Ermənistana gəlincə isə o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub. SİPRİ İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini bildirib. İki il ərzində Ermənistan 6 ədəd “Smerç” reaktiv atəş sistemi, 200 ədəd “Verba” daşına bilən zenit raket kompleksi və “Kornet 9M133” tank əleyhinə raket kompleksləri alıb.
Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub. 2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40 ədəd “Orbiter” pilotsuz uçan aparat, 215 ədəd “Spayk NLOS” tank əleyhinə raketini alıb. Rusiyadan 36 ədəd TOS-1A Solntsepek sistemi, 40 ədəd BTR-82A zirehli transportyoru, 800 ədəd “Xrizantema” tank əleyhinə raket kompleksi idxal edib.
Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb. Belə ki, Bakı Bratislavadan 18 ədəd 152 mm-lik özüyeriyən “Dana” haubitsaları, Praqadan isə 10 ədəd 122 mm-lik RM-70 reaktiv səyyar atəş sistemləri əldə edib.