Əsas menu

“Almaniya Rusiyanın əsiridir” 

Almaniya kansleri Angela Merkel amerikalı lider Donald Trampın Berlinin Rusiyanın nəzarətində olması ilə bağlı fikrinə cava verib. Oxu.Az “Reuters” agentliyinə istinadla xəbər verir ki, o, bu fikirlərini NATO sammitində iştirak etmək üçün gəldiyi Brüsseldə deyib. 

“Mən Almaniyanın bir hissəsinin Sovet İttifaqının tərkibində olduğu dövrü yaşamışam. Çox şadam ki, bu gün biz vahid Almaniya Federativ Respublikasında yaşayırıq. Buna görə biz deyə bilərik ki, müstəqil siyasət aparırıq və müstəqil qərarlar qəbul edirik”, – kansler deyib.

13:30

Rusiya Almaniyanı idarə edir, ona qaz və neft satır. Bu fikirləri ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

“Almaniya Rusiyanın əsiridir, çünki ondan enerji alır. Onlar Rusiyaya milyardlar ödəyir, ancaq biz onları qorumalıyıq”, – Tramp bildirib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*