuat yazır ki, Yaqut Məmmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini  Rəşad Tağiyevin kadrı hesab olunur. R.Tağıyev də Bakı məktəblərinin hansında direktor vəzifəsi boşalırsa, onu müvəqqəti olaraq ora direktor əvəzi göndərir. Görünür 26 saylı məktəbdə 3ildə 3 direktor dəyişən təhsil ocağı olduğu üçün Rəşad Tağıyevin planı işə salınıb. 26 saylı direktor məsələsində “cərimə batalyonu”nu xatırladır.

Amma nədənsə 26 saylı məktəbin elektron portalında Yaqut Məmmədovanın deyil, hələ də köhnə direktor Hüseynağa Qasımovun adı saxlanılıb. Görünür bu təyinatı hələlik rəsmiləşdirmək istəmirlər.

Yaqut Məmmədovanın direktor fəaliyyətini daim diqqətdə saxlayaraq, onun sözügedən məktəbdə gördüyü işləri işıqlandırmağa çalışacağıq. Hər halda Yaqut xanıma yeni işində uğurlar arzulayırıq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*