Əsas menu

3 məhbus vəfat etdi 

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiyə şəhərinin zindanında 3 məhbus həyatını itirib.

Axar.az xəbər verir ki, məhbusların ölümünə səbəb onların tibbi müalicədən məhrum edilməsi göstərilib.

Məhbus ailələrinin verdiyi məlumata görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən Qulamrza Topraq Qala, Rza Mələk Rzayi və Səccad Cəmali Fərd həbsxana rəhbərliyinin laqeydliyi ilə üzləşib. Vaxtında xəstəxanaya yerləşdirilməyən məhbuslar onlara lazım olan dərmanlar çatdırılmadığı üçün vəfat ediblər.

Qeyd edək ki, Urmiyə zindanında cari ildə azı 5 xəstə məhbus müalicədən məhrum edildiyinə görə həyatını itirib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*