Əsas menu

35 Azərbaycan idmançısında dopinq aşkarlandı 

Azərbaycan Milli Anti-Dopinq Agentliyində (AMADA) ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. Agentliyin direktoru Şəfəq Hüseynli bildirib ki, 2018-ci ildə 817 test keçirib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

Testlər nəticəsində AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb. İlk “üçlük”də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb. Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib.

Ən pisi də odur ki, antidopinq qayda pozuntusuna yol verənlərin 25 faizi yeniyetmə idmançılardır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*