Əsas menu

ADU-dan tələbələrin müraciətinə münasibət gəldi 

Ötən gün Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi adından Bizimxeber.az-a daxil olan müraciətə ADU mətbuat katibliyi münasibət bildirib. Məlumatda tələbələrin qaldırdığı məsələ təkzib olunmasa da bəzi məqamlara aydınlıq gətirilib.

Bildirilir ki, İspaniyanın Mursiya Universitetindən fərqli olaraq, ilkin tələbə seçimi Kadis Universiteti tərəfindən ADU-ya həvalə olunmuşdur. Qeyd olunmalıdır ki, Mursiya Universiteti tələbələri özü seçir və ADU bu prosesə müdaxilə etmir. Tələbələrimiz sənədləri onlayn qaydada göndərir.

Qaldırılan məsələ ilə bağlı Universitetimizə tələbələrimiz tərəfindən bir neçə müraciət daxil olmuşdur. Problemləri aradan qaldırmaq, o cümlədən seçim prosesinin daha da şəffaf aparılması üçün tərəfimizdən müsahibələrin keçrilməsi Mursiya Universitetinə təklif olunmuşdur. Əfsuslar olsun ki, AB-yi müsahibənin keçirilməsini tələb kimi qoymadığını əsas gətirərk təklifmiz Mursiya Universiteti tərəfindən qəbul olunmamışdır.

Kadis Universitetinə gəldikdə, şəffaflığın təmin olunması üçün açılan proqram üzrə elan dərhal Universitetin rəsmi FB səhifəsində yerləşdirilmişdir. Bütün müraciət edən tələbələr üçün tərəfimizdən ingilis dili üzrə pulsuz sertifikat imtahanları (Outcomes Placement Test Package) təşkil olunmuşdur. Həmin imtahanların protokolları mövcuddur. İspan dili üzrə imtahanlara müraciət edənlər üçün Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

tərəfindən eyni qaydada imtahanlar təşkil olunmuşdur. Seçim qaydaları ilə bağlı eyni zamanda Erasmusun Milli ofisi ilə də məsləhətləşmələr aparılmışdır.

Bildiyiniz kimi, Sabah qrupları və bütün fakültələrin bakalavr və magistr tələbələrimiz bu proqramda iştirak etmişlər. İlkin mərhələdə göndərilən sənədlərə baxılmış, daha sonra isə ilkin mərhələdən keçmiş tələbələr müsahibəyə dəvət olunmuşdur. Etiraf etməliyik ki, tələbələr olduğca qüclü və bilikli olduğuna görə seçim prosesi çətin idi. Beynəlxalq departamentin əməkdaşları ilə yanaşı, prorektorlar, dekanlar, tədris departamentinin rəhbəri, müəllimlər də bu seçim prosesində iştirak etdi. Diqqətinizə çatdırmaq istərdik ki, seçim meyarları çoxdur və Avropa İttifaqının Erasmus+ proqramının tövsiyyələri nəzərə alınmışdır. Müsahibəyə dəvət olunan bütün tələbələrin siyahısı son qərar qəbul olunması üçün Kadis Universitetinə göndərilmişdir. Tələbələrə seçildikləri barədə xəbəri də məhz Kadis Universitetinin Erasmus proqramı üzrə ofisi göndərmişdir.

Hazırda iki çox güclü tələbəmiz ( bir magistr və bir bakalavr) Kadis Universitetinə dəvət almış və onlar sənədlərinin rəsmiləşdirilməsi ilə məşğuldur. Sözügedən universitetlə əməkdaşlığımız uğurla davam edir və 2019/2020-ci tədris ili üzrə tələbələrimiz üçün artıq bir neçə yer ayrılmışdır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*