Əsas menu

“American Airlines” Boeing-737 -lərə qoyulan qadağanı uzatdı 

“American Airlines” kompaniyası Boeing-737 MAX təyyarələrinin istifadəsinə qoyduğu qadağanın müddətini avqustun 19-dək uzadıb. CNBC telekanalının yaydığı məlumata görə, qadağaya gün ərzində təxminən 115 reys məruz qalacaq. Bu da ABŞ-da yay mövsümündə həyata keçirilən aviasiya reyslərinin 1,5 faizinə bərabərdir. Hazırda “American Airlines” kompaniyası 24 ədəd Boeing-737 Max təyyarəsinə malikdir.

Bundan əvvəl qadağa iyunun 5-ə qədər uzadılmışdı.

Xatırladaq ki, bu il martın 10-da Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan Boeing 737-MAX 8 təyyarəsinin Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğraması nəticəsində 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni model təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğramış, 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələri təhlükəsizlik baxımından Boeing 737 MAX təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyası isə öz növbəsində, 737 MAX modelinin təhlükəsizliyi barədə bəyanat versə də, ABŞ federal aviasiya idarəsinə (FAA) həmin modeldən olan bütün təyyarələrin uçuşlarını dayandırmağı tövsiyə edib.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*