Əsas menu

ARB-də 100 minlik veriliş bağlandı – Qalmaqal 

İki həftədir ki, hər gün ARB TV-də yayımlanan “100/100” adlı şou yayımını dayandırıb. “Qafqazinfo” xəbər verir ki, bu məlumatı layihənin aparıcısı, aktyor Elcan Rəsulov da təsdiqləyib. Şounun reytinq nəticələrinin aşağı olması səbəbindən bağlandığı iddia edilib. 

Əldə etdiyimiz məlumata görə, layihə rəhbəri Zaur Mirzəyevlə televiziyanın baş direktoru Rəşad Məmmədov arasında qalmaqal yaşanıb.  İddia olunur ki, Z. Mirzəyev  kanalın texniki tərəfindən narazı qalıb və  şounun çəkilişləri Azərbaycan Nəşriyyatında aparıldığı üçün televiziya tərəfindən heyətə yaxşı şərait yaradılmayıb.

Təxminən 100 min manatadək xərc çəkilmiş  proqram layihə rəhbəri və baş direktor arasında yaranan gərginlikdən sonra bağlanıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*