Əsas menu

“Arsenal” “Renn”ə, “İnter” “Ayntraxt”a qarşı 

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Unikal.org xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalardan sonra 1/4 finala yüksələn komandaların adlarına aydınlıq gələcək.

İlk oyunda səfərdə “Renn”ə 1:3 hesabıyla məğlub olan İngiltərə “Arsenal”ı fransızları doğma azarkeşləri önündə qəbul edəcək. Digər İngiltərə təmsilçisi “Çelsi” isə ilk oyunda 3:0 hesablı qələbədən sonra Kiyev səfərinə üstün yollanıb.

Günün maraqla gözlənilən qarşılaşması Milanda keçiriləcək. İlk oyunda səfərdə “Ayntraxt”la qolsuz bərabərə qalan “İnter”, doğma azarkeşləri qarşısında qələbə qazanmağa çalışacaq.

Avropa Liqası, 1/8 final, cavab oyunları

14 mart

21:55. Dinamo (Kiyev, Ukrayna) – Çelsi (İngiltərə)
(İlk oyun – 0:3)
21:55. Krasnodar (Rusiya) – Valensiya (İspaniya)
(İlk oyun – 1:2)
21:55. Zalsburq (Avstriya) – Napoli (İtaliya)
(İlk oyun – 0:3)
00:00. Arsenal (İngiltərə) – Renn (Fransa)
(İlk oyun – 1:3)
00:00. Benfika (Portuqaliya) – Dinamo (Zaqreb, Xorvatiya)
(İlk oyun – 0:1)
00:00. İnter (İtaliya) – Ayntraxt (Frankfurt, Almaniya)
(İlk oyun – 0:0)
00:00. Slaviya (Praqa, Çexiya) – Sevilya (İspaniya)
(İlk oyun – 2:2)
00:00. Vilyarreal (İspaniya) – Zenit (Rusiya)
(İlk oyun – 3:1)

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*