Əsas menu

Akif Çovdarov məhkəmədə danışmaqdan imtina etdi -“MƏNƏ VAXT VERİN” 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Bakı Apelyasiya Məhkəməsində  hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesə Akif Çovdarov həkim müşahidəsində gətirilib.

Məhkəmədə “Vasmoy” bazarı epizodu üzrə zərərçəkmiş Səfərov qardaşları çıxış edib. Onlar bazarın generallar Akif Çovdarov və Hilal Əsədov tərəfindən zorla əlindən alındığını və geri qaytarılmasını tələb ediblər. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərdən Akif Əliyev, Orxan Osmanov və polkovnik Səlim Məmmədov çıxış edərək apelltasiya şikayətinin dəlilləri barəsində danışıblar. Onlar barələrin bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Akif Çovdarov isə səhhətində olan problemlərlə bağlı  çıxış üçün məhkəmədən vaxt istəyib. O bildirib ki, gələb prosesdə çıxış edəcək. Prosesdə Akif Çovdarovun vəkilləri tərəfindın məhkəmədə 7 vəsatət qaldırılıb. Onlar xəttşünaslıq, məhkəmə mühasibatlıq, Akif Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsini tələb ediblər.

Həmçinin müdafiəçilər sənədlərin saxtalaşdırılması və təqsirləndirilən şəxslərin ailə üzvlərinə aid əmlaklarının geri qaytarılması ilə bağlı vəsatət qaldırıblar. Hakimlər kollegiyası isə vəsatətlərlə  müzakirəsi ilə bağlı müşavirəyə gedib. Proses sabah saat 3-də davam edəcək.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*